Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ruhani: “Koronavirusla mübarizədə ikinci və daha çətin mərhələyə başlayırıq”

İran Prezidenti Həsən Ruhani Tehranda keçirilən Nazirlər Şurasının iclasında koronavirusa qarşı mübarizənin ikinci mərhələsinə başladıqlarını açıqlayıb...

“Anadolu” agentliyi xəbər verir ki, İran prezidenti bu mərhələnin əvvəlkindən daha çətin olacağını bildirib.

O, aprelin 11-də ölkədə bəzi müəssisələrin fəaliyyətini bərpa edəcəyini qeyd edib:

“Bəzi vətəndaşlar istehsalı davam etdirmək üçün evdən çıxmalıdırlar. Əvvəlki mübarizə evdə qalaraq virusdan qorunmaq üçün idi. Bu gündən etibarən mübarizə iqtisadi fəaliyyəti davam etdirmək üçün aparılacaq”.

Koronavirusa qarşı mübarizə aparmaq üçün çörəyin, işığın və qazın lazım olduğunu vurğulayan Ruhani deyib ki, bütün ehtiyacları nəzərdən keçirməliyik:

“Amma prioritetlər var. Bəzən biri digəri üçün qurban verilə bilər, ancaq əlimizdən gələni edəcəyik”.

Ruhani Beynəlxalq Valyuta Fonduna (BVF) müraciət edərək, ayrı-seçkilik etmədən ABŞ-ın qarşısını almağa çalışdığı beş milyard dollarlıq krediti İrana verməsini istəyib:

“Bütün beynəlxalq birlik bu müddətdə öz vəzifəsini yerinə yetirməlidir. Biz BVF və Dünya Bankının üzvüyük. Bu fondlara öhdəmizə düşən payı veririk. İran və digər ölkələr arasında ayrı-seçkilik olarsa, bu, qəbul edəcəyimiz bir vəziyyət deyil.

Son 50 ildə bu fonddan kredit istəməmişik və bunun müqabilində vəzifəmizi yerinə yetirmişik. Bu çətin şəraitdə vəzifələrinə uyğun hərəkət etməsələr, dünyada mənfi imic formalaşdıracaqlar”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar