Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"4 istiqamət üzrə insanlara sosial dəstək veriləcək" - Sahil Babayev

"Azərbaycanda işsizlərin sosial təminatı ilə bağlı tapşırıq verilib"...

"4 istiqamət üzrə insanlara sosial dəstək veriləcək. Həyati vacib obyektlərin işini davam etdirməkdə olan iş yerləri üçün işçi təminatı təmin edilib. Bu gün dövlət sektorunda 910 min nəfər əmək müqaviləsi ilə işləyir".

PİA.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, qeyri-dövlət sektorunda əmək müqaviləsi ilə işləyənlər ikinci istiqamətdə dəstək alacaq işçilərdir: "Bu sektorda 660 min əmək müqaviləsi ilə çalışır. Son 10 gündə əmək müqaviləsi ilə işləyənlərin sayında ciddi artım olub. Ləğv edilən hər bir əmək müqaviləsi üzrə işəgötürənlərlə müzakirə aparılır. Onlara izah edilir ki, bu dövrdə maksimum dərəcədə müqavilələrin ləğvi olmasın".

S.Babayev qeyd edib ki, üçüncü istiqamət işsizlər və əmək müqaviləsi olmadan qeyri-formal məşğulluq sahəsində işləyənlərlə əlaqəlidir: "Onlar da sosial cəhətdən ən çox zərbə alanlardır. Bu gün onların sosial təminatı yoxdur. Bu şəxslərin sosial tədbirlərlə əhatə edilməsi tapşırılıb". (Report)

pia.az


Etiket: Sahil Babayev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar