Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Afaq Bəşirqızı qeyri-adi söz deməyib”...

“Qadının dedikləri rayon-Bakı məsələsi deyil”...

PİA.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Xalq artisti Afaq Bəşirqızın böyük qalmaqala səbəb olan "rayonlardan gəlib Bakıda "podyez"də şikəst uşaq doğurlar, koronavirus olanda da dövlətdən pul dilənirlər" fikrinə münasibətində deyib. 

Sədrin fikrincə, bu gün həyat yoldaşları tərəfindən şiddətə məruz qalan ailələr, qadınlar var: 

"Əslində Afaq Bəşirqızının çıxışından sonra hamı onu qınadı. Amma diqqətlə qulaq assaydılar görərdilər ki, qadının dedikləri Bakı, rayon məsələsi deyil. Qadının dediyi o idi ki, rayonda təsərrüfatı olan insanlar da torpağını bəyənməyib Bakıda "pakrışka" qaraltmağa üstünlük verib. Afaq Bəşirqızı qeyri-adi söz deməyib. Bu gün regionlarımızda öz təsərrüfatlarını idarə edib, ailəsini dolandıran insanlarımız var. Axı bunlar minlərlədir. Elə rəhbərlik etdiyim sığınacaqdan gəlib keçən, ailələri, həyat yoldaşları tərəfindən şiddət görən qadınlarımızı deyim. Onlar rayonlarda olsaydılar, bəlkə də belə həyat yaşamazdılar və bunlar onların başına gəlməzdi".

Kəmalə Ağazadə qeyd edib ki, heç kəs bunu üzərinə region söhbəti olaraq götürməməlidir: 

"Söhbət cahil insanların bu duruma düşməsindən, vaxtında təhsil almamasından, yaşadıqları yerdə xoşagəlməz hərəkətlər etməsindən gedir. Deyirlər ki, "Bakı böyük şəhərdi, hərəkətlərimi heç kəs görməyəcək, məni tanımayacaqlar". Bu gün məhz bunlara görə bizim ciddi problemlərimiz çıxıb".

Qeyd edək ki, Xalq artisti Afaq Bəşirqızı mətbuata açıqlamasında "rayonlardan gəlib Bakıda "podyez"də şikəst uşaq doğurlar, koronavirus olanda da dövlətdən pul dilənirlər" deyə bildirib. Onun bu fikiri cəmiyyətdə qalmaqala və narazılığa səbəb olub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar