Cümə, 29 May 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Azərbaycanda altı yaşlı uşaq koronavirusa yoluxdu - Rəsmi

“Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında altı yaşlı uşaq koronavirusdan müalicə olunur”...

Bu barədə ATU-nun Mətbuat Xidmətindən məlumat verilib.

Tanınmış uşaq cərrahı, Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Cərrahiyyəsi Kafedrasının müdiri, hazırda koronaviruslu xəstələrin müalicə olunduğu Tədris Cərrahiyyə Klinikasının baş həkimi Ramiz Poluxov deyib ki, uşaqların koronavirusa yoluxmadığını demək düzgün deyil, onlar da bu virusa yoluxur:

“Ümumiyyətlə, uşaqlar, gənc nəsil bu infeksiyanı adətən yüngül, çox zaman da simptomsuz keçirirlər. TƏBİB-in açıqladığı məlumatda da bildirilir ki, Azərbaycanda yoluxanlar arasında 2 yaşlı uşaq da var. Bizim klinikada da 6 yaşlı uşaq müalicə olunur. Ona görə də, uşaqlar koronavirusa yoluxmur demək, doğru deyil. Yaşlı insanları, uşaqları da qorumaq lazımdır”.

Uşaq cərrahı əhaliyə müraciət edərək, pandemiya dövründə planlı əməliyyatların təxirə salındığını vurğulayıb: “Təcili olmayan, planlı əməliyyatlara görə tələsmək olmaz. Koronavirus infeksiyasına qalib gələndən sonra o işlər də görüləcək”.

R.Poluxov deyib ki, bu gün başqa ölkələrlə müqayisədə Azərbaycanda virusun az yayılması sevindirici haldır: “Bu da dövlət rəhbərliyinin vaxtında atdığı addımların nəticəsidir”.

Baş həkim Tədris Cərrahiyyə Klinikasında müalicə olunanların arasında ağır xəstə olmadığını, əksəriyyətinin vəziyyətinin stabil olduğunu deyib:

“Koronavirus gözə görünməyən düşməndir. COVID-19 yeni bir infeksiyadır. Hələ tam öyrənilməyib. Bədənə düşəndə özünü necə apardığı tam məlum deyil. Bu, bədənin ümumi vəziyyətindən, yanaşı xəstəliklərdən asılıdır. Ona görə də hər hansı simptom olan kimi həkimə müraciət etmək lazımdır”.

Həkim virusdan qorunmaq üçün tibbi maska, əlcək taxmağı, sosial məsafə saxlamağı, əlləri tez-tez yumağı, lazım olmadıqda evdən çıxmamağı tövsiyə edib.(oxu.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: uşaq koronavirus


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Təhsildəki korrupsiya: Ceyhun Bayramov necə “yeyir”...

DTX-nın əməliyyatı zamanı Qarayev kabinetində nə edirdi?..

Elmar Məmmədyarovun 95 yaşlı atası 51 ildir bu vəzifədə işləyir

Toy etmək istəyənlərin diqqətinə: Bu tarixdən etibarən... - Açıqlama

Əli Həsənovun qanunsuz verdiyi mənzillər satışa çıxarıldı - Sənəd

Seymur Orucovun ingiliscə çıxışı İTV-də ələ salındı - Video

Şirməmməd Hüseynovun qızı Mədəniyyət naziri olacaq?

Gələn həftədən Bakıya giriş-çıxış bərpa edilir? – Rəsmi açıqlama

Karantindən sonra yas mərasimlərinin necə keçiriləcəyi açıqlandı

“O saxta prezidenti, dırnaqarası prezidenti...” - İlham Əliyev

DSX-da şübhəli tender əməliyyatları... - Maddi-Texniki Təminat Baş İdarəsində nələr baş verib?

Adına əmək haqqı kartı var, özünün xəbəri yoxdur

loading...

Ən çox oxunanalar