Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyasi şərhçi: “Hökumət yardım paketinə yenidən baxmalıdır”

Koronavirus pandemiyasının vurduğu ziyanı qarşılamaq məqsədi ilə höküməyin elan etdiyi yardım paketi bəzi ekspertlər tərəfindən tənqid edilir...

 

Azər Rəşidoğlu: “Hökumətin sosial paket adı ilə açıqladığı şərtlər də o qədər ağırdır ki, bu yardımdan çox az adam yararlana biləcək. Buna görə də düşünürəm ki, hökumətin sosial yardım paketi çox nöqsanlıdır”.

“İnsanların küçəyə çıxdıqları üçün yüksək məbləğdə cərimələnməsi doğru yanaşma deyil və bu yanaşma ola bilsin ki, Avropada özünü doğrulda bilər”.

Bu sözləri siyasi-şərhçi Azər Rəşidoğlu hökumətin yardım paketinin tənqid edilməsini PİA.az-a şərh edərkən qeyd edib.

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda bildirilir ki, işsiz kimi qeydiyyata alınmaq və ya birdəfəlik ödəməni (190 manat) almaq üçün karantin rejimini pozub evdən çıxaraq Məşğulluq Mərkəzlərinə müraciət etmələrinə heç bir ehtiyac yoxdur. Xüsusi karantin rejimi ilə əlaqədar hazırda mərkəzlərdə vətəndaş qəbulu da həyata keçirilmir. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin son mətbuat konfrasında verdiyi açıqlamlar heç də hamını məmnun etməyib. Xüsusən nazirin “Ailədən bir nəfər maaş alırsa, digər üzvləri dövltdən yardım almayacaq” bəyanı sosial şəbəkələrdə ciddi tənqid atəşinə tutlub. Bir çoxları isə Sahil Babayevi epidemiya dşnəmində ölkə prezidentinin yürütdüyü siyasətə məsuliyyətsiz yanaşmaq ittiham edib.

Qeyd edək ki, prezident İlham Əliyevin göstərişi ilə hökumət 2,5 milyard manatlıq dövlət dəstəyi paketi hazırlayıb. Bu paket koronavirus pandemiyasının zərər çəkən sahibkarlardan tutmuş, sadə vətəndaşa qədər hər kəsi əhatə edir. 300 mindən artıq günəmuzd işləyən vətəndaşın əmək haqqısı dövlət tərəfindən ödəniləcək, sosial çətinliyi olan hər kəsə iki ay müddətində birdəfəlik yardımlar ediləcək. Vətəndaşlar “e-sosial.az” portalında “e-xidmətlər” bölməsinə daxil olmaqla müraciət edə və dövlət yardımını ala bilərlər.

Buna baxmayaraq yuxarıda da qeyd etdiyimiz kimi koronavirus pandemiyasının vurduğu ziyanı qarşılamaq məqsədi ilə höküməyin elan etdiyi yardım paketi bəzi ekspertlər tərəfindən tənqid edilir. Xüsusən bir dəfəlik yardımın adambaşına edilməməsi soaial şəbəkələrdə tənqid atəşinə tutulmaqdadır.

Ümumilikdə götürdükdə və o cümlədən yaxın qonşularımızla, Rusiya, İran, Gürcüstanla müqayisədə hökumətin yardım paketini necə qiymətləndirmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı siyasi şərhçi Azər Rəşidoğlu ilə müzakirə edib.

Azər Rəşidoğlu: “Əslində bu yardım paketinin şərtləri yardımın ünvana çatmasını tamamilə məhdudlaşdırmağa yönəlib”.

Hazırkı böhran dönəmində hökümətin forsmajor vəziyyətdə necə davranacağını bilmədiyini vurğulayan siyasi şərhçi PİA.az-a açıqlamasında qeyd edib ki, insanların yüksək məbləğdə cərimələnməsinin düzgün deyil. Rəşidoğlunun fikrincə onsuz da pandemiya dövründə iqtisadi baxımdan vəziyyəti daha da pisləşən vətəndaşları daha ağır maddi sıxıntıya soxmaq yanlış qərardır:

“Əslində bu yardım paketinin şərtləri yardımın ünvana çatmasını tamamilə məhdudlaşdırmağa yönəlib. Güman etmirəm ki, həmin şərtlərə cavab verən çox sayda vətəndaş olsun. Ona görə də hesab edirəm ki, hökumətin yardım paketi çox nöqsanlıdır. Buna görə biz həmişə deyirdik ki, Azərbaycanda normal iqtisadi institutlar və normal qanunverici orqan formalaşdırılmalıdır­.

Bu gün hökumət, nazirliklər forsmajor vəziyyətdə vətəndaşlarla necə davranacaqlarını bilmirlər. Hər şeyi cəriməyə yülkəmək düz deyil. İnsanların küçəyə çıxdıqları üçün yüksık məbləğdə cərimələnməsi doğru yanaşma deyil və bu yanaşma ola bilsin ki, Avropada özünü doğrulda bilər. Lakin Azərbaycanda bu ancaq sosial qıcıq yarada bilər. Onsuz da pandemiya dövründə iqtisadi baxımdan vəziyyəti daha da pisləşən vətəndaşları daha ağır maddi sıxıntıya soxmaq yanlış qərar idi.

Azər Rəşidoğlu: “Azərbaycan höküməti yardımları daha əlçatan etmək üçün məsələyə yenidən baxmalıdır”.

Hökumətin sosial paket adı ilə açıqladığı şərtlər də o qədər ağırdır ki, bu yardımdan çox az adam yararlana biləcək. Buna görə də düşünürəm ki, hökumətin sosial yardım paketi çox nöqsanlıdır. Hökümət bu qərara yenidən baxılmalıdır və hesab edirəm ki, əhalinin az gəlirli hissəsinə adambaşına birbaşa yardım edilməlidir.

Dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ-da, Fransa və İspaniya kimi ölkələrdə pandemiyadan ziyan şəkən insanlara bu prinsiplə yardım ayrılır. Misal üçün ABŞ hər bur vətəndaşına 1200 dollar pul verdi. Rusiyada da fərqli addımlar atılır. Misal üçün 3 uşaqlı ailələrin evinə ərzaq qutuları göndərilir. Ona görə də Azərbaycan höküməti yardımları daha əlçatan etmək üçün məsələyə yenidən baxmalıdır.

Biznesə və iqtisadiyyata ayrılan yardımlar isə tamam fərqli mövzudur. Bu sahəyə ayrılan yardımlar sosial ehtiyac yardımlarından ayrı tutulmalıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket: yardım paketi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar