Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Beş-altı villası olan adamların niyə səsi çıxmır?“ – Xalq artisti

Xalq artisti Naibə Allahverdiyeva maraqlı müsahibə verib...

Dünyanı cənginə alan koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Karantin rejiminin elan olunması bir çox peşə sahibləri kimi sənət adamlarını da evə “həbs edib”. Evdə qalan sənətkarlar karantin müddətində xalqa müraciət edir, koronavirusla mübarizədə vətəndaşları həmrəy olmağa səsləyir.

Xalq artisti Naibə Allahverdiyeva bu mövzuda Yenisabah.az-a müsahibə verib.

- Naibə xanım, karantin rejimini necə keçirirsiniz? Səhhətiniz necədir?

- Səhhətim normaldır, şükür. Bəzən yaxşı oluram, bəzən pis, amma təki biz bu bəladan xilas olaq, qalan hər şeyi düzəltmək mümkündür. Bu da ancaq evdə qalmaqla mümkün olacaq. İbn Sina o vaxt da deyib ki, belə viruslardan qorunmaq üçün ancaq evdə qalmaq lazımdır. Ünsiyyətdən çəkinmək lazımdır. Düzdür, bəzi insanlar bunu hələ də başa düşmürlər. Biri deyir boş şeydir, biri deyir mənə yoluxmaz. Amma son günlər görürəm ki, xalqımız həmrəydir, qayda-qanunlara riayət edirlər. Mən buna çox sevinirəm.

- Səhnədən, sənətdən uzaq düşən Naibə xanım evdə darıxmır ki?

- İnanırsız, heç vaxt necə gəlib keçir bilmirəm. Düzdür, adam bir az sıxılır bütün gün evdə oturmaqdan, amma çalışıram evdə oturum, qanunlara riayət edim. Çünki bu hamımızın sağlamlığı üçündür. Mənə həkim demişdi ki, gündə bir saat təmiz havada gəzməlisən. Bəzən buna görə ürəyim daralır, sıxılır, amma məcburam dözəm. Gün ərzində sosial şəbəkələrdən istifadə edirəm, şeirlər əzbərləyirəm, paylaşımlar edirəm, ev işləri görürəm, vaxt necə keçirsə bir də görürəm axşamdır.

- Karantin günlərində dost-tanışla əlaqənizi kəsmisiniz, yoxsa get-gəl var?

- Yox, qətiyyən! Evə heç kimi buraxmıram. Hətta qohumlarım da zəng edir ki, ay qız, gəl bizə oturaq. Amma heç vaxt. Mən bunu təzəlikcə etmirəm, hələ ölkəmizdə karantin rejimi elan olunmamışdan əvvəl get-gəli dayandırmışdım. Hələ bu virus Çində yayılmağa başlayanda getdim özümə maska, əlcək aldım. Hələ onda qış ayı idi, yoldaşıma dedim ki, görərsən, bu virus yayılacaq, yoluxma artacaq. Mənə deyirdilər ki, sən ekstrasenssən? Koronavirus İranda yayılmağa başlayanda çox fikir etdim, çünki İranda qohumlarım var. Artıq İranda virus yayıldığı vaxtdan mən maska, əlcəksiz çölə çıxmırdım, insanlarla ünsiyyəti kəsmişdim. Teatra da maska ilə gedirdim, orada mənə gülürdülər. Hara gedirdimsə insanlar mənə qəribə baxırdılar. O zamandan başlamışdım özümü qorumağa, neçə aylardır qohumlarımı görmürəm. Evə də heç kimi buraxmıram. Qonşum gəlib qapını döyəndə, açmamış qapının “qlazok”undan baxıram, maskası yoxdursa, qapını açmıram. Başqa bir qonşum var, balaca uşaqdır, özü də mənim pərəstişkarımdır. Neçə aydır məni görmür. O gün məni görməyə gəlib, qapıdan deyirəm ki, maskan yoxdursa, gəlmə. Balkondan ona maska atmışam. Əlimdə spirtlə qapının ağzında dayanıram. Həm də belə bir şey var, bəlkə, mən də kiməsə yoluxdura bilərəm. Təkcə özümə görə, ölümə görə qorxmuram, bu təkcə mənim üçün deyil, mən özüm də bilmədən başqalarını yoluxdura bilərəm. Mən ölməkdən qorxmuram, başqalarını öldürməkdən qorxuram. İnsanlar diqqət etməlidirlər. Özünü sevməyən, özünə dəyər verməyən adam başqalarına da dəyər verə bilməz. Ona görə özümüzü sevməliyik. Kimsə xəstə olduğunu bilə-bilə camaat arasına çıxırsa, o, ən böyük günah sahibidir. Axirətdə də buna görə cavab verəcək! Mən elə insanları qatil adlandırıram. Onlar şeytana uymuş insanlardır. Bir az dözək də, dövlət deyir aprelin 20-nə qədər dözün. Bir az səbrli olaq, qohum-əqraba evinə getməyək, darıxdığımız adamlarla görüntülü əlaqə yaradıb hal-əhval tutaq. Burada nə var, elə bilək ki, məzuniyyətdəyik. Oturaq evimizdə balalarımızın, ailəmizin yanında. Üçcə həftə dözsək, xəstəliyin yayılması da azalar.

Bu qorxulu xəstəlikdir, insanlar bunu dərk etmirlər. Biri var onkoloji xəstəlik, tutulma riskin çox deyil, amma koronavirus elə deyil, yoıuxdunsa, heç nədən bu dünyadan gedirsən. Səni bir təmasla, bir asqırmaqla tutdusa, vəssalam. Gəlin dözək, qarşıdan yay gəlir. İndi evdə otursaq, virusa yoluxmanın qarşısını ala bilərik, dövlət də virusun azaldığını görüb karantin müddətini dayandırar. Təsəvvür edin ki, yoluxanların sayı artdıqca karantin müddəti də uzanacaq. Bəs onda yayda, o istidə nə edəcəyik?! Karantinə riayət edək, bir az səbrli olaq, evdə oturaq.

- Dünyanın hər yerində sənət adamları koronavirus üzündən işini itirən insanlara yardım kampaniyasına başlayıblar. Azərbaycanda da çox imkanlı sənət adamları var. Sizcə, onlar niyə əllərini ciblərinə salmırlar?

- Bizdə də yardım edənlər var, idmançı Kamil Zeynallının etdiyini görürəm, halal olsun ona. Röya Ayxan, Zaur fonda pul keçirdi. Bəlkə də başqaları da edir, sadəcə, göstərmir. Mənə elə gəlir ki, bu yardım məsələsi tək sənət adamlarına aid edilməməlidir. Ümumiyyətlə, o qədər imkanlı şəxslər var ki, gedib oturublar bağlarındakı villalarında. Azərbaycanda 5-6 villası olan şəxslər var niyə onların səsi çıxmır?! Onların da səsi çıxmalıdır, bu qədər imkanınız var, paylayın camaata, kömək göstərin, burada nə var ki? Allaha da xoş gedər, onun əvəzini qat-qat artıq verər. İmkanı olanlar qaçıb gedib oturublar bağlarında. Oturun, özünüz bilərsiniz, söhbət ondan getmir, amma insanlara da hərdən yardım əlinizi uzadın. Elə hər şeyi dövlətin boynuna yıxmaq olaz axı. Dövlətin də bu qədər problemləri var, onların hamısını həll edir, yardım da edir. Müğənnilərin də özünün ailələri var, qohumları var, onlara yardım edirlər. Mən düşünürəm ki, bu gün ət yeməyim, toyuq yeməyim, amma bu xəstəlik bitsin. Təki canımız sağlam olsun, sonra o əti də, kartofu da tapacağıq. Xəstəlik nə qədər tez bitsə, iqtisadiyyatımıza o qədər az ziyan vurar, insanlar işlərinə geri dönər. Gündəlik işləyən insanlar var ki, işlərini itiriblər. Heç olmasa onları da fikirləşək, onlar da yazıqdırlar, karantinin müddəti tez bitsin ki, onlar işlərinə qayıda bilsinlər. Biz ətrafımızı da düşünməliyik, günəmuzd işləyənləri fikirləşməliyik, onlar da evlərinə çörək aparmalıdırlar. Düzdür, dövlət onlara müəyyən məbləğ ayırır, amma imkanı olanlar da yardım etməlidir. Biz bu çətinlikdən birlikdə çıxmalıyıq. Hamımızın borcu evdə oturmaqdır. Xalqını sevən insan bax, belə vəziyyətdə görünür. Gəlin, başqa xalqlara da nümunə olaq. O vaxt Sovet ordusu o boyda Almaniyaya neçə qalib gəldi? Xalqın həmrəyliyi sayəsində. SSRİ-də hamı bir ideya uğrunda vuruşurdu, ona görə də qalib gələ bildi. Həmçinin də bu virus vaxtı həmrəy olmalıyıq ki, qalib gələ bilək. Virusun dərmanı hələ tapılmayıb, insanlar başa düşmürlər, gedib marketlərdə bir-birinin ağzına girirlər. Təkcə hər şey alıb, o zənbilləri doldurmaqla deyil. Mən çox pis oluram belə şeyləri görəndə. Virus əsasən bəzi supermarketlərdə yayılır. Mən üzümü bəzi market sahiblərinə tutub demək istəyirəm ki, bu gün sizin zəhmətiniz xalqın qarşısında çox böyükdür, bizi ərzaqla təmin edirsiniz, amma təmizliyə riayət etməlisiniz. Adını çəkmək istəmirəm, o gün bir marketə girmişəm, görürəm içəridə hamı açıq əllərini meyvə-tərəvəzə vurur. Bir meyvəyə azı beş adam gəldi əlini vurub, getdi. Yaxınlaşıb dedim ki, siz özünüzdə bir məsuliyyət hiss etməlisiniz. O əlcəkləri alıb mağazaya girənlərə vermək bu qədərmi çətindir?! Ya da ki, o meyvə tərəvəzi alıcıya işçi özü yığıb versin. Axı biz bilmirik əlini meyvəyə vuran kimdir, xəstədir ya yox. Onda da deyirlər, işçi çatdırmır. İşçi çatdırmırsa iki-üç işçi qoy. Axı sən pul qazanırsan, bu xalqa görə məsuliyyət daşıyırsan. Mən marketdə bir vətəndaş kimi öz sözümü dedim. Əvvəl tanımadılar, maskada idim. Sonra maskanı çıxaranda deyirlər ki, “Naibə xanım bu sizsiniz?” Bu camaat yazıqdır, vallah, insanlara yazıqdır, belə etməyin. Televizorda göstərirlər ki, marketlərdə əlcəklər verilir, amma mən neçə mağazada olmuşam, əlcək-zad vermirlər. Spirt qabı qoyublar, basırsan içindən spirt tökülür. Elə virusun əsas yayılma yeri odur. Yəni siz bu qədər kasıbsınız ki, avtomatik olan spirt qablarından ala bilmirsiniz? Yalandan bir-iki yerdə göstərirlər, mən özüm neçə marketə getdim, heç elə şey yoxdur. Özüm getdim ki, görüm bu həqiqətən var, ya yox. Bir-iki yerdə ola-olmaya, əsasən marketlərdə yoxdur. Hələ elə yerlər var ki, işçilərin əlində nə əlcəyi var, nə maskası var. Mən neçəsi ilə dalaşmışam. Axı o mikrob əsas puldan keçir. Hər kəs məsuliyyətli olsa, dövlət də karantin müddətini tez bitirəcək, əks halda karantin müddəti çox uzanacaq. Məsuliyyətsiz insanlar kimlərinsə ölümündə birbaşa günahkardırlar!

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar