Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycana qayıda bilməyən 16 min vətəndaş dəstək üçün müraciət edib

Bu barədə Səfirlikdən məlumat verilib...

“Dünyanın bir çox ölkələrində, o cümlədən Türkiyədə geniş yayılmış koronavirus infeksiyası (COVİD-19) ilə bağlı bu ölkədə həyata keçirilən karantin tədbirləri və hərəkətin məhdudlaşdırılması səbəbindən buraya müvəqqəti gəlmiş və hazırda Vətənə dönə bilməyən Azərbaycan vətəndaşlarının, həmçinin şəxsi vəsaitləri hesabına Türkiyədə təhsil alan maddi imkanları məhdud olan tələbələrimizin müəyyən bir qismi bəzi məişət və inzibati zəminli problemlərlə üzləşiblər”.

Bu barədə APA-nın yerli bürosuna Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, hazırkı pandemiya şəraitində Azərbaycanla Türkiyə arasında hava və quru nəqliyyatının həyata keçirilmədiyini nəzərə alaraq, ölkə rəhbərliyinin tapşırığına əsasən yuxarıda qeyd olunmuş kateqoriyadan olan vətəndaşlarımıza bu dövr ərzində dəstək göstərilməsi məqsədi ilə onlara 01.04.2020 tarixindən etibarən Azərbaycanın Türkiyədəki Səfirliyinə müraciət etmələri üçün imkan yaradılıb: “Bununla bağlı Səfirliyə bu günədək daxil olmuş 16 000-dən çox müraciətin bir qismi Səfirlik tərəfindən təhlil olunub və bu kateqoriyaya aid olan 6000-ə qədər vətəndaşımıza Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə qida və yaşayış təminatı ilə bağlı yardım edilib. Hazırda qalan və yeni daxil olan müraciətlər də təhlil olunmaqdadır və mövcud vəziyyət davam etdiyi dövrdə bu kateqoriyaya aid ehtiyacı olan vətəndaşlarımıza dəstək verilməsi nəzərdə tutulur. Eyni zamanda, müraciətlərinə hələ ki, cavab verilməyən vətəndaşlarımızdan bir az anlayışlı və təmkinli olmaq xahiş olunur.

Dövlət başçısının qeyd etdiyi kimi, bu çətin şəraitdə hamımız milli birlik, həmrəylik və məsuliyyət nümayiş etdirməliyik”.

Səfirliyin məlumatında eyni kateqoriyadan olan Azərbaycan vətəndaşlarından təkrar müraciətlər etməməyi xahiş olunub və qeyd olunub ki, təkrar müraciətlər əlavə vaxt itkisinə səbəb olur: “Bu müraciətlər də analiz edilir və cavablandırılması əlavə vaxta ehtiyac yaradır. Qeyd etmək lazımdır ki, müraciətlərin təhlili zamanı yuxarıda qeyd olunmuş kateqoriyaya aid olmayan vətəndaşlarımız (Məsələn, Türkiyə Respublikasında daimi əsasla yaşayan vətəndaşlarımız, hazırda Türkiyə Respublikasının ərazisində olmayan vətəndaşlarımız və sair) tərəfindən də bu kampaniyaya müraciət etmə halları da müşahidə olunur ki, bu da əsaslı müraciətlərə cavabların verilməsində əlavə vaxt itkisinə səbəb olur.

Bunu nəzərə alaraq bir daha xatırlatmaq istərdik ki, təşkil olunmuş bu yardım kampaniyası qida və yaşayış təminatına ehtiyacı olan Türkiyə Respublikasına müvəqqəti gəlmiş və pandemiya səbəbindən Vətənə dönə bilməmiş Azərbaycan Respublikasının vətəndaşları, xüsusilə də şəxsi vəsaitləri hesabına Türkiyədə təhsil alan maddi imkanları məhdud olan tələbələrimiz üçün nəzərdə tutulub”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar