Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərhəddən yalnız cənazə keçirməyə icazə var – DSX-dan açıqlama

Qonşu ölkələrdən sərhədin açılması üçün ən çox Rusiyada yaşayan azərbaycanlılar müraciət ediblər...

PİA.az xəbər verir ki, bunu "Xəzər Xəbər”ə müsahibəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd nəzarətinin rəisi, general-leytenant Abbas Xəlilov deyib. Abbas Xəlilovun sözlərinə görə, Dövlət Sərhəd Xidməti və digər aidiyyatı qurumlar Rusiyada yaşayan vətəndaşlarımıza bütün mümkün vasitələrlə sərhədin bağlandığını və bununla bağlı növbəti qərar olana qədər gözləməyi tövsiyə ediblər. Ancaq Rusiyada yaşayan vətəndaşların müraciətləri hələ də davam etməkdədir.

Sərhəd nəzarətinin rəisi Rusiyada, eləcə də digər qonşu ölkələrdə yaşayan vətəndaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına riayət etməyə çağırıb. General-leytenant Abbas Xəlilov bildirib ki, qonşu dövlətlərdən sərhədi keçid yalnız cənazəsi olan şəxslər üçün mümkündür. İndiyə qədər qonşu dövlətlərdən 24 cənazənin keçidi təmin edilib. Bu zaman isə yenə xüsusi qaydalara əməl etmək vacibdir.

Sərhəd nəzarətinin rəisi onu da bildirib ki, sərhədlər bağlı olsa da yük daşımaları ilə bağlı hər hansı problem mövcud deyil və bu proses heç bir ləngimə olmadan həmişəki kimi davam etdirilir.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Ən çox oxunanalar