Cümə, 05 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Dövlət və xalq naminə möhtəşəm uğurlar

«Dövlət başçısının rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını yüksək səviyyədə təmin edib»...

Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, qeyd edib ki, müasir dövrümüzdə AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən prioritet sahələrin inkişafının təmin edilməsinə hesablanan islahatlar, qlobal miqyasda meydana çıxan yeni çağırışları, cəmiyyətin sosial sifarişlərini əhatə edir: "Bu da öz növbəsində Azərbaycanın dinamik inkişafını, ölkəmizdə əmin-amanlığın, sabitlik və təhlükəsizlik şəraitinin təmin edilməsində önəmli faktorlardır. Dövlət başçısının rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası sayəsində hər bir sahənin paralel inkişafı yüksək səviyyədə təmin olunub və bu proses davam etməkdədir. Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi, bir çox ölkələrlə çox səmərəli, işgüzar, ikitərəfli münasibətlərin qurulması, eləcə də Azərbaycanın çoxtərəfli əməkdaşlıq formatının təşəbbüskarı qismində çıxışı dövlətimizin uğurlu xarici siyasətini özündə ehtiva edir. Xarici siyasətdə yaxın qonşularla birgə layihələrin həyata keçirilməsi və həmin ölkələrlə münasibətlərdə yeni yanaşma, AvropaAvropa İttifaqı ölkələri ilə münasibətlər, yeni sazişlərin imzalanması mövcud əlaqələrin daha da yüksəlməsini göstərir".

Milli Məclisin deputatı K.Qafarov Prezident İlham Əliyevin hər zaman bəyan etdiyi "güclü olmaq, dünyada söz sahibi olmaq üçün iqtisadiyyatımız güclü olmalıdır" fikrini vurğulayaraq, iqtisadi inkişafımızın ölkəmizdə mütərəqqi sosial siyasətin həyata keçirilməsində, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də əhəmiyyətli olduğunu diqqətə çatdırdı. "Sosial siyasətin uğurla həyata keçirilməsinin məntiqi nəticəsi olaraq, sosial müdafiə və təminat sistemi gücləndirilib" – deyən millət vəkili görülən işlərin, aparılan siyasətin göz önündə olduğunu diqqətə çatdırdı: "Bu günlərdə Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabat dinlənildi və məqbul qəbul olundu. Bildiyimiz kimi, ötən il Azərbaycanın bütün sahələrində irimiqyaslı köklü islahatlar həyata keçirilmişdir. Azərbaycanın davamlı inkişafı, makroiqtisadi və maliyyə dayanıqlığı, xalqımızın sabitlik və təhlükəsizliyi istiqamətində ardıcıl işlər görülmüşdür. Həyata keçirilən davamlı siyasi, iqtisadi, sosial və digər sahələr üzrə islahatlar nəticəsində 2019-cu ildə çoxşaxəli inkişafımız daha da sürətlənmişdir. Cənab Prezidentin təşəbbüsü ilə ötən il 4,2 milyon insanı əhatə edən iki böyük sosial paketin reallaşdırılması bir daha dövlətimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığının bariz nümunəsidir. Qazanılmış nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da əksini tapmış, Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkəsi siyahısına salmış və hazırda ölkəmiz inkişaf templərinə görə dünya miqyasında 35-ci yerdə qərarlaşmışdır".

Həqiqətən də, bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə və əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Bu gün Prezident İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir və ölkəmizdə bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. "Azərbaycan hakimiyyətinin yürütdüyü dərin məzmunlu sosial siyasət, həqiqətən də, inqilabi xarakter daşıyır", - deyən K.Qafarov vurğulayıb ki, 2003-cü ildən 2020-ci ilədək cənab Prezident İlham Əliyevin Prezidentlik dövründə gördüyü irimiqyaslı işlər ölkənin iqtisadi qüdrətinin və onun beynəlxalq nüfuzunun artırılmasına, əhalinin rifah halının yaxşılaşdırılmasına səbəb olub: "Xalq və dövlət naminə bütün istiqamətlərdə möhtəşəm uğurlara imza atılıb. Dövlət başçısının gördüyü işlər onun bir daha hər bir vətəndaşın Prezidenti olduğunu təsdiq edir. Ən çətin anlarda dövlət başçısı öz vətəndaşının yanındadır. Azərbaycan dövləti üçün insan amili hər zaman ən vacib amil olub, bü gün də belədir. Müxtəlif resurslardan əldə edilən gəlirlər, ilk növbədə, əhalinin sosial xərclərinə yönəldilir. Cənab İlham Əliyev tərəfindən koronavirus infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin aradan qaldırılması və əhalinin sağlamlığının qorunması istiqamətində lazımi addımlar atılır. Dövlətimiz tərəfindən koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi, bəzi sosial izolyasiya tədbirlərinin tətbiq edilməsi barədə qərarlar verilib və əməli tədbirlər reallaşıb. Dövlət tərəfindən tətbiq olunan qaydalar əhalinin təhlükəsizliyinin, sağlamlığının təmin edilməsinə yönəldilib. Hər bir vətəndaş qaydalara maksimum əməl etməyə çalışmalıdır. Görülən tədbirlərin davamı olaraq cənab Prezident bu günlərdə "Koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasında həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında" Sərəncam imzaladı. Sərəncama əsasən, bu məqsədlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrıldı. Həyata keçirilən tədbirlər, bir daha göstərir ki, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, eləcə də, qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün ən vacib və prioritet məsələlərdəndir.”

K.Qafarov sonda demişdir ki, bildiyimiz kimi, Prezident İlham Əliyev aprel ayının 6-da məhkum edilən bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalamışdır. Koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan yaşı 65-dən yuxarı 176 nəfər məhbus cəzasının çəkilməmiş hissəsindən azad olundu. Azərbaycan dövlətinin bu addımı da humanizm və insanpərvərlik kimi ali dəyərlərə söykənir. Azərbaycan vətəndaşı ölkə rəhbərinin həyata keçirdiyi siyasəti dəstəkləyir. Uğurları şərtləndirən amil isə dövlətlə xalqın birliyidir!

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Kimlər "KQB"nin agenti olub? – Sülhəddin Əkbər açıqlayır

“Parlamentə yenə nənəsi ermənilər seçilib, iki nazirin də nənəsi ermənidi“ - Cümşüd Nuriyev

Azərbaycanda hər gün 170 nəfər ölür - TƏBİB

Azərbaycanda qız övladı olan ailələrə şad xəbər

“Tutuquşu kimi qonşu ölkələr nə etdisə, onun təkrar etməməlidilər”

Niyə Mahmudov? Niyə indi? - Ərəstun Oruclu cavablandırır

Vilyam Hacıyevin topladığı milyonlar kimə çatacaqdı-  Sensasion iddia

Prezident İlham Əliyevin iştirakı ilə Ağcabədidə “ASAN xidmət” mərkəzi açılıb - Yenilənib

Bakıda tələbə qız özünü 18-ci mərtəbədən atdı

Ağcabədinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib- Yenilənib,Fotolar

loading...

Ən çox oxunanalar