Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"ABŞ pandemiya ilə qisas alır" — Azər Sarıoğlu yazır

ABŞ-ın “C” planı...



 

Azər Sarıoğlu yazır...

COD-19-a qaşı CO(Vİ)D-19 cavabı

ABŞ maliyyə sistemindən imtina etmək istəyən güclər yeni ABŞ sisteminə möhtac qalacaq

Tarix dəqiq elm deyil, nə qədər dərin araşdırmalar aparılsa da daha dərin və dəqiq qatlara enmək, baş vermiş hadisənin əsl mahiyyətinə aşkara çıxarmaq bəzi hallarda mümkün olmur. Çünki əsl həqiqətlər ya yazılmır, gizlədilir, ya da səhv yazılır. Komplo nəzəriyyələr də bu gizli mətləbləri açmaq, həqiqətləri ortaya çıxarmaq üçün yaradılmış, bəlkə də həqiqətə gedən yolu bir daha azdırmaq üçün ortaya atılmış bir vasitədir. Ancaq bəşər övladı düşdüyü situasiyadan çıxış yolu aramaq üçün müxtəlif düşüncələrə dalır, səbəblər fikirləşir.

Bəşəriyyətin yolux(durul)duğu bu tuği-lənət COVİD-19 da məsələyə komplo nəzəriyyələr üzərindən yanaşmaya əsas verir. Xüsusən də sosial təcridin yaratdığı nisbi bekarçılıq şəraitində.

Əvvəlcə düşünək ki, 1970-ci illərdə tapılmış COVİD virusunun yeni modifikasiyası(təqddim edildiyi kimi qəbul etsək, mutasiyaya uğramışı) niyə indi meydana çıxdı? Bəzi tibb alimləri iddia edir ki, bu virus laborator şəraitdə yetişdirilməyib, məhz heyvanlarda mutasiyaya uğradıqdan sonra insana keçərək ümumbəşəri azara çevrilib. Lakin tibb uzmanları əmin edirlər ki, COVİD-in hazırkı mövcudluğu heyvandan insana keçmir. Bir neçə ay əvvəl keçib, indi yox? Təəccüblü və gülməlidir, deyilmi? Bəri başdan deyim ki, zənnimcə, deyildiyi kimi, 1970-ci illərdə yarasalarda və ilanlarda aşkar edilmiş bu virus mutasiyaya uğrayıb insanlara keçməyib. Keçsəydi, bu 50 ildə keçərdi. Bioloqlar iddia edə bilər ki, mutasya uzunmüddətli prosesdir. Lakin dünyanı bu şəkildə sarmış qarşısıalınmaz virusa son 70-80 ildə rast gəlinməyib. Yəni necə oldu ki, virusun qarşısıalınmaz mutasiyası məhz indi meydana çıxdı? Bundan başqa, tibb tarixi və statistika göstərir ki, 70-80 ildə bəşəriyyət istənilən epidemiyanın öhdəsindən qısa müddətə və uğurla gələ bilib. Tibbi-nanotexnologiyaların ən yüksək səviyyədə uğur qazandığı bir dövrdə belə bir mərəzin qarşısında ən yüksək tibbi-texnoloji nailiyyətlərə imza atmış qüdrətli dövlətlərin belə, aciz qalması təəccüblüdür. O zaman nə baş verir?


ABŞ planı, yaxud “duzbilməz” Avropa


İkinci Dünya Müharibəsindən sonra dünya yeni düzənə qədəm qoydu. ABŞ-ın təkdünya hökmranlığı qarşısında böyük hərbi güc- SSRİ dayanmışdı. Dünyaya yalnız hərbi güclə hökmranlıq edə bilməyəcəyini görən ABŞ yeni iqtisadi və mədəni hücum-işğal sistemlərinə əl atdı. Bir tərəfdən dünyanı Hollivud üzərindən mədəniyyət-şou təbliğatı ilə ələ keçirməyə çalışan Birləşmiş Ştatlar əsas gücü iqtisadi idarəçiliyə (yeni müstəmləkəçilik siyasətinə ) verdi. 1973-cü ildə Amerikanın xeyir-duası ilə 19 ölkədən olan 248 bank tərəfindən Belçika qanunvericiliyinə əsasən, SWIFT sistemi yaradıldı. SWIFT ( ingilis dilində Society for Worldwide Interbank Financial Telecommunication –Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) məlumat ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq banklararası sistemdir. Avropada yaranmasına baxmayaraq, bütün hallarda ödənişlər, xüsusən də ölkələrarası köçürmələr- hansı ki, əlacsızlıqdan dollarla aparılır- mütləq ABŞ maliyyə sistemindən keçərək ünvanına çatırdı. Bəs Avropa İttifaqı(Aİ) yaranandan sonra, Avropadaxili ödənişlər, əksər hallarda Asiya ölkələrindən Avropaya köçürmələr euro ilə həyata keçiriləndə, necə (Aİ-nin eurozona yaratmasının əsas səbəblərindən biri də dollardan-ABŞ asılılığından xilas olmaq idi)? ABŞ Avropadakı maliyyə proseslərinə necə hökm edə bilirdi? O zaman ABŞ cəza alətini işə salırdı. Məhz belə imtinaları önləməkdən ötrü ABŞ yeni bir vasitəni dövriyyəyə buraxmışdı- BMT-ni də öz oyunlarına alət etməklə. Diqqətinizə çatdırım: 2012-ci ildə Britaniya bankı HSBC 1,9 milyard dollar, 2014-cü ildə fransız bankı BNP Paribas 8.9 milyard dollar cərimə ödəməli olmuşdu. Belə olan halda, Avropa İttifaqı ölkələri özlərinin yeni maliyyə-hesablaşma sistemlərini yaratmağa qərar verdilər. Eyni zamanda, beynəlxalq siyasi kuluarlarda BMT-nin fəaliyyətinə işəyaramaz bir qurum kimi yenidən baxılması məslələsi müzakirəyə çıxarıldı. Bundan başqa, Aİ-dən kənar dövlətlər də -Türkiyə-İran, Çin-Türkiyə, Rusiya-Çin, MDB ölkələri, Rusiya ilə digər Asiya ölkələri və bir çox dövlətlər dollardan imtina, milli valyuta ilə ticarət barədə sövdələşdilər. Getdikcə, ABŞ-ın əlində dünyaya hökmranlıq üçün yeganə vasitə odlu silah qalırdı. Bu vasitə ilə də ABŞ Yaxın və Orta Şərqdə çıxılmaz vəziyyətə düşmüşdü.

Bəs necə etməli, dünyaya hökmranlıq etmək üçün hansı addımı atmalı idi?

İlkin olaraq, yeni yüksək texnologiyalara, xüsusən də nanotexnologiyalara üstünlük verməyə başladı. Dünyanın yüksək texnologiya dahilərini-ideya generatorlarını “Silikon vadisi”nə yığaraq yeni güc mərkəzi yaratdı. Bu mərkəzlərin özləri də bilmədən qulluq etməli olduğu qayə - gizli ABŞ idarəçiliyi-hökmranlığı idi. Həmin mərkəzdə gizli idarəçiliyin müxtəlif versiyaları işlənib hazırlanıb- insanların şəxsi məlumatlarının alınması onlar üçün 2x2-dir. Lakin məlumatın əldə olunması çox da işə yaramır. Belə ki, əldə olan şəxsi məlumatlarla müasir insanı idarə etmək üçün ABŞ sosial-psixologiya və siyasi texnoloqlarının dünyaya buraxdığı yeni ideologiyalar (əsasən də dini təmayüllər) və təbliğati metodlar tutmadı, əksinə, bumeranq effekti verdi-antiAmerikan əhval-ruhiyyəsi yaratdı. ABŞ kimi dövlətlərin alternaiv variantları isə həmişə var...

Növbəti variant –kriptovalyuta, yaxud GPS, yəni “C” planı

Kriptovalyuta – virtual (rəqəmsal) valyutanın bir növü olan digital ödəniş şəbəkəsidir. Bu valyuta lap əvvəldən ABŞ tərəfdən guya, rədd olunurdu. Guya dolları vurmaqdan ötrü Çin ideyası olduğu deyilirdi.

