Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir bahar yox olarsan...

Şeir insanın daxili dünyasından gələh hisslərin fonunda doğulur...

Gənc şairə Yağmur Əsmərsoy Sankt-Peterburqdan mənə bir neçə
şeirini göndərib. Əvvəllər Yağmurun bir neçə şeirini sosial şəbəkələrdə oxumuşdum.Yağmur hələ çox gəncdir. Şeirlərindəki isti səmimiyyət, insanlara, anaya, təbiətə münasibət özünəməxsus poetik tərzdə poetik ifadəsini tapır. Gənc şairin daxili dünyasındakı narahat notlar misralarında ağrılı, bəzən də ümüdsüzlük notları ilə müşaiyət olunur. Təbii ki, poeziyamızda bu notlar var və pis deyil. Şeir insanın daxili dünyasından gələh hisslərin fonunda doğulur. Hər halda, Yağmurun gələcək yaradıcılığına ümüdümüz çoxdur. Bu yolda gənc şairəyə uğurlar arzu edirəm!

Nazim Əhmədli, şair
Azərbaycan Yazıçılar Birliyini üzvü

PİA.az gənc şairə Yağmur Əsmərsoyun şeirlərini təqdim edir:

Ağlasam gözümün yaşın silən yox,
Bəlkə də bu boyda haqq etməmişdim.
O, sevdi, o gördü, o da bitirdi,
Mən hələ həsrəti bitirməmişdim.

O getdi, ömrümün o payızını,
Bu bahar qəlbimin üstünə qoydum.
Nə oldu, elə bir çətin sualdı
Çox içdim bu eşqin dərdindən, doydum.

Bir az da payıza döndüm, üşüdüm,
Bahara bir addım qalıbmış, demə.
Ocaq- ocaq söndüm, bir yollarda mən,
Həsrət də çiçək tək solurmuş, demə.

Dayandım o getdi, dönüb baxmadı,
O, günü tarixə bir xəttlə yazdım.
Göylərin yolundan bir dua ötdüm
Həsrətin yolunda yenə də azdım.

*********

Gecələr nədənsə yata bilmirəm,
Yuxular gözümdən uzağa düşür.
Toz basan pəncərəm bağlı qalıbdı,
Mən yazıq, ürəyim dərdlə əlləşir.

Bir eşqin adından yazdım eşitməz,
Ay da, şahidliyə yaxına durmaz.
Sən susdun, göründün, yox oldun yenə.
O gündən saatlar dörd beşi vurmaz.

Günəş də oyatmır səhərlər məni,
Dururam, bir uşaq səsinə onda.
Deyən daş asılıb, günlər çəkilmir
Bir nöqtə vergülsüz bitərmi sonda.


*********

Allah da bu boyda götürməz ahı,
Bəndəsi şükr edər naşükür olmaz.
Bu nurda boy atdıq səcdəyə durduq,
Haqq desən insanlar bir yol yorulmaz.

Quranı kitablar kitabı bildik ,
Peyğəmbər Allahın son elçisiydi.
İslama gəl deyə, hayqırdı dön gəl,
O sudan içdikcə, bir də dirildik.

Gecələr oyanıb namaza dursan,
Açılar qapılar üzünə, min yol.
Əl açıb, dua et, Allahdan istə,
Nə olsan əyilsən, yenə özün ol.

************

Sevdinsə,
canın yanar.
Uzaqlar gözündən
asılı qalar.
Nə gedən qayıdar,
nə gələn olar.
səni onun tək sevər
Bir bahar yox olarsan,
bir payız saralarsan.
Bir yaz yağışlara qarışarsan.
Sevdinsə
Canın yanar...
Bir yol yorularsan
bir yol o eşqə asılı qalarsan.
Hər səhər unudarsan,
hər gün biraz dərd udarsan.
Nifrətin də ölən günlərin
acısında qovrular.
Sevdinsə
canın yanar...
Nə gələcəyə inamın qalar,
Ölümə də hər gün yaxın olarsan,
Dəyməzmiş amma...

Bir eşqin acısı çox ağır oldu,
Hər gün biraz biraz bitirdim səni.
Nə susdum, nə dindim bir şəhər, yenə
İtirdim, itirdim, itirdim səni.

***************
Cənnətmi, anamın ayağı altda,
Gündə min yol öpür, əyilirəm mən.
Saçın da ağ gəzib üzüldüyüm də,
Qayğında ölürəm- dirilirəm, mən.

Nurundan pay aldım, ay mehribanım,
Duanda varlığım əzbərə döndü.
Durnalar bu yurddan köçüb gedəndən,
Eşqimin alovu o gündə söndü.

Başımı sığalla bir yol, sığalla,
Ölüm cənnətinə dönüm, ay ana.
Nə yazım, nə deyim, hansı sualla,
Dil açım, başına dönüm, ay ana.

Bir ağız çağır ki, yüyürüm gəlim,
Mən haqqdan yoğrulub, haqqdan gəlmişəm.
Gecələr Allaha açılır əlim,
Ay anam, mən səni cənnət bilmişəm.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar