Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirusa qida vasitəsi ilə yoluxmanın təhlükələri açıqlandı

Qida yolu ilə virusa yoluxma ehtimalı az da olsa mövcuddur. Məsələn, emal tələb etməyən qidalar - meyvə və tərəvəz təhlükəlidir...

PİA.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Roskontrol" Ümumrusiya İstehlakçılar İttifaqının Ekspertiza Mərkəzi açıqlama verib.

"Nəzəri olaraq, xəstələnmiş insan almanın üzərinə asqırsa və bundan sonra siz onu yesəniz, risk (koronavirusa yoluxma) var. Amma praktikada şanslar azdır", - deyə açıqlamada bildirilib.

Mütəxəssislər meyvə və tərəvəzləri istehlak etməzdən əvvəl təmiz su ilə yaxşı-yaxşı yumağa çağırış edib.

Paketdəki məhsullarda da vəziyyət eynidir. Mütəxəssislərin fikrincə, virus bir qatıq bankasının və ya su butulkasının səthinə düşsə, sonra isə insan onunla təmas etdikdən sonra əllərini üzünə toxundursa, az da olsa real yoluxma ehtimalı var.

Ümumiyyətlə, mütəxəssislər xatırladır ki, koronavirus səthlərdə uzun müddət yaşamır, qidada çoxalmır.

Bu baxımdan ən təhlükəsiz məhsul ətdir.

Əgər qida yolu ilə koronavirusa yoluxma narahatlıqları varsa, mütəxəssislər məhsulların termik emal olunmasını təklif edirlər.

SARS ilə bağlı bundan əvvəl həyata keçirilən təcrübələrdə virusun 149 dərəcə istidə 1-3 dəqiqə ərzində öldüyü müəyyənləşib.

"COVID-19 ilə oxşar testlər hələ aparılmayıb, ancaq vəziyyətin oxşar olduğuna inanmaq üçün əsas var", - deyə "Roskontrol"dan bildirilib.

pia.az


Etiket: Koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar