Bazar ertəsi, 01 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Neft yenə kəskin ucuzlaşdı – Beynəlxalq ekspertlər bədbin proqnozlar verirlər

Aprelin 6-da qlobal neft qiymətləri birdən birə 8 faiz və 3 faiz düşüb...

CNBC yazır ki, bu, ilk növbədə böyük neft ixracatçıları arasında hasilat ixtisarına dair razılaşmanın əldə olunacağının qeyri-müəyyənliyi ilə bağlıdır.

Neft qiymətlərinin kəskin enişini hətta Moskvanın Ər-Riyadla hasilat ixracına dair razılaşmaya çox yaxın olduğuna dair verdiyi xəbər də dayandıra bilməyib.

Aprelin 6-da ABŞ neftinin füçers qiyməti 7.97 faiz düşərək bir barrel üçün 26.08 dollar olub. Brent markasından olan neftin qiymətində 3.1 faiz azalma baş verib. İndi bir barrelin qiyməti 33 dollar civarındadır. Azərbaycanın “Azeri Light” markasından olan neftinin qiyməti aprelin 6-da bir barrel üçün 22.48 - 24.14 dollar idi.

Aprelin 6-da ABŞ və Səudiyyə enerji nazirlərinin görüşündə də yalnız “dialoqun G20 formatında davam etdiriləcəyinə” dair razılaşma əldə olunduğu deyilir. Gün ərzində “Reuters” agentliyi Rusiyanın hasilat ixtisarına hazır olduğunu xəbər vermişdi. Bu xəbərlər olmasaydı, neftin qiyməti daha kəskin düşə bilərdi.

Həm ABŞ, həm də Brent neftinin qiymətləri ötən həftə Səudiyyə Ərəbistanı OPEC+ formatında danışıqların bərpa olunacağını deyəndən sonra kəskin qalxmışdı. Habelə ötən həftə ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın hasilatın günə 15 milyon barrel ixtisarı barədə bəyanat verəcəklərini gözlədiyini demişdi.

Lakin aprelin 3-də Səudiyyə və Rusiya arasında yenidən fikir ixtilafları ortaya çıxdı və indi belə görünür ki, daha bir görüş aprelin 10-da keçirilə bilər.

“Again Capital” firmasından Con Kilduff deyib ki, o bu görüşün də nəticə verəcəyinə inanmır. CNBC yazır ki, həm Səudiyyə, həm də Rusiya dünya bazarını tarazlamalı olan danışıqlara ABŞ-ın da qoşulmasını istəyirdilər.

“Eurasia Group”-dan Ayham Kamel isə bildirir ki, Putin və Məhəmmədin siyasi və iqtisadi baxımdan ABŞ-ın da bu prosesdə hər hansı bir şəkildə iştirakına ehtiyacları var.

Donald Tramp ABŞ neft hasilatçıları ilə aprelin 3-də görüşsə də, həmin söhbətin nəticələri barədə konkret məlumat verilməyib. Tramp deyib ki, “bu məsələ böyük neft şirkətlərinə aid məsələdir və onu azad bazarda onlar həll etməlidirlər”.

ABŞ prezidenti işarə edib ki, Moskva və Ər-Riyad arasında razılaşma əldə olunmasa, Vaşinqton rüsum alətinə əl atacaq. Bu isə o deməkdir ki, ABŞ-da qeyri-Amerika neftinə rüsum qoyula bilər. CNBC yazır ki, ABŞ-ın neft sənayesi hasilatın azaldılmasına dair razılaşmaya qoşulub-qoşulmamaq məsələsində ikiyə bölünüb. Neft sənayeçilərinin bir qismi hasilatın azaldılmasının ABŞ-a ziyan vuracağını, digər qismi isə belə bir sövdələşmədə iştirakın xeyirli olacağını deyir.

ABŞ neft hasilatının ixtisarına cəmi bir dəfə - 1970-ci ildə gedib. Amma bəzi ekspertlər ümid edirlər ki, hər hansı bir formada saziş ortaya çıxacaq, çünki qiymətlərin aşağı olması heç bir tərəfə sərfəli deyil.

“Vital Knovledge” firmasının təsisçisi Adam Krisafulli deyib ki, Səudiyyə və Rusiya açıq qarşıdurmanı davam etdirirlər, amma planetin demək olar bütün neft hasilatçıları hərəkətə çağırırlar. Bunların arasında adətən belə danışıqlara qarışmayan Kanada və Norveç də var. Amma Krisafulli də bildirir ki, bütün hallarda hasilatın günə 10 milyon barrel ixtisarı alınan nəticə deyil.

Bir çox ekspertlər bildirirlər ki, hətta razılaşma əldə olunsa belə, hazırda mövcud olan izafi neftə görə qiymətlər aşağı olaraq qalacaq. “Rystad Energy” araşdırmalar mərkəzindən Bjornar Tonhaugen deyir ki, hasilatçılar daha bir qiymət enişinə hazırlaşmalıdırlar. Onun fikrincə, neft qiymətlərinin sabitləşməsi üçün əvvəlcə qlobal neft anbarlarında boş yer yaranmalıdır. (azadliq.org)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: neft


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

"Səfər Əbiyev böyük həcmli tenderlərin hamısını məhz Vahid Əhmədova verirdi" - Fəzail Ağamalı

Siyavuş Novruzov Vahid Əhmədovu təxribat törətməkdə ittiham etdi

Eldar Mahmudovun övladlarının Londonda 17 milyonluq malikanəsi varmış

İcra başçısı ''lipa'' nömrəli avtomobildə gəzir, müavini isə, adam döyməklə ad çıxarır

Yeni ruslaşma dalğası: Putin etnik xalqların mədəniyyətini məhv edir...

"Soyuqdəymə olsa, deyəcəklər koronavirusdur"- Razi Nurullayev

"Sevirəm, amma yanımda 3 gün qalırsa, deyirəm ki, getsin" - Röya

Tahir Məmmədov və komandasının korrupsiyası - Faktlar... Video

Cərimələrlə bağlı xəbərdarlıq - Məcburi ödədiləcək

loading...

Ən çox oxunanalar