Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirus bioloji müharibədir, yoxsa psixoloji?..

Koronavirusun bir bioloji müharibə olub olmadığını bilmirik. Lakin burası dəqiqdir ki, hər böhran dönəmində olduğu kimi yenə kimlərsə psixoloji müharibə mühiti yaratmaq istəyirlər...

Hüseyin Likoğlu

“Yeni Şafak” qəzeti, Türkiyə, 13 aprel 2020-ci il

Dünyanı təşvişə salan, dövlətləri çökdürən, insanları evlərinə həbs edən koronavirus pandemiyasının bioloji müharibə olub olmadığını dəqiq bilmirik. Bu mövzu ilə bağlı müxtəlif iddialar və fantaziyalar var. Hətta buna görə bəzi dövlətlər bir-birlərini günahlandırırlar. Pandemiya belə bir təhlükə yaradarkən bu iddiaları təsdiqləmək elə asan deyil. Bundan əlavə, bənzər iddialar həmişə başqa dönəmlərdə də səsləndirilib, lakin onları təsdiq etmək heç vaxt mümkün olmayıb.

11 sentyabr hücumundan, demək olar, 20 il keçib. Həmin hadisə ilə bağlı oxşar sui-qəsd iddiaları ortaya atılmışdı, lakin heç kim fikir verməmiş və hamı öz bildiyini etmişdi.

Koronavirus haqqında səsləndirilən sui-qəsd iddialarını gücləndirən bir çox kitab, məqalə və film var. Məsələn, ABŞ-lı biologiya professoru İrvin W. Şermanın yazdığı “Dünyamızı dəyişdirən on iki xəstəlik” adlı kitabın 238-ci və 239-cu səhifələrində maraqlı bir ssenari var. Kitabdakı ssenariyə görə, Çində quşlardan insanlara keçən bir virus meydana çıxır. Bu virus sadəcə Asiyada yarandığından və quşlardan insanlara keçdiyindən dünya buna əhəmiyyət vermir. Lakin virus mutasiya edərək insandan-insana keçəcək vəziyyətə gəlir və qitələrarası uçuşla Avropaya və ABŞ-a yayılır. Bununla da böyük bir çaxnaşma yaranır.

“Üsyan başlayır, xəstəxanalara hücum edilir. Apteklər qarət olunur, xəstəxanalar can verən insanlarla dolur. Həkimlər, tibb bacıları və hətta tabutlar belə kifayət etmir. Məktəblər və iş yerləri bağlanır, nəqliyyat dayanır, lakin yoluxma və ölüm hallarının qarşısı alına bilmir. İnsanlar maska ​​taxırlar, izdihama girmirlər və hətta əl-ələ salamlaşmırlar. Birja və iqtisadiyyat da çökür...”

Bəlkə də, heç vaxt koronavirusun bioloji müharibə olub olmadığını bilməyəcəyik, lakin bu pandemiyanın yaratdığı ab-hava ilə kimlərinsə psixoloji müharibə aparmaq istədiyini unutmamalıyıq. Dövlətlər arasındakı psixoloji müharibəni beynəlxalq soyğunçuluğun bir vasitəsi kimi başa düşmək lazımdır. Dövlətlər demək olar ki, bir maskaya görə də bir-birləri ilə müharibə edəcək həddə çatıblar.

ABŞ-lı professorun ssenarini bu şəkildə yazdıqdan sonra işlətdiyi ifadələr də xeyli diqqətçəkicidir: “Bu ssenari bir fantaziyadır, lakin filmin bəzi bölümləri “H5N1 qripi” adı ilə Çində, Türkiyədə və Fransada çoxdan göstərilib”.

ABŞ-lı alimin dediyi bu filmin hansı bölümlərinin Türkiyədə göstərildiyini bilmirik. Lakin ssenarisində qeyd etdiyi şeylərin Türkiyədə də olması üçün çox çalışan insanların olduğunu bilirik. Ssenaridə təsvir olunduğu kimi, kimlərinsə bu pandemiyadan, xüsusən də səhiyyə sisteminin çökməsindən istifadə edərək üsyan yaratmağa çalışdığını və bunun üçün psixoloji müharibənin bütün üsullarını tətbiq etdiyini görürük.

Psixoloji müharibə mühiti yarandıqda Türkiyədə bunun üçün hazır vəziyyətdə gözləyən bir güruh var. Bu güruh Gezi hadisələrindən bəri hər bir böhran vəziyyətini psixoloji cəbhə müharibəsinə çevirdi. Virus Çində ortaya çıxdıqdan dərhal sonra tez bir zamanda Türkiyəyə gəlməsi üçün dua etməyə başlamışdılar. Virus gəlmədikcə onlar narahat oldular və Türkiyə tədbir aldıqda çox əsəbləşdilər. Tək istəkləri var: Türkiyə yanıb kül olsun və sonda yenə əvvəl olduğu kimi onların ağalarının əlinə düşsün.

Yüzlərlə xain hər saat, hər dəqiqə başda WhatsApp olmaqla, bir çox sosial media vasitələrindən qorxulu ssenariləri paylaşır və saxta səs yazıları yayaraq cəmiyyətdə çaxnaşma yaratmağa çalışırlar. Getdikcə bu prosesə həqiqi insanlar da qoşulub. Guya bu iddiaları soruşmaq məqsədilə virtual mühitdə səsləndirilən yalanları daha çox yayan bəzi deputatlar və jurnalistlər var. ABŞ-dan göndərilən dollarla maaş alan bir xəbər aparıcısı 2018-ci il iqtisadi terror hücumundan bəri “dövlət əmanətləri ələ keçirəcək” yalanını bu pandemiya günlərində yenə təkrarlayır. Qorxduğu şey isə budur ki, birdən bu pandemiya iqtisadiyyatı çökdürməsə, dövlət bu vəziyyətdən daha güclü şəkildə xilas olar. Elə buna görə də, pandemiyadan istifadə edərək milləti bu cür yalanlarla panikaya salır ki, onlar da tələsib banklardan bütün pullarını çəksinlər.

Digər tərəfdə də Məhəmməd ibn Səlmanın göndərdiyi pullarla bəslənən bir media güruhu var ki, onlar da aldıqları pulun haqqını vermək üçün Türkiyənin əleyhinə olan hər yalanı dəstəkləyirlər.

Digər tərəfdən, 31 mart seçkilərində anti-Ərdoğan siyasəti əsasında bələdiyyə başçısı olanlar var. Onlar da bu müddətdə millətə xidmət etmək əvəzinə, palçıq atmaq yarışına girdilər. 15 iyulda çevrilişə cəhd edən fətullahçıları Türkiyənin beyni olaraq görənlər də hər gün İstanbulda küçəyə çıxmaq qadağası tətbiq edilməsini istədiyi halda, 48 saatlıq qadağa elan edilən kimi “mənə demədilər” deyib ağlamaya başladı.

Koronavirusun bir bioloji müharibə olub olmadığını bilmirik.

Lakin burası dəqiqdir ki, hər böhran dönəmində olduğu kimi yenə kimlərsə psixoloji müharibədən mühiti yaratmaq istəyirlər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar