Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin koronavirusu türklərə bənzədib...

Hakimiyyətlər həmişə xalqı mübarizəyə təşviq etmək üçün bir düşmən fiquru yaratmağa çalışır...

Nadir Dövlət

“The Independent” qəzeti, 9 aprel 2020-ci il

Rusiya Federasiyasının prezidenti Vladimir Putin 8 apreldə xalqa etdiyi 3-cü müraciətində koronavirusla necə mübarizə aparacağını bir daha izah edib.

Rusiya prezidenti cıxışının bir yerində belə deyib:

“Ölkəmiz həmişə ciddi imtahanlardan keçib. Peçeneq türkləri və qıpçaq-kuman türkləri də bizə çox əziyyət veriblər. Lakin Rusiya hamısını məğlub edə bilib. Bu koronavirus bəlasını da dəf edə bilərik”.

Belə çıxır ki, Donald Trump “Çin virusu” və Si Tsinpin “Amerika virusu” deyib, bir-birini günahlandırarkən, Putin də Osmanlıları məğlub etdiklərini xatırlayaraq bu pandemiyanı “türk virusu” adlandıracaq?

Xalqı mübarizəyə təşviq etmək üçün bir düşmən fiquru yaratmaq heç pis fikir deyil.

Belə bir emosional çıxışa ehtiyac vardımı? Vəziyyət bu qədər ciddidirmi? Görünür, tək problem pandemiya deyil, həmçinin iqtisadiyyatda da problemlər var.

Koronavirus Rusiya iqtisadiyyatına necə təsir edə bilər?

Siyasətçilər, iqtisadçılar, beynəlxalq münasibətlər üzrə mütəxəssislər, jurnalistlər və hətta mövzudan məlumatı olmayanlar da koronavirus pandemiyasının dünya iqtisadiyyatına çox mənfi təsir göstərəcəyi barədə öz fərziyyələrini bildirirlər.

Bu, o mütəxəssislərə qulaq asılmaaa belə, iqtisadiyyatın necə pisləşdiyinin əlamətidir.

Rus xalqı da bu problemi yaşamağa başlayıb. İllərdir davam edən iqtisadi embarqo maliyyə ehtiyatlarının şişirdilməsi siyasətinə səbəb olmuşdu. Lakin bunun xalqa heç bir xeyri dəymədi.

Koronavirus çaxnaşması başlayanda Rusiya Federasiyasının ehtiyatları güclü idi, demək olar ki, bütün iri şirkətlər xarici borclarını ödəmişdi və ölkənin özünə kifayət edəcək qədər güclü bir əkinçilik sektoru vardı. Lakin koronavirus pandemiyasına paralel olaraq dünya bazarında neftin qiymətinin sürətlə aşağı düşməsi iqtisadi zərbə oldu.

Son həftələrdə rubl xarici valyutalara nisbətdə 20% dəyər itirib (1 dollar = 75 R). Rusiya qazancının 60%-ni təbii qazdan və neftdən əldə edir.

Rusiyanın səhiyyə sistemi Sovet dönəmindən bəri çökmüş vəziyyətdə idi. Putin dövründə də bu dəyişmədi və səhiyyə sisteminə kifayət qədər büdcə ayrılmadı. Koronavirusun ortaya çıxması ilə bu problem daha çox özünü büruzə verib.

Rəsmi məlumatlara görə, koronavirus xəstələri üçün Rusiyada 40 min əleyhqaz və 55 min çarpayı mövcuddur. Bu qədəri kifayət edəcəkmi?

Faktlar gizlədilir

Mətbuat və müxalifət ciddi dövlət nəzarəti altında olduğu üçün Rusiya vətəndaşlarının əksəriyyəti Kremlin öz problemlərini ictimaiyyətə nə dərəcə çatdırdığına və pandemiyaya nə qədər hazır olduqlarına şübhəli yanaşırlar.

Bununla yanaşı, Avropa Şurasının illik cəza statistikasına əsasən, 31 dekabr 2019-cu il tarixinə görə Rusiya Federasiyası 563 min məhbusla bu siyahıya liderlik edir.

İşsizlik artır

Kremlin sözçüsü Peskov bildirir: “Bu pandemiya səbəbiylə qlobal iqtisadi böhran olacağı gözlənilir və ölkələr tək başlarına bundan xilas ola bilməyəcəklər. Əməkdaşlıq etmək lazımdır”.

Rusiyadakı insanların real gəlirlərinin 2020-ci ildə 5% azalması gözlənilir. Çünki işsizlik artır və rublun kəskin ucuzlaşmasının düzəlmə ehtimalı yoxdur.

Araşdırmalara görə, işçilərin 60%-dən çoxu koronavirusun daha da yayılması nəticəsində iş yerlərini itirə bilərlər.

Ən təhlükəlisi isə odur ki, bu işsiz insanların həyatlarını davam etdirmək üçün əmanətləri yoxdur. Prezident Putin Rusiyada ən böyük sosial problemin işsizlik olduğunu bildirib.

Bir araşdırmaya görə, şirkətlərin 30%-i işçilərini ödənişsiz məzuniyyətə göndərib. Şirkətlərin 20%-i işçilərin maaşını azaldıb, 16%-i bəzi işçiləri işdən çıxarıb, 49%-i isə iş vaxtlarını qısaltmaqla daha az maaş verməyə başlayıb. Bütün bunlar qanunsuzdur, lakin qazanc əldə edə bilməyən şirkətlər çıxılmaz vəziyyətdədir.

Neftin qiymətinin düşməsi və zirvə görüşü

Putinin ümid bəslədiyi OPEC-ə (neft istehsal edən ölkələrin təşkilatı) rəhbərlik edən Səudiyyə Ərəbistanı ilə keçiriləcək sammit gözləntiləri qarşılayacaqmı? Çünki son həftələrdə “Brent” markalı xam neftin bir bareli 11 dollara düşüb. Aprelin 6-da mübahisələr başlayan kimi 9 apreldə keçirilməsi planlaşdırılan OPEC - Rusiya zirvəsində Moskva Riyadı hasilatı azaltmağa təşviq edə biləcəkmi?

ABŞ prezidenti Tramp xaricdən neftə vergi qoyacağını bildirdikdə “Brent” markalı neft 33 dollara düşmüşdü.

Zirvə görüşü də telekonfranslar şəklində keçiriləcək. Bundan dərhal sonra G20 zirvəsi baş tutacaq. Onun mövzusu da neft hasilatıdır.

Rusiya, Səudiyyə Ərəbistanıİran kimi böyük ölkələrin əsas gəlir mənbəyini neft istehsalı təşkil edir. Amerika bu siyahıda üçüncüdür, ancaq onun başqa gəlirləri də var. Buna görə, dünya bazarında qiymətlərin düşməsi onun əleyhinədir. Ancaq Türkiyə kimi ölkələrin lehinədir.

Zirvədən əvvəl Rusiyanın xəbər agentliyi olan TASS Rusiyanın istehsalını 14% azaltmağı qəbul etdiyini açıqlayıb. Rusiya bunu əvvəllər rədd etmişdi və neft qiymətləri bazarda əsas yeri tutmuşdu.

Bu, kompromis üçün vacib bir zəmin təmin edir. OPEC üzvü olan 22 ölkə neftin qiymətinin artmasını istəyir.

Təxminlərə görə, güzəştə gedilsə belə, koronavirus səbəbiylə bir barrelin qiyməti 50 dolları keçə bilməyəcək.

Ancaq Tramp 8 apreldəki mətbuat konfransında: “Rusiya və Səudiyyə liderləri ilə istehsalın azaldılması barədə danışmamışam”, deyib.

Zərər çəkən sektorlar

Rusiyanın özünü təmin edə bilən iqtisadiyyatı olsa da, koronavirusun səbəb olduğu karantin vəziyyətinə görə çox əziyyət çəkən sektorlar var.

Baş nazir Mişustin avtomobil, hava nəqliyyatı, turizm, otel idarəetməsi, hazır qidalar (“fast food”), restoran, qəhvə dükanları və idman salonlarının, əyləncə, təhsil, səhiyyə və moda kimi sahələrinin işinə fasilə verildiyini bildirib.

O, yardım olaraq kredit ödənişlərini sentyabrın 30-a qədər təxirə salındığını da söyləyib.

İşsiz olduğu üçün pul qazana bilməyənlər nə edəcək? Hökumət bunun üçün 17.5 milyard dollarlıq büdcə ayırdığını deyib. Bəs bu, necə paylanacaq?

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar