Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Korona kimin zəfəri olacaq? - Çin dərin dövləti Kabildə Pompeo ilə nələri müzakirə edib?

Hadisələrin inkişaf istiqamətini anlamaq üçün 2 şəhərə baxmaq lazımdır: Vaşinqton və London. Onlar həm dünyaya qarşı vuruşur, həm də bir-birləri ilə mübarizə aparırlar...

Ergün Diler

“Takvim” qəzeti, Türkiyə, 10 aprel 2020-ci il

BREXİT Avropanın Londondan məhrum qalması idi. Onsuz da Fransa ilə Almaniya İngiltərəni istəmirdi.
Ancaq ortaq bir yol tapmışdılar. İngiltərə pulunu qoruyaraq gəlmişdi və yenə pulunu götürüb getdi.

Avropadakı bir çox quruluşlar Rotşild ailəsinin idarə etdiyi təşkilatlara borclu qalıblar. Düşünürəm ki, bu səbəbdən ilk addımı İspaniya atıb. Baş nazir Pedro Sançez: “İkinci Dünya Müharibəsindən sonra ABŞ-ın Marşal Planına bənzər bir köməyə ehtiyacımız var. Yaşamaq şansımız azdır. Vətəndaşlarımız ölür. Xəstəxanalarda yer yoxdur”, deyib.

AB Komissiyasının sədri Ursula fon der Leyen də eyni fikirləri dəstəkləyib: “Avropa üçün Marşal Planına ehtiyacımız var”.

Bu açıqlamalar birbaşa olaraq hakim ailələrə qarşı üsyan idi. Avropa rəsmi olaraq Amerikadan kömək gözləyərkən İngiltərə daxildən sarsılıb. Gələcəkdə kritik rol oynayacağı deyilən 2 önəmli sima koronavirusa yoluxub. Həm şahzadə Çarlz, həm də Baş nazir Boris Conson yoluxublar. Consonun yenidən vəzifəyə qayıda bilməyəcəyi deyilir.

Avropada bunlar baş verərkən Pompeo Əfqanıstana gedib və orada Dərin Çinlə görüşüb. ABŞ Dövlət katibi Mayk Pompeo Talibanın nəzarəti ilə getdiyi Kabil şəhərində Çin ilə eyni masaya oturub. Əvvəllər bu işi Kissincer edərdi, indi Pompeo edir.

Bu görüş barədə məlumat sızdırıldıqdan sonra bəzi şəxslər barəsində pıçıltılı müzakirələr də başlayıb. Çində rejimin, dövlətin və ordunun arxasında olan 3 güclü şəxs Baqram bazasına getmişdi. Bu 3 şəxs Tsinpini ölənə qədər vəzifəsində saxlamaq istəyən blok idi.

Vanq Huninq, Han Zenq və Zao Leji Əfqanıstandakı Baqram aviabazasında ABŞ Dövlət katibi Pompeo ilə görüşüb. Çinə həyat verən bu üçlük Pompeo ilə oturub, söhbət edib. Vang Huninq, Han Zeng və Zao Lejinin Çinin ən güclü simalar olduğu məlumdur. Belə güclü insanların birlikdə Pompeo ilə görüşməsi koronavirusla başlayan bu proses qədər önəmlidir.

İddialara görə Pompeo Çini bitirməklə hədələyib. Həqiqətən də Çin çox çətin vəziyyətdədir. Eyni şəkildə ABŞ da çətin vəziyyətə düşüb.

Ancaq obyektiv baxdıqda ciddi bir fərq görmək mümkündür. Çin böyük bir güc olsa da, ABŞ-a qarşı əlində “kozır” olan bir ölkə deyil. ABŞ isə Çinin “qan dövranını” yavaşlatmaq gücünə malikdir. Hətta trilyon dollarlıq korona iddiaları ilə Pekini sarsıdacaq qədər bacarıqlı bir oyunçudur.

Burada Çinin ən böyük səhvi birlikdə işlədiyi İngiltərə və Fransaya çox güvənməsi idi. İngiltərə ilə İpək Yolu və Fransa ilə də Böyük Afrika Layihəsində birlikdə çalışırlardı. Lakin koronavirusa görə müttəfiqlər dəyişiklik etməyə məcbur qalıb.

Hələlik nə İngiltərə, nə də Fransa Çinlə sülh içində yaşaya bilməyəcəklər. Çünki Çin dövləti şahzadə Çarlz və Baş nazir Boris Consonla razılıq əldə etmişdi. Eyni müqavilə Fransa prezident Makronla da bağlanmışdı. Ancaq indi həm şahzadə Çarlz, həm də Conson normal vəziyyətdə deyil. Makron da maska ​​tapa bilmir. Nazirlər xalqa: “Maskanınız varsa, xəstəxanalara təhvil verin”, deyir.

Baqramda Pompeo ilə görüşən 3 çinlidən biri olan Han Zenq Boris Consonun yerinə keçəcəyi iddia edilən Dominik Raabı yaxından tanıyan bir şəxsdir. O, bu böyük işin davamı ilə bağlı Raabinin nəbzini uoxlayıb və Consonun varisi mənfi cavab verib. Yəni Baqram aviabazasındakı görüş və ondan sonrakı proses Çin üçün o qədər də normal keçməyib.

Deyilənə görə, kraliça II Elizabet də Dərin Amerika ilə işləmək istədiyini bildirib. Kraliça, həmçinin Pompeo ilə işləməkdən zövq alan bir insandır. Raab da Dərin Amerika ilə yol getməyin onlar üçün ən uyğun yol olduğunu düşünür. O, düşünür ki, bu yolla dağılan Avropanın yeni lideri London olacaq.

Bəs Çin bundan sonra nə edəcək? Vanq Huninq, Han Zenq və Zao Lejinin verdiyi məlumata görə, Avropa Birliyi dağılsa belə, yenə həmin ölkələrlə möhkəm əlaqələr saxlamağa məcburdurlar. Bununla yanaşı, Afrika və İpək Yolu üçün də Avropanı bütövlükdə yanında tuta bilməyən Çin çətin anlar yaşayacaq.

Burada kritik ölkə İtaliyadır. Onlar da pulsuz və gücsüzdürlər. ABŞ-ın verəcəyi hər şeyə artıq razılıq veriblər. İspaniya və Fransanı da əlavə etdiyimiz zaman, görünür, Aralıq dənizi Çin üçün bir xəyal olacaq. Bundan əlavə, Boris Consonun 10 nömrəli səlahiyyətini 45 gün ərzində istifadə edə bilməməsi İngiltərənin bu müddət ərzində Çindən ayıracaq.

Başqa bir ciddi əlamət də var: Henri Cekson Dərnəyi. Bu dərnək Britaniyanın xarici siyasətindəki önəmli bir qurumdur. Henri Cekson Dərnəyi Dominik Raaba bağlıdır. Bu dərnək bildirir ki, koronavirusu yaydığı, gizlətdiyi, minlərlə insanın ölümünə və iqtisadi dağıntılara səbəb olduğu üçün Çin məhkəməyə verilməlidir. Dominik Raaba qarşı trilyon dollarlıq məhkəmə işi başlanması ilə bağlı Henri Cekson Dərnəyinin hesabat hazırlaması əmrini isə kraliça II Elizabet verib. Raab təkbaşına belə bir şey edə bilməzdi. Dərin Amerika artıq kraliçanı öz tərəfinə çəkib.

Yaxud da ki, kraliça oğlu şahzadə Çarlza baxmayaraq, ABŞ-ı tərk etmək istəmir.

Dünyadakı hər bir layihəni bu iki paytaxtın kölgəsində müzakirə etməliyik. Tramp Dərin Amerikanın tərəfinə keçib və hakim ailələrə qarşı birbaşa müharibə başlayıb. FED buna ən yaxşı nümunədir.

Bəs İngiltərədə nələr olacaq? Bunu yaşayıb görəcəyik.

Məsələ ondadır ki, Dərin Amerika başda Çin olmaqla, heç bir ölkəyə borcunu ödəməyib, üstəlik hələ kompensasiya da almaq istəyir. Avropa və Afrika da işin mükafatıdır. Koronavirusa görə hər kəsə məğlub olacaqmış kimi görünsə də, nəticədə mütləq qaliblər çıxacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Ən çox oxunanalar