Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Novxanı sakini kanalizasiya quyusu vasitəsilə 2 ev, 1 istixanaya qanunsuz  qaz xətti çəkib

Aprelin 9-da aparılan reyd zamanı sayğacı olmadan, abonent kimi qeydiyyata düşmədən qazdan istifadə edən iki fərdi yaşayış evi və bir istixana üzə çıxıb...

Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, Sumqayıt şəhəri, 52-ci məhəllədə vətəndaş qaz xəttinin dirəyinin içərisi ilə əlavə qoşma edərək, uzaq məsafədə yerləşən evinə həyətlərin içərisi ilə qaz xətti aparıb və qanunsuz şəkildə ondan istifadə edib.

Abşeron rayonunun Novxanı kəndində isə vətəndaş heç kimin ağlına gəlməyəcək üsula əl atıb. O, qaz xəttinin dirəyinin içərisindən götürdüyü əlavə qoşmanı kanalizasiya quyusunun içi ilə həyətinə aparıb və qazdan istifadə edib.

Xəzər rayonu Zirə qəsəbəsində isə sayğacı olmadan, abonent bazasında qeydiyyata düşmədən, müqavilə bağlamadan qaz oğurlayan istixana da üzə çıxıb.

Qanunsuz qoşulmalar dərhal ləğv edilib. Birliyin əməkdaşları hər üç fakt üzrə materialları toplayaraq, ölçü götürülməsi üçün aidiyyəti strukturlara təqdim edəcək.

Azəriqaz” İstehsalat Birliyi bir daha bəyan edir ki, təbii qazdan belə qanunsuz istifadə hallarına heç kim yol verməsin. Bu, həm də digər normal şəkildə qazdan istifadə edən abonentlərə mane olur. Birliklə müqavilə bağlamaqla, sivil formada abonent statusu alıb, fərdi yaşayış evinə və ya sahibkarlıq obyektinə sayğac quraşdırıb, daha sonra qazdan istifadə etmək lazımdır. Əks halda, aşkarlanan belə faktlar üzrə daha ciddi tədbirlər görüləcək.

Qeyd edək ki, 2020-ci ilin ilk üç ayı (yanvar, fevral və mart ayları) ərzində Bakı şəhəri və Abşeron rayonu üzrə əhali tərəfindən 13 825, qeyri-əhali tərəfindən 58 olmaqla, ümumilikdə, təbii qazdan 13 883 qeyri-qanuni istifadə halı aşkar olunub. Həmçinin, Sumqayıt şəhəri üzrə təbii qazdan 17 qeyri-qanuni istifadə halı aşkar edilib.(oxu.az)

pia.az


Etiket: Azəriqaz

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar