Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransada koronavirusdan ölənlərin sayı 11 minə yaxınlaşır

Fransa xəstəxanalarında və tibbi-sosial müəssisələrdə koronavirusdan ölənlərin sayı 11 minə çatır...

Bunu ölkənin Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon brifinq zamanı deyib.

“Epidemiya başlayandan bəri 60 min insan xəstəxanaya yerləşdirilib, onlardan 30 033 nəfəri hazırda xəstəxanalardadır. Bu günə qədər ağır vəziyyətdə olan 7048 xəstənin reanimasiyada müalicəyə ehtiyacı var”, - Salomon belə deyib.

Salomon bildirib ki, reanimasiyalarda olan xəstələrin 34%-i 60 yaşa qədər, 61%-i 60-80 yaşları arasında, daha 108 nəfəri isə 30 yaşdan aşağı olanlardır. Onun sözlərinə görə, 21 mindən çox insan sağalaraq xəstəxanaları tərk edib.

“Epidemiya müddətində xəstəxanalarda 7632 nəfər ölüb, onların 80%-i 70 yaşdan yuxarı insanlardır. Texniki problem səbəbindən bu gün tibb müəssisələrindən ölümlər haqqında məlumat daxil olmayıb. Xəstəxanalar və tibbi-sosial müəssisələr də daxil olmaqla, ölənlərin ümumi sayı – 10 869 nəfərdir”, - deyə baş direktor əlavə edib.

“Sante Publique” sanitar agentliyinin məlumatına görə, ölkədə koronavirusa təsdiqlənmiş yoluxma halı 82 048 nəfərə çatıb.(apa)

pia.az


Etiket: Jerom Salomon


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar