Bazar, 31 May 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

İqtisadçı: “52 milyard dollarlıq rezerv hardadır, çətin gündə xərclənməyəcəksə, nəyə lazımdır?”

“Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu gün DOST Mərkəzində düşmən açıqlamar verib. O qeyd edib ki, ailədə bir nəfər əmək müqaviləsi ilə işləyirsə və yaxud kimsə pensiya və yaxud sosial müavinət alırsa, nəhayət kiminsə adına torpaq payı varsa digər üzvlərə birdəfəlik yardım verilməyəcək. Sahil Babayevin absurda açıqlamaları həm Azərbaycan konstitusiyasında təsbit olunan sosial dövlət modelinə, həm də “Bizim iqtisadi siyasətimizin hədəfində vətəndaş, onun sağlamlığ və rifahı durur” bəyanatını verən İlham Əliyevin açıqlamalarına ziddir. Necə ola bilər ki, ailədə bir nəfər əmək müqaviləsi ilə işləyirsə və yaxud kimsə pensiya və yaxud sosial müavinət alırsa, nəhayət kiminsə adına torpaq payı varsa, digər üzvlərə birdəfəlik yardım verilməsin?”

PİA.az-ın xəbərinə görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

“Əvvala, necə olur ki, cərimə edəndə hər kəsi edirlər, yardım verəndə isə ailənin digər üzvünün vəziyyətini nəzərə alırlar? İkincisi, işsizlik sığortası müainəti dövlət büdcəsindən deyil, İşizlik sığortası Fondundan ayrılır. 1 yanvar 2018-ci il tarixdən qüvvəyə minmiş “İşsizlikdən sığorta haqqında” Qanuna görə, işsizlikdən Sığorta Fondunun maliyyə mənbəyi işəgötürənlər və işçilərdir. Hər ay işəgötürənlər əmək fondunun 0,5 faizi, işləyənlər isə maaşlarının 0,5 faizi məbləğində Fonda vəsait ödəyirlər. Bu il üçün işçilərin və işə götürənlərin ödəmələri hesabına formalaşan İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin gəlirləri 128 235 400 manat təsdiq olunub ki, onun da yalnız 5 milyon manatını işsizliyə görə sığorta ödənişləri təşkil edir. Bax sosial ədalət burda pozulub. Büdcə müzakirələri dövründə mən bu məsələni qaldırsam da nəzərə alınmadı. Heç olmazsa hazırkı şəraitdə, əhalinin bu çətin günlərində bunu nəzərə alın, işzilərin hamısınına sığorta müavinəti vermək aztəminatlı vətəndaşına dəstək olmaq dövlətin ümdə vəzifəsidir. Nəhayət, soruşmaq istərdim ki, bütün tədbirlərdə ağız dolusu danışılan 52 milyard dollar valyuta rezervi hardadır, indiki çətin gündə də xərclənməyəcəksə, o nəyə lazımdır, onu nə vaxta saxlayırlar, nəyi gözləyirlər? Gözləyirlər ki, dəyərini tam itirsin”.(Pravda.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Cavid Qurbanovun bioqrafiyası və sərvəti... - Video

Bakıda klinika və ticarət obyektləri tikdirənlər kimlərdi? – Tanış adlar, Fotofakt

Elmar Məmmədyarov, Əli Həsənov, Vüqar Səfərli, Ramiz Zeynalovla bağlı sensasion açıqlama - Video

Qondarma “DQR”-də atası azərbaycanlı olan general nazir təyin olundu

Asif Ağayev donuzları kimin qabağına qovdururmuş?..

“Bilmirsən ki, bu hökümətdəkilər nə ilə düşünürlər?..” - Qubad İbadoğundan TƏBİB-ə iradlar

Nizami rayonunun icra başçısının varidatı haqda ilginc faktlar

Kənan Məmmədov gömrük bəyannəmələrini niyə karandaşla yazdırır?

“Azərbaycanda impotent kişilərin sayı durmadan artır” 

Koronavirusu tamamilə məhv etmək üçün çarə tapıldı

Yaxşı şerimi mürgüləməyəndə yazacam - Mirzə Ələkbər Sabirin unikal müsahibəsi

loading...

Ən çox oxunanalar