Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əminəm ki, xalqımız bu ağır sınaqdan uğurla çıxa biləcək”

Dövlətimiz pandemiyanın törədə biləcəyi fəlakətlərdən ən az itkilə çıxmaq üçün bütün vacib olan tədbirləri həyata keçirməkdədir...

 

Dünya miqyasında ciddi bəlaya çevrilən Koronavirus pandemiyası hələ də ağır itkilər verməkdədir. Bu dəhşətli pandemiyanın əhatə dairəsinin içərisində təəssüf ki, Azərbaycanda yer almaqdadır. Ancaq cənab prezidentin çevik və qabaqlayıcı tədbirlərə dərhal start verməsi ölkəmizdə baş verə biləcək daha böyük fəlakətlərin qarşısını ala bildi. Dövlət başçısı aprel ayının 6-da Sumqayıt Kimya Sənaye parkında qoruyucu tibbi maska istehsal edən müəssisənin açılışında bir daha Covid-19 virusuna qarşı həyata keçirilən tədbirlərin təhlilini verdi, mövcud durum və qarşıda duran vəzifələrin üzərində dayandı.

Ölkə prezidenti qeyd etdi ki, həyata keçirilən qabaqlayıcı tədbirlər, virusa yoluxanların müalicəsinin yüksək səviyyədə təşkili, aparılan çoxsaylı test və onun verdiyi üstün yekunları əhalinin maariflənməsində tətbiq olunan metodologiya bütövlükdə özünün əhəmiyyətli nəticələrini verdi.

Son aylarda Bakıda, Goranboyda, TovuzQazaxda istifadəyə verilən müasir tipli 1000 çarpayılıq xəstəxanalar, dörd və beş ulduzlu otellər, Olimpiya kəndi, İstirahət mərkəzləri pandemiyaya qarşı mübarizə meydanına çevrildi.

Xaricdə yaşayan 15 mindən çox soydaşımız qısa zaman kəsiyində Vətənə gətirildi, onların təsnifatı aparılaraq 4500 nəfəri karantinə yerləşdirildi, 45 000-dən çox vətəndaşımız testdən keçirilərək, virusa yoluxanlar dəqiqləşdirilərək, müalicəyə cəlb olundu. Ölkədə qoruyucu tibbi maskasının çatışmazlığını aradan qaldırmaq üçün qısa zaman kəsiyində maska istehsal edən müəssisə istifadəyə verildi. Eyni zamanda dezinfeksiya maddələrinin də istehsalı başlandı.

Cənab prezident qoruyucu tibbi maskalarla bağlı süni qiymət artımını yaradanlara qarşı qətiyyətli mübarizə aparacağını və görülən qabaqlayıcı tədbirlərin, martın sonundan tətbiq olunan xüsusi karantin rejiminin aprelin 5-dən sərtləşdirilməsinin vacibliyini önə çəkdi və yaxın günlərdə Bakıda və regionlarda ən müasir yeni klinikaların tikintisinin başlanacağını və tezliklə istifadəyə veriləcəyini deməklə, virusa qarşı mübarizədə ciddi və sərt mövqeyini bir daha nümayiş etdirdi.

Dövlət başçımız pandemiyanın dünya iqtisadiyyatına vurduğu ciddi zərbənin üzərində də dayanaraq, ölkəmizi ağır iqtisadi itgilərdən qorumaq üçün ayrılan 2,5 milyard manatın səmərəliyini, 600 min insanın əmək haqqının böyük hissəsinin dövlət tərəfindən veriləcəyini, sahibkarlara ediləcək köməyin və eyni zamanda müavinətlərin ödənilməsilə bağlı məsələlərin də üzərində dayanaraq başlıca vəzifənin vətəndaşlarımızın sağlamlığını, onların həyat səviyyəsinin yüksəldilməsini hər şeydən üstün olmasını xüsusi olaraq vurğuladı.

Xalqımızı bir daha məsuliyyətli, nizam-intizamlı olmağa, qoyulan məcburi qadağalara əməl etməyə, özlərini, övladlarını, yaxınlarını virusdan qorumağa səslədi.

Dövlətimiz pandemiyanın törədə biləcəyi fəlakətlərdən ən az itkilə çıxmaq üçün bütün vacib olan tədbirləri həyata keçirməkdədir.

Xalqımız Cənab Prezidentimiz, İlham Əliyevin və Birinci Vitse Prezident Xanım Mehriban Əliyevanın çağrışlarını yüksək dəyərləndirməkdə, Operativ Gərargahın qərar və tövsiyyələrinə əməl etməkdədir.

Əminəm ki, dövlət xalqımızı, xalqımız isə dövlətimizi gözlənilən ağır sınaqdan uğurla çıxara biləcəkdir.

Fəzail Ağamalı(Milli Məclisin deputatı_

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar