Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FİFA-nın sabiq vitse-prezidenti 5 milyon dollar rüşvət almaqda ittiham olunur

ABŞ Ədliyyə Nazirliyi FİFA-nın İcraiyyə Komitəsinin üzvlərini rüşvət almaqda ittiham edib...

Komitə üzvləri DÇ-2018 və DÇ-2022-nin meydan sahibinin seçilməsi zamanı müvafiq olaraq Rusiya ilə Qətərə səs verdiyi üçün rüşvət almaqda günahlandırılır.

İddia olunur ki, FİFA-nın sabiq vitse-prezidenti Cek Uorner DÇ-2018-lə bağlı Rusiyaya səs vermək üçün alınıb. Trinidad və Tobaqodan olan rəsmi ilə yanaşı, qvatemalalı Rafael Salqeroya da rüşvət təklif edilib.

DÇ-2022-nin Qətərə verildiyi səsvermədə Braziliya Futbol Konfederasiyasının sabiq prezidenti Rikardo Teyşeyra, Cənubi Amerika Futbol Konfederasiyasının 2019-cu ildə vəfat edən paraqvaylı rəhbəri Nikolas Leos və adı çəkilməyən daha bir iştirakçı rüşvət alıb.

Uornerə 5 milyon dollar verilib. O, bu vəsaiti 2010-cu ilin noyabrından 2011-ci ilin aprelinədək 20 müxtəlif yerdən köçürmələrlə alıb. Ödənişlər Kipr, Britaniya Virciniya adalarında olan offşor şirkətlər vasitəsilə gerçəkləşib. Salqeroya 1 milyon dollar təklif olunub. Nazirliyin ittihamında sonuncuya bu məbləğin verilib-verilmədiyi göstərilməyib.

Həmçinin qeyd olunur ki, Uornerin köməkçisi 2010-cu ilin noyabrında elektron məktub alıb. Həmin sənəddə adı açıqlanmayan şəxs Uornerə razılaşmanı yerinə yetirməyi məsləhət görüb.

Qeyd edək ki, 2015-ci ildə Uornerin futbolla bağlı fəaliyyətinə ömürlük qadağa qoyulub.(apa)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Ən çox oxunanalar