Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerika seçkilərində “Çin effekti” - Səsverməyə də virus düşə bilər?..

ABŞ-da bəzi Respublikaçılar Demokratları Trampı aradan qaldırmaq üçün Çin Kommunist Partiyası ilə əməkdaşlıq etməkdə ittiham edirlər...

Abdullah Muradoğlu

“Yeni Şafak” qəzeti, Türkiyə, 14 aprel 2020-ci il

Görünür ki, Çin dövləti ABŞ-da noyabr ayında keçiriləcək prezident seçkilərində ciddi bir fiqur olacaq. Trampın Covid-19 adlı yeni növ koronavirus pandemiyasını “Çin virusu” adlandırması ABŞ və Çin arasındakı ticarət müharibələri səbəbiylə gərginləşmiş əlaqələri daha da pisləşdirib. Pandemiya Çindən kənara yayılmağa başladıqda ABŞ-dakı “Çin şahinləri” virusun Çin mənşəli bir hərbi laboratoriyada yaradıldığını iddia ediblər. Hətta Ağ Evin keçmiş baş strateqi Stiv Bennon bu virusu “Kommunist Partiyası Virusu” kimi xarakterizə edib. Xatırladaq ki, Bennon “Ağ-Xristian Qərb” çərçivəsində yeni qurulmuş populist, radikal sağ hərəkatın ideoloqlarından biri kimi şöhrət qazanıb.

Bennondan əlavə, neo-con Respublikaçılar içində Trampın ən önəmli tərəfdarlarından biri olan senator Tom Kotton da virusun Vuhandakı canlı heyvan bazarından insanlara keçdiyinə inanmır. Kotton “Fox News”da çıxış edərkən bildirib ki, virusun Çinin bio-silah təsisində istehsal olunması ehtimalına ciddi yanaşmaq lazımdır. Virusun laboratoriyada istehsal olunduğuna dair heç bir sübut göstərməyən Kotton bu pandemiyaya görə Çinin məsuliyyət daşıyacağını bildirib.

Çin Amerikanın bu sui-qəsd iddialarını qəti şəkildə rədd edib və üstəlik, virusun 2019-cu ilin oktyabrında Vuhan şəhərində keçirilən Dünya Hərbi Olimpiya Oyunlarında iştirak etmiş ABŞ ordusu üzvləri tərəfindən Çinə yayıldığını iddia edib. Mütəxəssislərin fikrincə, pandemiyanın mənşəyi ilə bağlı qarşılıqlı ittihamlar nəticəsində Çin-ABŞ münasibətləri tarixin ən pis dövrlərdən birini yaşayır. ABŞ-da mühacirətdə yaşayan və Çin rejiminə qarşı çıxan milyarder iş adamı Quo Venqui ilə Stiv Bennonun yaxın münasibətləri Pekin tərəfindən diqqətlə izlənilir.

Covid-19 virusunun Çin laboratoriyalarında istehsal edilməsi ilə bağlı iddiaları dəstəkləyən KİV-lərdən biri olan “G News” isə “Miles Kwok” adı ilə tanınan iş adamı Quo Venqui tərəfindən maliyyələşdirilən “Guo Media”nın bir hissəsidir. 2014-cü ildə başda “çirkli pulların yuyulması” olmaqla, bir çox məhkəmə işinə görə Çindən ABŞ-a qaçan Venquinin fikrincə, bu ittihamlar “siyasi”dir. Venqui ABŞ-da başda Bennon olmaqla, bütün Çin əleyhinə olan Respublikaçılarla sıx əlaqədədir. Digər tərəfdən, “Guo Media” da Çin Kommunist Partiyasının siyasətini şiddətlə tənqid edən yayımlar hazırlayır.

ABŞ-dakı bəzi Respublikaçılar isə Demokratları Trampı aradan qaldırmaq üçün Çin Kommunist Partiyası ilə əməkdaşlıq etməkdə ittiham edirlər. Onların fikrincə, bu virus pandemiyası Prezident seçkilərinə təsir etmək üçün qurulmuş bir sui-qəsddən ibarətdir. Amerikada yerləşən “PEW Araşdırma Mərkəzi”nin təqdim bir anketdə isə amerikalı seçicilərin pandemiya ilə bağlı sui-qəsd iddialarına görə necə bölündüyü ortaya çıxır. Ötən ay edilən bu araşdırmaya görə, amerikalıların 23%-i Covid-19 virusunun insan əliylə qəsdən yaradıldığına inanır. Anketdə iştirak edənlərin 43%-i təbii olaraq meydana gəldiyini, 6%-i səhvən yaradıldığını, 1%-i isə virusun əslində mövcud olmadığını düşünür.

Xatırladaq ki, ABŞ-da virusla bağlı sui-qəsd iddiaları Respublikaçı seçicilər tərəfindən daha çox rəğbət qazanıb. Alimlər isə bu cür iddiaların pandemiyaya qarşı mübarizə metodlarını zəiflətdiyini vurğulayıblar. Demokratlardan prezidentliyə namizəd olan Co Bayden də Trampın pandemiyaya görə Çini günahlandırmasını tənqid edib və bu da Respublikaçıların narazılığına səbəb olub. Amerika mediasında əks olunan bəzi məlumatlara görə, Baydenin Çinə qarşı mülayim münasibəti də Trampın seçki kampaniyasının əsas gündəm maddələrindən biri olacaq. Co Bayden ABŞ-ın vitse-prezidenti olduğu dövrdə onun oğlu Hanter Baydenin Çinlə olan iş əlaqələrini Respublikaçılar sorğulamağa başlayıblar. Eyni dövrdə Tramp da Hanter Baydenin Ukraynadakı şübhəli bir enerji şirkəti ilə yaratdığı iş əlaqəsinə görə onu ittiham etmişdi.

Yadınızdadırsa, Tramp Ukrayna prezidenti Vladimir Zelenskiyə Hanter Baydeni məhkəməyə verməsi üçün təzyiq göstərdiyi iddiaları ilə “impiçment istintaqı”na cəlb olunmuşdu. Həmin “impiçment istintaqı” Respublikaçıların çoxluq təşkil etdiyi Senat tərəfindən rədd edilmişdi.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar