Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda rəsmi işsizlərin sayı 110 min nəfər artacaq - Yardım almaq üçün

Məlumat üçün bildirək ki, son bir ildə Azərbaycanda rəsmi işsizlərin sayı 66 min 41 nəfər artıb...

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin təsdiq Tədbirlər Planında Koronavirus (COVID-19) pandemiyasının mənfi təsirinin azaldılması məqsədilə bu ilin aprel-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınan 200 minə qədər şəxsə yaşayış minimumu qədər - 190 manat birdəfəlik ödəniş veriləcək və bu məqsədlə 70 milyon manat vəsait ayrılıb.

Planda nəzərdə tutulduğu kimi, 200 min nəfərin hər birinə yalnız bir dəfə 190 mant ödəniləcəksə bu məbləğ 38 milyon manat edir (200 000 x 190 = 38 000 000). Yox, əgər iki dəfə ödəniləcəksə (Planın icrası 2 aylıq nəzərdə tutulub) onda bu məbləğ 76 milyon manat edəcək. Göründüyü kimi hər iki halda ayrılan 70 milyon manatı 200 min nəfərə 190 manatdan ödəmək mümkün olmur.

Eyni zamanda qeyd edək ki, mart ayının 1-nə olan rəsmi məlumata görə Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan 90 min 779 nəfər olub. Tədbirlər Planında isə bu rəqəm 200 min olaraq göstərilir. Bu isə o deməkdir ki, mart ayının 1-dən sonra həmin şəxslərin sayı 109 min 221 nəfər artıb, ya da artacaq.

Məlumat üçün bildirək ki, son bir ildə Azərbaycanda rəsmi işsizlərin sayı 66 min 41 nəfər artıb. Rəsmi işsizlərin sayı bu ilin yanvar ayında 4 min 965 nəfər, fevral ayında isə 4 min 551 nəfər artıb.

Onu da qeyd edək ki, bu ilin mart ayının 1-nə olan məlumata görə Azərbaycanda ümumi işsizlərin sayı isə 251,6 min nəfər olub.

Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı bildirdi ki, Tədbirlər Planında qeyd olunan 200 min rəqəmi yuvarlaq götürülüb.

Fazil Talıblı 100 mindən çox insana qısa müddətdə işsiz kimi qeydə alınması ilə bağlı bildirdi ki, bununla bağlı yaxın saatlarda rəsmi açıqlama veriləcək. Nazirlik rəsmisi onu da bildirdi ki, Azərbaycanda elektron formada işsiz status verilir və bunun üçün vətəndaşların hər hansı bir arayış təqdim etməsinə ehtiyac yoxdur.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar