Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Neft müharibəsi” hamının məğlubiyyəti ilə bitdi! – 

Putin sözündən döndü, ABŞ çıxış yolu axtarır...

Belə görünür ki, neft ölkələrinin hazırkı çətin vəziyyətdən çıxması üçün, onların müştərək fəaliyyət göstərməkdən başqa çarələri yoxdur. Ona görə də, ABŞ prezidenti bu təşəbbüslə çıxış etmək məcburiyyətində qalıb. Digər tərəfdən isə, Amerikanın şist neft şirkətləri də ucuz qiymətlərdən ziyan görürlər.

Elə bu səbəbdən də dünyanın neft nəhəngləri OPEK+ formatıyla 6 apreldə videokonfrans keçirməyi planlaşdırmışdı. Lakin görünür ki, hansısa detallar razılaşdırılmadığı üçün bu toplantı 8 və ya 9 aprel tarixinə kimi təxirə salınıb.

Hələ bir ay əvvəl Rusiya ilə Səudiyyə Ərəbistanı arasında yaranan gərginliyin səbəbi, tərəflərin bir-birinə güc nümayiş etdirməsi və həmçinin də rəqibi bazardan sıxışdırıb çıxarmaq istəyi idisə, lakin indi koronavirus pandemiyası bütün tərəfləri birlikdə fəaliyyətə vadar edir. Söz yox ki, bu mübarizə uzanarsa, Səudiyyə Ərəbistanı Rusiyaya qalib gələr. Çünki səudiyyəlilər nefti 10 dollardan sata bilər. Ancaq Rusiya maya dəyəri təxminən 16 dollara başa gələn “Urals” markalı neftini nə vaxta kimi 11 və 13 dollardan satacaq? O, buna tab gətirmək gücündə deyil. Əgər OPEK+ toplantısında razılaşma əldə olunmazsa və mövcud durum daha da pisləşərsə, onda Rusiyanın neft sənayesi uzun müddət rentabelsiz işləməlidir. Belə olan halda onların hadisənin gedişinə tamaşa etməkdən başqa əlacları qalmayacaq.

Yaranmış böhrandan çıxmağın yolu belə ola bilər: Milli Rifah Fondundakı valyutanı xərcləmək, bununla yanaşı, büdcəni maksimum daraltmaq və rublun məzənnəsini sabit saxlamaq üçün Mərkəzi Bankın həyata keçirdiyi müdaxiləni dayandırmaq, yəni devalvasiyaya getmək. Belə davam edərsə, bir dolların 100 və ya 120 rubl səviyyəsinə qalxması qaçılmaz olar. Əks halda ölkədəki valyuta sorulub aparılacaq.

Bəli, başqa bir yol da var. Ancaq bu gələcəkdə baş verə biləcək ssenaridir. Həmin ssenariyə görə Rusiya Beynəlxalq Valyuta Fondundan yardım istəməlidir.

Hazırda dünya bazarında neftə olan tələbat elə kəskin azalıb ki, bu artıq Səudiyyə-Rusiya neft döyüşünü mənasız hala gətirir. Vəziyyət artıq tamam ayrı istiqamətə doğru yürüyür. Əgər belə gedərsə, anbarlar dolub qurtarandan sonra neftə olan tələbat o qədər azalar ki, heç onu 5 dollara da almazlar. İqtisadiyyat işləmədiyi halda neftə ehtiyac qalmır.



Gəlin neftlə bağlı yaranmış böhrana yaxından nəzər yetirək. Ən kəskin vəziyyət Avropa Birliyindədir. Koronavirus pandemiyasından öncə dünya bazarındakı neftin 18%-i Avropa Birliyi tərəfindən istehlak olunurdu. Hazırda orada nəqliyyatın intensivliyi kəskin azalıb və bu səbəbdən də yanacaqdoldurma məntəqələrindəki tələbat müxtəlif ölkələrdə 30%-dən 70%-dək aşağı düşüb.

Koronavirusun vurduğu digər ölkə ABŞ dünya neftinin 20%-ni istehalk edir. Amerikadakı vəziyyət də təxminən Avropadakı kimidir.

Həmçinin dünya üzrə aviadaşımalarda da tələbat azalıb. Təkcə kerosin yanacağına olan tələbat gündəlik 4-5 milyon barel aşağı enib.

- Rusiya energetika nazirinin etirafları

Elə ona görə də, hazırda hamının diqqəti OPEK+ formatının keçirəcəyi videotoplantıya yönəlib. Bir ay bundan öncə özündən əmin şəkildə danışan Rusiya artıq köhnə nəğməni oxumaqdan vaz keçir. Onlar deyirdilər ki, Səudiyyə ilə apardığımız “neft müharibəsi”ndən qalıb çıxacağıq, ona görə ki, biz 6 ildən 10 ilə kimi dözə bilərik. Səbəb kimi böyük valyuta ehtiyatlarının olmasını gətirirdilər. Bəli, rusların 581 milyard dollarlıq valyuta ehtiyatı vardı, lakin neft böhranı başlayandan sonra, onlar bunun 30 milyardını artıq itiriblər. Qürrələndikləri ehtiyat sürətlə əriyir. Deməli, vəziyyətin necə kəskin hal almasını yavaş-yavaş anlamağa başlayırlar. Ancaq cəmi bir ay bundan əvvələ kimi Rusiya televiziya kanallarında dahi strateq kimi təqdim edilən Rusiya prezidenti Vladimir Putin Səudiyyə ilə mübarizəyə girişmişdi və bu günkündən fərqli olaraq, tam əks mövqe nümayiş etdirirdi. Amma hazırda o deyir ki, belə vəziyyət ölkə üçün ciddi çağırışdır. Düzdür, Putin yenə də mənasız yerə Səudiyyə Ərəbistanını ittiham etsə də, ancaq yaxşı bilir ki, problemin kökü ayrı yerdən qaynaqlanır.


Əlbəttə, reallıq Rusiya hakimiyyətini həqiqətləri söyləməyə məcbur edir. Belə ki, Putinin qlobal enerji bazarında baş verən vəziyyətlə əlaqədər keçirdiyi müşavirədə Rusiya enerji naziri Aleksandr Novak neft bazarında baş verənlərlə bağlı deyib: “Bu gün neftin bir bareli 25-30 dollar səviyyəsində satılır. Biz faktiki olaraq hər gün qiymətlərdə 10% və hətta daha çox eniş-qalxış görürük. İlin əvvəlindən qiymət düşüşü 60 faiz təşkil edir. Neft və neft məhsullarına olan tələbatın aşağı düşməsinin əsas səbəbi koronavirus pandemiyasıdır. Hazırda tələbin azalaması gündəlik 10-15 milyon barel təşkil edir. Ekspertlərin hesablamalarına görə, yaxın bir neçə həftə ərzində bu göstərici gündəlik 15- 20 milyon barel olacaq. Bu, dünyadakı ümumi hasilatın təxminən 20 faizdir. Tələbdəki ən dib nöqtənin harada olacağı barəsində bazarın anlayışı yoxdur. Tələbin bu cür kəskin və iri miqyaslı azalması heç zaman olmayıb. İndi ehtiyatın səviyyəsi tarixi rekord vurur. Ona görə də, anbarların tam dolması proqnoz verilə bilməyəcək ssenarilərə doğru aparır və biz neftin qiymətinin daha da aşağı düşməsinin şahidi olar bilərik. Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ, OPEK-ə daxil olan və olmayan digər böyük neft hasilatçılarının birgə səyləri çox vacibdir. Buradakı fəaliyyətlər həm istehsalçıların, həm də istehlakçıların maraqlarının qorunmasına yönəlməlidir ki, mümkün ola biləcək qıtlıq zamanı neftin qiymətinin kəskin artması baş verməsin. Biz vəziyyətə birlikdə nəzarət edəcəyik və indiki çətin şəraitdə şirkətlərin sabit işləməsi üçün maksimum tədbirlər görüləcək”.

Beləliklə, aydın olur ki, dünaynın neft nəhəngləri artıq bir-birləriylə deyil, əsl reallıqla mübarizə aparacaqlar.

Vaqif NƏSİBOV(azpolitika.info)

pia.az


Etiket: neft


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar