Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pandemiya Avropa mərkəzli liberal baxışları alt-üst etdi...

Fransızlar tərəfindən gündəmə gətirilən, unudulmuş imperiya münasibətlərini xatırladan “peyvəndin afrikalılar üzərində sınaqdan keçirilməsi” təklifi virusdan sonrakı dünya haqqında bizə müəyyən təəssuratlar verə bilər...

Selçuk Türkyılmaz

“Yeni Şafak” qəzeti, Türkiyə, 6 aprel 2020-ci il

Qərbi Avropa mədəniyyətinin hakim olduğu bu müasir dünyanın yeni virus növlərinə qarşı necə həssas olduğunu gördük.

Türkiyəni də təsiri altına alan koronavirusla bağlı mənasız müzakirələrin gündəmə gəlməsi boşuna deyil. Xüsusilə din və elm qarşıdurmasının gündəmə qoyulması daha geniş müzakirələrin qarşısını alır. Əlbəttə ki, dindar və ya dinsiz bir insanın pandemiyaya mənfi münasibət göstərməsi və laqeyd yanaşması problemli bir davranışdır. Ancaq fərdi davranışlardan əlavə, idarəetmə zəifliyi ilə bağlı çatışmazlıqların müzakirə edilməməsi yeni problemlərə yol açır. Bununla birlikdə, pandemiyadan əziyyət çəkən ölkələrdə bütün bəşəriyyətin gələcəyi ilə bağlı olduqca vacib məsələlər gündəmə gətirilir. Dünya böyük bir dəyişiklik ərəfəsindədir. Dəyişiklik anlayışına müsbət və ya mənfi bir məna yükləmədiyimizi də qeyd etməliyik. Lakin bu günə qədər həm Qərbdə, həm də Şərqdə baş verən bəzi hadisələri şərh etmək lazımdır.

Fransızlar tərəfindən gündəmə gətirilən, unudulmuş imperiya münasibətlərini xatırladan “peyvəndin afrikalılar üzərində sınaqdan keçirilməsi” təklifi virusdan sonrakı dünya haqqında bizə müəyyən təəssuratlar verə bilər. Eyni şəkildə amerikalıların koronavirusu Çin virusu adlandırması da xüsusi məna daşıyır. İngiltərədə pandemiya ilə mübarizə aparan tibb işçiləri arasında ilk ölümlərin orada yaşayan müsəlmanlar arasında olması da diqqət çəkicidir. Pandemiya təhlükəsinin Braziliyanı bürüdüyü bir dövrdə bəzi bölgələrdə sakinlərin yaşadığı mədənçıxarma sektorundakı fəaliyyətlərini davam etdirmək qərarı daha çox bir zamanlar yerli əhalinin və qulların Potosi mədənlərində zorla işlədilməsini xatırladır. Məlum olduğu kimi, Potosi Boliviyada mədən ocaqları ilə məşhur olmuş bir yerdir və adı müstəmləkəçilik tarixinə uyğunlaşdırılıb.

Sadaladığımız bu prosesləri bu günki dünya gerçəkliyi ilə izah etmək mümkün deyil. Epidemiya Çindən dünyaya yayılmağa başladıqda Qərb elmi dairələrinin Çin elminin yaratdığı məlumatlardan gec faydalanması və buna da Qərb təkəbbürünün səbəb olması ilə bağlı ittihamlara diqqət yetirmək lazımdır. Pandemiyanın Braziliyanın ən ucqar guşələrində yaşayan yerli insanlar arasında yayılmasını və hətta qeydə alınmayacaq ölüm statistikalarını müstəmləkəçilik tarixinin bir təzahürü kimi görmək mümkündür. Amma bu hadisələr gələcəklə bağlı müəyyən əlamətləri daşıyırsa, bəşəriyyət üçün narahat olmaq lazımdır.

Bu, təkcə amerikalılar üçün deyil, həm də bütün Qərb dünyası üçün ciddi problemdir. Amerikalılar 11 sentyabr hadisələrindən sonra, xüsusilə İslam regionunu demək olar, əzib keçdi. Pandemiya ilə mübarizə kontekstində ön plana çıxan bu sürü toxunulmazlığı tezisinin də müvəqqəti bir liberalizm olmadığını başa düşmək lazımdır. Güclü olanın həyatda qalması ilə bağlı bu elmi yanaşma bütün dünyanı təhdid edən bir siyasi iqtisadiyyat kimi qarşımıza çıxa bilər. Pandemiyalar üzərindən Qərbin müstəmləkə tarixinə göz yumaraq, bütün qitələrdə baş verən təxribatlara məhəl qoymadılar. Bu tərz Avropa mərkəzli yanaşmaları mənimsəyənlər Türkiyədə də olduğu üçün bugünkü proseslərə ciddi yanaşmaq lazımdır.

Koronavirus Avropanı və Amerikanı dərindən sarsıdır. Qərbi Avropa mədəniyyətinin hakim olduğu bu müasir dünyanın yeni virus növlərinə qarşı necə həssas olduğunu gördük. Avropa mərkəzli liberal tarixin avropalıların üstünlüyünü qanuniləşdirmək üzrə inkişaf etdirildiyi ortadadır. Nə afrikalılar, nə yerli amerikalılar və ya asiyalılar avropalılarla amerikalıların ​​döyüşünü zövqlə izləyirlər. Bu virus bütün bəşəriyyəti təhdid edir. Müstəmləkəçilik tarixini epidemiyaların zəifləri səhnədən çıxartdığı bir proses kimi izah etmək qeyri-insani bir davranış idi və “Qərb təkəbbürünün ən yüksək mərhələsi”ni təmsil edirdi. Yeni virus növü bu təkəbbürü alt-üst etdi. İngiltərədə həyatını itirən ilk tibb işçilərinin İslam dünyasından olması əks mənalar daşıya bilər. Reyçl Korri haqlı olaraq fələstinli məzlumların simvoluna çevrilmişdi. Çünki İsrailin zülmünü dayandırmaq üçün öz canını qurban vermişdi. Bu gün eyni həmrəyliyin İngiltərədə və ya dünyanın başqa bir yerində yaranması çox vacibdir. Həmin günlərdə İsrailin Fələstinə göstərdiyi təzyiqlərin davam etməsi də olduqca mənalıdır. Pandemiya ilə üz-üzə olduğumuz bir zamanda Türkiyənin İspaniya və İtaliyaya kömək etməsini də diqqətdən qaçırmaq olmaz.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar