Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kissincerin pandemiya və dünya nizamı haqqında düşüncələri...

Kissincer ABŞ rəhbərliyinə: “Amerikanı içə doğru çəkmə, əvvəlki vəziyyətinə qaytar”, deyir...

Nedret Ersanel

“Yeni Şafak” qəzeti, Türkiyə, 8 aprel 2020-ci il

Neçə vaxtdır hər kəsin dilinə düşmüş bir ifadə var: Virusdan sonrakı dünya bir də əvvəlki kimi olmayacaq.

Bəs görəsən bundan sonra beynəlxalq təşkilatlara - BVF, Dünya Bankı, AB, NATO, Birləşmiş Millətlər Təşkilatına nə olacaq? Ayrı ayrılıqda ABŞ, Çin, Rusiya, Almaniya, İngiltərə və Türkiyənin aqibəti necə olacaq? Qlobal iqtisadiyyata və onun oyuncaqlarına nələr olacaq? Texnologiyanın gücü kimdə qalacaq?

Unutmayaq ki, uzun illər ərzində meydana gəlmiş sistem bir “orqan”dır və onu asanlıqla kəsib atmaq mümkün deyil.

Yeni dünya ilə bağlı tez-tez misal göstərilən hadisə II Dünya müharibəsi və ondan sonra gələn sistemdir. O dönəmə aid olan kritik məsələlər, məsələn, “Marşal Plan” və hətta “Manhetten Layihəsi” bu günki problemlərlə müqayisə edilir.

Bunları yaxşıca başa düşən biri varmı? Britaniyanın Baş naziri reanimasiyaya aparılır və İngiltərədə qorxu hökm sürməsin deyə kraliça çıxıb xalqa səslənir.

AB Komissiyasının sədri Ursula fon der Leyen: “Avropa gözlənilməz bir düşmən və bənzərsiz bir böhranla üz-üzə qalıb. Avropa üçün bir “Marşal Plan”ına ehtiyac var”, deyib.

Bunun mənası nədir? “Marşal Plan” ABŞ-a əsaslanan və Dünya Müharibəsindən sonra Avropa ölkələri üçün qüvvəyə minmiş hərtərəfli iqtisadi yardım paketi idi.

Təbii ki, AB-nin virusa görə çökən siyasi və iqtisadi sistem üzrə ABŞ-a yalvardığını düşünsəniz, sizi də reanimasiyaya apararlar.

Bu, AB-nin özünü dünya bazarına çıxarmasıdır. Çin, Rusiya, ABŞ və digərləri də dəvətlidir. Bəziləri əsas yükləyici, bəziləri isə subpodratçı kimi.

Bəs nəticəsi necə olacaq?

Bu cür dəyişikliklər, yuxarıda göstərilən bütün beynəlxalq qurumları və təşkilatları bu baxımdan dəyişdirəcək. Təbii olaraq ölkələri də. Bəziləri bu təzyiqə dözə bilməyəcək və ortaya çökmüş ərazilər çıxacaq. Sistem dəyişikliyi əsas təkəri çıxarıb, əvəzinə yenisini taxaraq idarə edilən bir şey deyil. Yeni bir təkər həmişə olacaq, lakin hər birini ayrıca idarə etmək olur. Bu da sistemin təbiətinə ziddir. Ona görə də, bəziləri qırılacaq, əziləcək.

Amerika oyuna qayıda bilərmi?

Henri Kissincer 3 apreldə dünya nizamı və virus haqqında bir məqalə yazıb (“Koronavirus pandemiyası dünya nizamını əbədi olaraq dəyişdirəcək”, 03/04, WSJ). Son kitabının adının “Dünya nizamı” olduğunu xatırladığımız zaman bu yazı daha maraqlı hala gəlir.

Qısaca, deyir ki, əvvəla pandemiya ilə mübarizədə liderliyi ələ keçirməliyik və peyvəndi biz tapmalıyıq. 25 martda dediyimiz kimi:

ABŞ bir şey etmək istəyir, amma artıq çox gecdir. Böyük ehtimalla, qalan vaxtda qızıl qol vurmağa çalışacaq, yəni peyvəndi tapmaq üçün cəhd edəcək. Bəziləri düşünür ki, “Manhetten Layihəsi”ni başlatmaqla peyvəndi tapmaq həm Amerikanı, həm dünyanı, həm də seçkiləri xilas edə bilər”.

Virusdan əvvəl dünya onsuz da iqtisadi tənəzzülə sürüklənmişdi və bir çox əmtəə də buna vasitəçi oldu. Neft və qızıl üzərində qurulan oyunlar həmişə bunlardır. Xüsusilə neft istehsalında əsas yeri tutan ölkələrin həmlələri mənə həmişə qəribə və irrasional görünüb.

Kissincer ABŞ-ın iqtisadi liderliyini yenidən nəzərdən keçirməsini təklif edərkən həmçinin, qloballaşma, liberalizm və maarifçilik irsini qorumaqla yolun davam etdirilməsini təklif edir. Keçmişdən də fərq ondadır ki, bu “tədricən” edilir.

Yəni deyir ki, qlobal güc balansından çıxmaq ölkədə və dünyada sosial müqavilələrin pozulmasına səbəb ola bilər.

Kissincer ABŞ rəhbərliyinə: “Amerikanı içə doğru çəkmə, əvvəlki vəziyyətinə qaytar”, deyir. Höküməti, Trampı açıq şəkildə tənqid edir və ABŞ-ın oyuna qayıtması ilə dünya nizamının bərpa ola biləcəyini söyləyir.

Bəzilərinə görə, bu bir çıxış qapısı, başqalarına görə isə tutulacaq bir əl kimi görülə bilər. Ancaq hər ikisi də Amerikanın dünyaya qayıtması üçün kifayət qədər gücünün olub-olmaması ilə əlaqədardır.

Dünya artıq həmin dünya deyil

Kissincer ilə eyni sualları təkrarlaya bilərik: qlobal təşkilatlar hazırda fəlakətlər barədə proqnoz verə bilirlərmi? Onun təsirlərini dayandıra bilərlərmi? Sabitliyi qoruya bilərlərmi? Dözümlülükləri varmı? Cəmiyyətlər və insanlar bu sistemin verdiyi cavablara, vədlərə və həll yollarına inanırlarmı?

Bu sualların cavablarını bilirik. Pandemiya bizə göstərir ki, öz gəmisini xilas edən kapitan olur. Çünki siyasi məsafələr sosial məsafələrdən daha uzundur.

Xəstəlik mütləq sona çatacaq, ancaq bu iqtisadi və siyasi xaos gələcək nəsillərə təsir edəcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar