Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Ərdoğandan gizli zəng gözləyib – Erməni icmalçı görəsən hansı zəngə işarə vurur?

Aprelin 1-də sonuncunun təşəbbüsü ilə Rusiya və Türkiyə prezidentləri Putin və Ərdoğan arasında telefon danışığı baş tutub...

Kremlin saytı xəbər verir ki, Suriya məsələsi, Rusiya-Türkiyə razılaşmaları, habelə regional məsələlər müzakirə edildi.

PİA.az xəbər verir ki, bu fikirlər erməni mediasında yer alıb.

Mənbə daha sonra yazır:

“Rus ekspert dairələrində belə düşünülürdü ki, mart ayının son həftələrində Rusiya Baltikyanı və Ukrayna istiqamətlərində hərbi-siyasi əməliyyatlar planlaşdırıb. Məqsəd isə ABŞAvropanı sanksiyaları ləğv etməyə məcbur etməkdir. Bunun üçün Qərbi Avropada epidemiyanın yayılması da daxil olmaqla əlverişli şərait yaradılıb.

Söhbət birbaşa hərbi əməliyyatlardan getmir, AB və NATO üçün problem yaradan hibrid metodlardan gedir. Plana görə, Türkiyə suriyalı qaçqınlarla Avropanı şantaj etməli idi. Buna uyğun olaraq, İdlibdə vəziyyətin növbəti dəfə gərginləşməsindən və 5 martda Putinlə Ərdoğan arasında telefon danışığından sonra daha bir miqrant dəstəsi Yunanıstana göndərildi.

Ancaq inanılmaz hadisə baş verdi: Yunanıstanın silahlı birləşmələri qaçqın axınını dayandırdı və Avropaya girməsinə imkan vermədi və Avropa rəsmiləri Yunanıstana tam dəstək verdi. Üstəlik bundan sonra NATO blokun üzvü olan Türkiyənin yaratdığı problemləri nəzərə almaqla bir sıra islahatlara dair müzakirələr başlatdı.

Avropa şantaja uymadı, üstəlik, NATO və AB faktiki olaraq sərhəddə Yunanıstanın hərəkətlərinə görə məsuliyyəti öz üzərinə götürdü və bununla yanaşı Türkiyəni de-fakto Avro-Atlantik sərhədlərindən kənarda qoydu, hansı ki, Ankara bəyan edirdi ki, bu sərhədlər Türkiyə və Suriyanın sərhədləri boyunca keçir.

Türkiyə 5000 qaçqını geri qaytarmağa məcbur oldu və şantajdan müvəqqəti imtina etdi. Beləliklə, Ərdoğan özünü siyasi cərgələrdə, iki vacib qlobal prosesin – pandemiya və neft müharibəsinin kölgəsində tapdı. Türkiyəli mütəxəssislər deyirlər ki, ölkədə koronavirusun yayılması və ağırlaşdıran iqtisadi problemlər Ərdoğanın hərbi üsyandan ciddi qorxmasına səbəb oldu.

Öz növbəsində Putinin planları bu iki hadisə səbəbindən gerçəkləşə bilmədi, baxmayaraq ki, əvvəlcə bunlar əlverişli şərt hesab olunurdu.

Kremlin neftlə bağlı hesablamaları nəticə vermədi – Səudiyyə ƏrəbistanıABŞ bu məsələni Rusiyaya qarşı çevirə bildilər və indi Kreml neft bazarını sabitləşdirmək üçün güzəştlərə razılaşmağa məcbur oldu. Deyirlər ki, Moskva Venesuelanı “təslim olmağa” razılıq verib.

Uzun illərdir ki, Rusiya qızıl və valyuta ehtiyatlarını toplayır, bununla əlaqədar mütəxəssislər deyirlər ki, Kreml ya böyük bir müharibəyə, ya da bir fəlakətə hazırlaşır.

Putinin geosiyasi ambisiyalarını nəzərə alsaq, sonda sanksiyaların aradan qaldırılmasına və Rusiyanın yeni Yalta klubuna qayıtmasına gətirib çıxarmalı olan müharibə daha çox ehtimal olunurdu.

Lakin son hadisələr Putinin planlarını təxirə salıb və ya pozub. Bütün bunların fonunda Ərdoğanın zəngi ya gecikib, ya da tamamilə başqa istiqamətə — Ermənistana və Cənubi Qafqaza aid olub. Təsadüfi deyil ki, son günlər Azərbaycan-Ermənistan sərhədində insident yaşanır. Putin, görəsən onun zənginə nə cavab verib?”.

Haşiyə: Erməni icmalçının lragir.am saytında yazdıqlarını nöqtəsinə-vürgülünə toxunmadan tərcümə etdik. Və belə qənaətə gəldik ki, (bu, yazıdan aydın görünür) erməni mediasının, xüsusilə ilə də Paşinyanın gizli “emissarlarının və jurnalistlərinin” (Ermənistanın Baş naziri də bir vaxtlar mətbuat adamı olub və yəqin ki, belə priyomlardan çox istifadə edib) əsas hədəfi Putindir. Birincisi, Kremlin sahibi ilə rəsmi İrəvan uzun müddətdir ki, qazın qiymətlərində yekdil rəyə gələ bilmirlər. İkincisi, 2016-cil Aprel döyüşlərində Moskva azərbaycanlıların irəliləyərək işğal edilmiş torpaqlarının bir qismini geri qaytarmağına maneçilik törətmədi, Əksinə erməni rəsmilərini Kremlə öz ayağına çağıraraq dərsin ilk 45 dəqiqəsini onlara əyani vəsait kimi göstərdi. Ki, gələcəkdə Moskvanın bir sözünü iki eləməsinlər. Nəticə isə Putinin gözlədiyindən də pis oldu. Rəsmi İrəvan tamamilə Qərbə meylləndi və bu da Paşinyanın hakimiyyətə gələndən sonra Moskvaya rəsmi səfərinin qarşısını kəsdi. Nikol isə Putindən heyifini onun dostu Robert Köçəryanı həbs etməklə aldı. Daha sonra siyasi müstəvidə gedən proseslər İrəvan üçün daha açınacaqlı oldu. Moskva Ankara ilə bir az küsülü qaldıqdan sonra yenə də barışdı. S-400 sövdələşməsi baş tutdu, Suriyada birgə fəaliyyət göstərdi və s… Bu isə heç bir halda Ermənistanı və onu məxməri inqilabla “xoşbəxt” etməyə çalışan Paşinyanı qane edə bilməzdi.

Yazıda Ərdoğan haqda deyilənlər sadəcə Putin haqda deyilənlərin fonunda xala-xətrin qalmasın deyiminə xidmət edir. Sonda erməni icmalçı ona işarə vurur ki, guya Ərdoğan Qarabağda (Bəlkə də başqa bir bölgədə) müharibənin başlanması üçün Putindən zəng gözləyib. O zəng isə gəlib və gizli söhbətin nədən getdiyi bilinmir. Bəlkə tərəflər müharibədən də danışıblar. Yəqin danışıblar, yoxsa erməni icmalçı belə qorxuya düşməzdi. Qorxan gözə çöp düşər deyərlər. O çöp isə bir gün o gözə düşəcək… (KONKRET.az)

pia.az


Etiket: Putin Ərdoğan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar