Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirus Qərb sisteminə olan inamı sarsıtdı...

“Pandemiya dünyanı necə dəyişdirəcək?” sualı artıq köhnəlib. Çünki dünya çoxdan dəyişib...

İbrahim Karagül

“Yeni Şafak” qəzeti, Türkiyə, 7 aprel 2020-ci il

Bu proses nəticəsində dövlətlər öz içinə çəkiləcək və yerli-milli ideyalar qlobal bir şüara çevriləcək. Əlbəttə ki, pandemiyanın qarşısı alınacaq. Lakin amerikalı imici və AB modeli heç vaxt əvvəlki halına qayıtmayacaq.

Bütün dünya şokdadır. Heç kim 21-ci əsrdə bir təhlükənin və bir epidemiyanın bu qədər böyüyəcəyini düşünə bilməzdi. Buna uyğun hazırlıq da edilməmişdi. Böyük ölkələrin, bu qədər var-dövlət və güclə nə edəcəyini bilməyən dövlətlərin belə aciz qalacağını heç kim bilmirdi.

Qorxularımız başqa şeylərlə bağlı idi. Daha çox müharibələr, işğallar, daxili qarşıdurmalar, iqtisadi-siyasi böhranlar və sosial xaosdan qorxurduq. Bir virusun dünyanı sarsıtdığını ancaq fantastik ssenarilərdə görürdük. İnsan irqinin özünə inamı, biliyi və əzmkarlığı o qədər yüksək idi ki, belə ssenarilərə heç önəm vermirdi.

Zəngin, güclü ölkələr çıxılmaz vəziyyətə düşür və imicləri, etibarları məhv olur.

Yupiterin peyklərində bakteriya axtaracaq qədər məlumata və avadanlıqlara sahib olan bəşəriyyət evlərini, küçələrini və şəhərlərini ələ keçirən bir virusa qarşı çıxılmaz vəziyyətdə qalıb. Xüsusilə dünyanın ən varlı və güclü ölkələri çöküb.

Sağlamlıq sistemləri, tibbi imkanlar, insanlara vəd etdikləri həyat tərzi - bir sözlə dünyaya göstərdikləri o xoş mənzərə tamamilə çöküb.

Güclülərin ən zəif cəhətləri və üstünü örtdükləri hər şey üzə çıxdı. İnsanlarını ən vacib sağlamlıq xidmətlərini belə təmin edə bilməyən bu ölkələrin gücünün və sərvətinin dünyaya heç nə verə bilmədiyi ortaya çıxdı. Artıq ABŞ imici, AB modeli və Atlantik sistemi olmayacaq. Əsrlər boyu dünyanı formalaşdıran qüvvələrin içəridən necə çürüdüyü və təkəbbürlə gizlətdikləri günahlarının onları necə tükətdiyi məlum oldu. Bütün dünyanı istismar edənlər, sərvətləri və bazarları ələ keçirənlər, buna “yox” deyənləri cəzalandıranlar və özlərini yer üzünün tanrısı hesab edənlər indi bir dənə adi maska ​​tapıb, paylaya bilmirlər.

Ən eqoist ölkələr indi ən çox köməyə möhtac olan ölkələrdir

Trilyon dolları idarə edənlər, indi bir-birlərinin əleyhqazlarını, tibbi ləvazimatlarını talan edirlər. Birlikdə güc yaradıb dünyanın hər yerinə hücum edənlər, indi bir-birlərindən oğurluq edirlər. Sanki ən eqoist və acgöz ölkələr indi ən ağır bədəli ödəyirlər.

Yeni bir dünya qurulacaq, dövlətlər öz içinə çəkiləcək və milli istehsal önə çıxacaq. Epidemiya sona çatacaq və bəşəriyyət yeni bir dünyaya oyanacaq. Qəbul etsək də, qəbul etməsək də, yeni bir dünya mütləq qurulacaq. Güc və zənginlik yer dəyişdirdiyi üçün siyasi-iqtisadi sistemin də xarakteri dəyişəcək və nəticədə, Qərbin həyat tərzi də şübhə altına düşəcək.

Hər bir ölkə milli sahəyə və öz xəritəsinə doğru çəkiləcək. Strateji məhsullarını özləri istehsal edəcəklər. Müdafiə, sənaye, texnologiya ilə yanaşı, kənd təsərrüfatı da ön plana çıxacaq. Millətlər bir-birlərinə güvənməməyə, bir-birlərini gözləməyə və öz güclərini toplamağa başlayacaqlar. İndidən bir maska üçün bir-birlərini ittiham edən ölkələrin strateji məhsullar üçün bir-birindən nə isə gözləməyi artıq ağlasığmazdır. Dövlətlər ucuz investisiya sahələrinə deyil, milli investisiya sahələrinə diqqət yetirəcəklər.

Türkiyənin hazırlaşdığı hər şey “dünya reallığı” oldu

Türkiyənin “yetərlilik və millilik” tezisinə inanmayanlar bütün dünyanın bu istiqamətə getdiyini görəcəklər. Türkiyənin 10 ildir hazırladığı hər şey artıq “dünya reallığı”na çevrilir.

Müdafiə, yerliləşmə, sistemli çevrilmə (prezident sistemi), sosial dövlət, yardım təşkilatları, geosiyasi hesablar, mərkəzi iqtidar sahəsini gücləndirmək, özünə (tarixi yaddaş və coğrafiya) qayıtmaq əsas amillərdən olacaq. Həmçinin, qlobal sistemin çökdüyünü qəbul etmək, güclü liderlik və koordinasiya, iqtisadi-siyasi həssaslıq və uzaqgörənlik və bütün bunlara qarşı daxildə qurulmuş çox güclü cəbhəni neytrallaşdırmağa üstünlük veriləcək.

O boş-boş qışqıranlar indi nə baş verdiyini görə bilirlərmi?

Bunlar gələcək dünyaya hazırlıq idi və Türkiyə çox erkən başlamalı oldu. Türkiyə bir çox Avropa ölkəsindən daha çox təchiz olunub. Buna görə pandemiyaya qarşı aparılan hazırlıq da belə planlı, soyuqqanlı və rasional bir proqramla aparılır. Bir çox ölkə panikaya düşərkən, Türkiyə inanılmaz bir koordinasiya qabiliyyəti nümayiş etdirir.

Prezidentlik sistemindən imtina etmə” deyib çığıranlar və Türkiyə kimi böyük bir ölkənin qlobal addımlarını şəxsi məsələyə çevirənlərin belə bir böhranla necə üzləşəcəyini təsəvvür edə bilmirəm.

Böyük layihələr həyata keçirilərkən, şəhər xəstəxanalarını qurularkən, güclü bir hava və dəniz qüvvəsi və iqtisadi nəzarət yaranarkən, sosial həmrəylik cəhdləri məsxərəyə qoyularkən, bir sözlə ölkə bütün qurumları və varlığı ilə yüksələrkən onu dayandırmağa çalışanlar indi
susmağı bilməlidirlər.

Bütün ölkələr ödəyir, ödəyəcək də. Amma sonra Türkiyənin dünyanın yüksələn bir neçə ulduzundan biri olacağına dair heç bir şübhəm yoxdur.

“Dünya necə dəyişəcək” sualı artıq köhnəlib. Çünki artıq dəyişdi.

Virusa (COVID-19) artıq dünyada milyonlarla insan yoluxub, 70 mindən çox insanı ölüb. Bu sayın haraya qədər uzanacağına dair heç bir inandırıcı bir təxmin yoxdur. Dövlətlər, səhiyyə müəssisələri və milli təhlükəsizlik dairələri ən pis ehtimala hazırlaşırlar.

Əslində, bütün bəşəriyyət bir kölgə ilə mübarizə aparır və bu kölgə, yəni pandemiya artıq bəşəriyyətin, dövlətlərin və şəxslərin davranış tərzini, prioritetlərini indidən dəyişdirib.

Dünya artıq dəyişib. Bunu gözləyən və buna uyğun hazırlaşan ölkələr irəliyə gedəcəklər, gələcəyin qapılarını açacaqlar. Amma bunu öncədən görə bilməyən, hazırlaşmayan və gücünə, təkəbbürünə güvənən ölkələrin də necə çökdüklərini görəcəyik.

Peyvənd və dərman çox tez istehsal ediləcək

20-yə yaxın ölkədə peyvənd və dərman üçün müəyyən işlər görülür. Bəziləri bunu insanlar üzərində yoxlayacaq həddə çatıblar. Məlum olan dərmanların bəziləri indi müalicədə istifadə olunur. Bəlkə də, ilk dəfə ən sürətli peyvənd və dərman istehsalına şahid olacağıq.

Lakin qlobal çaxnaşma o qədər yüksəkdir ki, ABŞ və İsrail kimi ölkələr, hətta qoruyucu maskaları oğurlamağa və kəşfiyyat orqanları ilə digər ölkələrdən tibbi ləvazimatlar almağa başlayıblar.

Təəssüf ki, böyük ölkələrin maskalar istehsal etməkdə acizdirlər. Sərvətin və dəbdəbənin zirvəsinə çatan ölkələr ən vacib sağlamlıq materiallarını və ehtiyaclarını belə ödəyə bilmir və buna görə də, asan yola əl ataraq bütün bunları Çindən təmin edirlər.

Çinə qarşı yüz milyardlarla dollarlıq məhkəmə işi açılıb

Xəstəliyi dünyaya yayan Çin isə sosial və səhiyyə yardımları ilə simpatiya toplamağa çalışır. Bir növ yumşaq güc tətbiq edir. Lakin pandemiyadan sonra ayrı-ayrı şəxslər, qurumlar, şirkətlər və hökumətlər Çinə qarşı yüz milyardlarla dollar kompensasiya iddiası qaldıra bilərlər.

İndidən, xüsusilə də İngiltərədə bu virusun heyvanlardan ötürülmədiyi, Vuhandakı laboratoriyadan bir insana ötürüldüyü və bu şəkildə yayıldığı deyilir. Bu, virusun “istehsal edildiyi” mənasına gəlir və böyük problemlərə yol aça bilər.

Hər bir ölkənin yaşadığı problem bizim üçün faciədir. Hər ölkənin ağrısı ortaqdır, düşmən eynidir və həmrəy olmaq çox vacibdir. Lakin hər bir ölkə də öz dərsini almalıdır.

Dövlət, inam və həyat anlayışı insanların zehnində tamamilə dəyişir. ABŞAvropa ölkələrindəki bu inam tamamilə sarsıldı. Pandemiya vasitəsilə güc müharibəsi, geosiyasi hesablaşma və psixoloji müharibə aparılır. Görək kimlər və hansı ölkələr bu dağıntının altında qalacaqlar.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar