Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerikapərəst jurnallar koronavirus böhranını öncədən proqnozlaşdırmışdılar?..

“The Economist” və “Der Spiegel”in hər bir örtük şəkli bizə müharibənin istiqamətini və ölçülərini anlamağa imkan verir...

Ergün Diler

“Takvim” qəzeti, Türkiyə, 8 aprel 2020-ci il

Əvvəlcə şahzadə Çarlzın, daha sonra isə Baş nazir Boris Consonun koronavirus tutması çox maraqlı bir təsadüfdür. Şahzadə Herri də artıq ailədən və saraydan atılıb. Kraliçanın digər oğlu isə Cefri Epşteyn qalmaqalında ilişib qalıb. Qısaca, Bekinhem sarayı sarsılır. Hətta 68 ildir taxtda oturan kraliça II Elizabet ehtirasları sakitləşdirmək üçün çıxıb xalqa səslənib.

Kraliça bir müharibənin içində olduqlarını dilə gətirib. Gəlin bu müharibəyə daha yaxından baxaq. Lakin əvvəlcə Henri Kissincerlə bağlı danışmalıyıq.

Koronavirus yeni bir dünyanın qapısını aralayıb. Bunu ən yaxşı bilənlərdən biri də Henri Kissincerdir. O, gələn ay 97 yaşını qeyd edəcək. Bir neçə gün əvvəl “Wall Street” jurnalında məqaləsi çıxıb. Rotşild ailəsinə yaxın olan Kissincer deyir:

“Koronavirus dünya nizamını əbədi olaraq dəyişdirəcək. Dünya indi iqtisadi və siyasi cəhətdən yeni mərhələyə keçəcək və bu yeni nizam əsrlər boyu davam edəcək”.

Ancaq Kissincer Rotşild ailəsinə deyil, ABŞ-a müraciət edib. Kissincer: “Vaşinqton məsuliyyət daşımalı və müstəqil bir dünya nizamı üçün addım atmalıdır”, deyib. Kissincer ABŞ-ın nəzarəti altında yeni bir dünya nizamı qurulmasını istəyir. Putin və Tsipininlə yaxın dostluğu olan Kissincerin fikirlərini də gözdən qaçıra bilmərik. Bunlar yaxın tarixin bütün mərhələlərinə iz qoyan Kissincerin düşüncəsidir.

Gəlin kraliçanın təsvir etdiyi müharibəni iki nəşr vasitəsilə şərh edək. “Time” və ya “Newsweek” önəmli jurnallardır. Ancaq hər ikisi də heç vaxt “The Economist” və “Der Spiegel” kimi nüfuzlu və güclü deyillər. “The Economist” və “Der Spiegel” iki cərəyanın səsi və güclü tərəfləridir. Qeyd edim ki, “Der Spiegel” jurnalı bir müddət əvvəl “Bu dördlüyün qarşısını alın” manşeti ilə nəşr olunub. Jurnal Dərin ABŞ-a səslənir və “Tramp-Ərdoğan-Putin-Tsipinin ittifaqını dağıdın” çağırışı edir. Onsuz da bu tarixdən sonra İpək Yolu unuduldu və Türkiyə Rusiya ilə müharibə həddinə gəlib çatdı.

Digər tərəfdən, koronavirus bəlası dünyanı alt-üst edib. Nə qədər qəribə olsa da, jurnalın tələbləri yerinə yetirilib. “The Economist” Rotşild ailəsinin gələcəyini qorumaq üçün məsuliyyət daşıyır. Digər tərəfdən “Der Spiegel” Vaşinqtondan dünyanı idarə etmək istəyən katolik hərəkatın sözçüsüdür. “The Economist” sonuncu başlığında koronavirusun onlara qarşı edildiyinə və Yeni Dünya Sisteminin dəyişdirilməsi üçün ortaya atıldığına işarə edib. Lakin “Hər şey nəzarət altındadır” manşeti və “Böyük hökumət, azadlıq və virus” başlığı ilə çıxış edib. Örtük şəklinsə isə it gəzdirən bir adamın başqa bir iplə idarə olunması təsvir esilib. Yəni Rotşild deyir ki: “100 il əvvəl qurduğumuz nizamı dəyişə bilməyəcəksiniz. Hər şeyi həll etdik, Yeni Dünya Nizamımız yenidən işlənəcək, sistem davam edəcək”.

Digər rəqib jurnalda da işlər qarışıb. “Der Spiegel” Rotşild ailəsinin vahid dünya dövləti üçün hazırladığı avronun virus tərəfindən məhv edildiyini, yəni Avropa Birliyi və Avronun bitdiyini açıqlayıb. “Der Spiegel” alman jurnalına bənzəsə də, avronun bitməsini istəyir. Hətta bu baxımdan da jurnalın alman nəşri olmadığını başa düşə bilərik.

Jurnalın arxasındakı güc Dərin Amerikadır.
Bu iki jurnal bir-birini çox yaxşı başa düşür və həmlələr edirlər. Sadəcə “Der Spiegel” məsələni daha dəqiq formada ortaya qoyur:

“Dollar yenə ehtiyat pul olaraq qalacaq. Ən azı 20 il bu sistemi davam edəcək. Rəqəmsal dollar ortaya çıxa bilər. Bununla bağlı işlər də aparılır”.

Həm Dərin Amerika, həm də Rotşild ailəsinin başçılıq etdiyi ailələr liqası dollar və avrodan sonra bitkoinin gəlməsini istəyir. Hər iki tərəf bu müharibəni özlərinin qazanacağına inanırlar. Buna görə də, həmin mübarizəni “Der Spiegel” və “The Economist” vasitəsilə görmək mümkündür.

Gəlin jurnalları bir az nəzərdən keçirək.

Bu iki jurnal təbii olaraq iş adamlarına mesajlar verən bəzi xəbərlər hazırlayırlar. Son dönəmdə bunlardan ən önəmlisi də 2 ay əvvəlki örtük şəkli idi. Onda hələ Avropa korona ilə tanış olmamışdı, ABŞ da virusa yoluxmamışdı. Ancaq jurnal Çini örtük şəklinə yerləşdirmişdi. Virus hələ ÇİN-də olarkən “Der Spiegel” koronavirus üçün 2 ay əvvəldən “Made in China” başlığı yazmışdı. Bu gün 2 ay əvvəl yazılan başlığın açıqlamasını başa düşmək daha asandır. O örtük şəkli Dərin Amerikanın aylar sonra Çindən trilyonlarla dollar istəyəcəyinə işarə edirdi.

“The Economist” və “Der Spiegel”in hər bir örtük şəkli bizə müharibənin istiqamətini və ölçülərini anlamağa imkan verir. Çox dərin bir qarşıdurmanın adi insanlara və dollar milyarderlərinə necə təsir etdiyini görürük. Heç kim bundan kənarda qala bilməz. Bəzən hər iki güc razılığa gəlmək üçün zəmini yoxlayır. Bəzən də “görəsən, razılaşdılarmı?” sualı həyəcanı artırır.

Bununla birlikdə, Çində koronavirusun ortaya çıxması və ya daha çox iqtisadi cəhətdən insanlara təsir etməsi müharibənin şiddətləndiyini sübut edir.

3-4 ay əvvəl neft dünyada ən vacib güc idi. Bu gün artıq neftin heç bir dəyəri yoxdur. Başqa sözlə, biz yalnız illik planların deyil, həm də gündəlik planların saatbasaat dəyişdiyi günlərdəyik. Qorxu və narahatlıq da daim artır.

Hər həftə nizamı daha yaxşı başa düşmək üçün “The Economist” və “Der Spiegel”in örtüklərini maraqla gözləyirik. Pulu idarə edənlərin yeni dövrdə olub-olmayacağını başa düşməyə çalışırıq. Lakin onlar belə bilmirlər. Hər səhər fərqli bir faciəyə oyanıb çaxnaşmaya düşürlər. Qorxmaqda haqlıdırlar. Çünki təhlükəsiz vəziyyətdə deyillər. Əslində, indi heç kim təhlükəsiz deyil. Pulu idarə edənlər və onu yönəldənlər virusdan sonra dünyanı dərk etməkdə çətinlik çəkirlər. Bu vəziyyətin sonunun necə olacağını koronavırusu yaradanlarından başqa heç kim bilmir.

Hər nə olursa olsun, daxildə birləşən Türkiyə işin sonunda qazanclı çıxacaq. Avropanın parçalanma prosesini isə yaşayıb görəcəyik...

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar