Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ATƏT PA: Dağlıq Qarabağdakı “seçkilər” qanunsuzdur

"Hazırkı koronavirus pandemiyasına qarşı mübarizə getdiyi bir vaxtda belə ATƏT məkanında bir sıra münaqişələr hələ də davam edir"...

“Report” xəbər verir ki, bu ATƏT Parlament Assambleyasının (PA) yaydığı bəyanatda deyilir.

Bəyanatda həmçinin dünyada atəşkəs elanına dair BMT-nin baş katibi Antonio Qutierreşin çağırışının dəstəkləndiyi qeyd olunur.

“Dünyanın COVID-19 pandemiyasına qarşı mübarizə apardığı bir vaxtda bu istiqamətdəki səyləri çətinləşdirəcək silahlı münaqişələr bizə gərək olan ən axırıncı məsələdir. ATƏT regionuna Cənubi Qafqazda, Ukraynanın şərqində və başqa yerlərdəki münaqişələr təsir edir. Bu gün COVID-19-a qarşı birgə mübarizəyə səfərbər ola bilməyimiz üçün bütün tərəfləri BMT-nin atəşkəs çağırışına əməl etməyə dəvət edirəm”, - ATƏT Parlament Assambleyasının sədri Giorgi Tsereteli bildirib.

Təşkilat rəhbəri həmçinin işğal altında olan Dağlıq Qarabağ və Abxaziyada bu yaxınlarda keçirilmiş “seçkilər”in “qanunsuz və ictimai səhiyyəyə əlavə təhlükə yarada” biləcək tədbir olduğunu da vurğulayıb.

Xatırladaq ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında martın 31-də təşkil edilmiş “seçki” oyunu beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb və qətiyyətlə pislənib.

pia.az


Etiket: ATƏT PA


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Ən çox oxunanalar