Haşiyə: Bu valyutanın əsl yaradıcısının kim olduğu hələ də dəqiq deyil, müəmmadır. “Satosi Nakamot” ləqəbli nəfər, yaxud qrup tərəfindən bu valyutanın işlənmə protokolunun yazıldığı və yayıldığı deyilir. Hətta həmin layihənin Rotşlidlər tərəfindən sifariş edildiyi barədə iddia da var. Lakin hansısa xüsusi xidmətin dəstək vermədiyi bir layihənin sürətlə yayılması və populyarlıq qazanması qeyri-mümkündür. Və məlum oldu ki, sən demə, dünyanın ən çox kriptovalyuta ehtiyatlarını yığanlar da ABŞ-da imiş. Yəni ABŞ-ın müəllifliyi şübhə doğurmur.

...Harada qalmışdıq? Dolların urvatdan düşməsində. Avropaya təzyiqlər, İrana, Çinə, Rusiaya iqtisadi embarqolar, heç bir nəticə vermir- ABŞ ildən ilə itirir, xarici borcları artır, Çinin nağd valyuta ehtiyatları çoxalır, dünya nəhənginə çevrilir. Hələ ata Buşun dövründə elan olunmuş- “ABŞ bütün dünyanı həyati mənafe zonası elan edir” doktrinası iflas ərəfəsindədir, üstəgəl, ABŞ-ın dünya hökmranlığı ideyasının əsas icraçısı Vudro Vilsonun iddiaları proqnozlaşdırıldığı müddətdə gerçəkləşməmişdi. Digər tərəfdən də Çində və ümumiyyətlə, bütün Asiyada və Avropa kapital sahiblərinin varidatı ABŞ-ın müvafiq resurslarını üstələmək üzrə idi. Bir sözlə, ABŞ təklənmək, kiçilmək, əvvəlki mövqelərini itirmək təhlükəsi ilə üz-üzə idi. Artıq yeni silahın işlənməsi zamanı idi. ABŞ-ın yeni silahı (COVİD-19) insanları təşvişə salmalı, iqtisadiyyatları çökdürməli idi. Çökdürdü də. Çökmədən sonra ABŞ dolları əvvəlki mövqelərini bərpa etməli, tədricən yeni ABŞ (kripto)valyutası hökmralığı dövrü başlamalıdır. Artıq ABŞ ona yalvaran ölkələrə nağd dollar satmağa razılıq verir və kriptovalyutanı qəbul etməyə hazırlıq müddəti tanıyır. Məsələn, Türkiyədə aprelin sonuna kimi iqtisadi durumun düzələcəyi barədə proqnozlar verilir. Qardaş ölkədə kriptovalyuta təbliğatı da geniş yayılıb. SWIFT sistemindən imtina etməyə hazırlaşan Avropada istəməsələr də digital valyuta sisteminə keçmək barədə ciddi müzakirələr aparılır. Çünki Avropanın öz valyutası artıq işə yaramır, yenisi də yoxdur. Daha bir ciddi nüans... ABŞ özündə pandemiya tüğyan edərkən başqalarına maliyyə yardım edir və necə? Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatların vasitəsilə. Bu, necə olur? Həmin vəsaitlər ABŞ istehsalı olan tibbi və texnoloji vasitələrə xərclənir. Bu texnoloji vasitələr nədir? GPS-mikroçiplər- dünyanı, insanı idarə edəcək yeni texnologiyalar! Əslində hamımıza tanış terminlərdir. Artıq bir müddətdir yeni şəxsiyyət vəsiqələrinə çiplər yerləşdirilir. Telefonlarımızda onsuz da var. Lakin bunlar bizim tam izlənməmiz üçün kifayət deyil. İdarə olunmağımız üçün heç yetməz... Pandemiyadan bir neçə ay əvvəl Microsoftun yaradıcısı Bill Qeyts şirkətinin rəhbərliyindən imtina edərək, xeyriyyəçilik işi ilə məşğul olacağını bəyan etmişdi. İndi məlumat yayılıb ki, məşhur ideya-iş adamı (uydurmalara görə, mikrosoft kimi dünya hökmlü proqramı yeniyetmə vaxtlarında yazıbmış) yeni bir proqramın- insanların bədənində yerləşdirilə bilən, sağlamlığı barədə informasiyanın alınmasını təmin edən mikroçip layihəsinin patentini alıbmış. Həmin çip virusların, o cümlədən koronavirusun (nəzərə alaq ki, davamlı olaraq bu virusun yeni modulları törədilir) yayılmaması üçün vaxtında informasiya almaqdan ötrü hamının üzərində quraşdırılmalıdır. Hətta peyvənd kimi yeni doğulmuş körpələrin orqanizminə yerləşdirilməsi nəzərdə tutulur. Həmin informasiya ötürücüsünü-çipi (hansı ki, üzərimizdə quraşdırılmalıdır) isə ixtira və idarə edən ABŞ-dır. Maliyyə çipi olan kriptovalyutanı da, həmçinin.

Nəticə. Əslində ABŞ bu pandemiya ilə qisas alır və növbəti dərsini keçir. İndi hamı ABŞ-a möhtacdır. ABŞ-a yenidən və yeni biət edənlərin sayı artmaqdadır və artacaq. İkinci Dünya Müharibəsindən sonra tapdanmış Qərbi Avropa ABŞ-ın Marşall planı sayəsində ayağa qalxdı və inkişaf etdi. SSRİ-dən ABŞ-ın NATO-su ilə qorundu. Lakin qoca Avropa SSRİ dağılandan-qırmızı təhlükədən xilas olan kimi öz müstəqilliyini elan edərək ABŞ-a dirsək göstərdi. Başqa dövlətlər də elə. Beləliklə, bir daha təkrar edirəm: ABŞ qisas alır və yeni dərs keçir- “ya yanında, olarsınız, ya birləşib mübarizə apararsınız!”

Qisas aksiyası ilə bağlı əsas hərəkətlənmə isə Avropa İttifaqının elan etdiyi D-COD-19-T08 tenderindən başlandı(Qeyd edək ki, D-COD-19-T08 Avropa İttifaqında kiber təhlükəsizliyə dair tədbirlər paketidir).

Qisas-cavab aksiyası və növbəti dərs kimi niyə məhz COVİD adlı virusun seçilməsinin səbəbi də burada gizlənir. COD-a qarşı CO(Vİ)D. COD-19 tenderinin elanı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə əvvəlcədən məlum idi. Tenderin “qalibi” ABŞ şirkətləri olmalı idi, alınmadı. Əvəzində Avropanın üzünə ağ olmasından boğaza yığılmış Ağ Ev də COD-19-a qarşı CO(VİD)-19 cavabını verdi. Əslində bu aksiya təkcə Avropaya deyil, ABŞ-ın əleyhinə çıxan bütün güc mərkəzlərinə qarşıdır, dünya hakiminin əzələ nümayişidir.

Sual verə bilərsiniz ki, axı ABŞ-ın da əhalisi qırılır? Cavab: “Kapital çoxaldıqca, insanlıq kiçilir”. Əsas imperiyanın gücünün bərpa edilməsidir. ABŞ-ın dünya hakimliyinə hesablanmış istənilən kampaniyası həm də öz vətəndaşlarının həyatı bahasına reallaşdırılır. Bir Vyentnam nümunəsini xatırlatsam, kifayət edər.

P.S. Əlavə olaraq, prezident Trampın seçkiqabağı platformasındakı məqamlardan birini xatırladım... Diqqətli oxucunun yadına düşürsə, Tramp seçkiqabağı çıxışlarının birində demişdi ki, ABŞ-ın böyük şirkətləri ucuz işçi qüvvəsinə görə, əsas istehsal müəssisələrini Çinə köçürüblər. Nəticədə ABŞ nə qədər iş yeri itirir. Həmin şirkətlər yenidən ABŞ-a qayıtmalı, iş yerləri açılmalıdır. COVİD hərəkatı Çində vüsət götürəndən sonra burada fəaliyyət göstərən bütün ABŞ brendləri bütün törəmə şirkətlərini bağlayaraq geri-vətənə qayıtdılar. Çin həmin şirkətlərin səhmlərini dəyər-dəyməzinə aldı və ilk baxışdan uduşlu görünür. Lakin yeni dünya düzənində, iqtisadi münasibətlər sistemində onun aldığı səhmlər, qazandığı kapital işə yarayacaqmı?

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

"ABŞ pandemiya ilə qisas alır" — Azər Sarıoğlu yazır

İslahatda humanizm - "Yorulmuş atları güllələmirlər"

“İŞİD terrorundan İran mühafizəkarları qazandı”

Ən çox oxunanalar