Cümə, 05 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Bir il müdətində taxıl idxalının təqribən 1,5 dəfə artmasının səbəbləri nədir?

Bir neçə aydan sonra ölkəmizdə taxıl biçini başlayacaq. Taxılçılıq sahəsində hazırda Azərbaycanda ümumi vəziyyət necədir və bir il müdətində taxıl idxalının təqribən 1,5 dəfə artmasının səbəbləri nədir?.

Kənd təsərrüfatı mütəxəssisi: “Taxıl istehsalı ilə bağlı rəqəmlər hər dəfə artırılır. Amma biz görürük ki, ərzaq buğdasına olan ehtiyacımızın 69.5 faizini idxal hesabına ödəyirik”

“Ölkələr çalışır ki, öz daxili tələbatlarını ödəsinlər. Bu ölkələr istehsal etdikləri məhdulu saxlayacaqlar və ehtiyat fondlarını artıracaqlar. Buna görə də ərzaq qıtlığı yaranacaq və qiymətlər bahalaşacaq”.

Bu sözləri kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli hazırda ölkədə taxılla bağlı olan vəziyyəti PİA.az-a şərh edərkən qeyd.

Koronvirus pandemiyası bir daha qida sahəsində asılılığın olmasını bir milli təhlükə olaraq ortaya qoymaqdadır. Və bu gün əhalini narahat edən suallardan biri də ölkədə kifayət qədər taxılın olub olmamasıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildən etibarən qida təhlükəsizliyi ilə bağlı siyasətlərə öncəlik verməsinə və strateji ərzaq məhsullarında özümüzü 100% təminetmə hədəflərini müəyyənləşdirməsinə baxmayaraq, aqrar sektorda hələ də bu hədəflərə çatılmayıb. Xüsusən taxılçılıq sahəsində ciddi problemlər özünü hər il daha çox göstərməkdədir. Rəsmi statistikaya əsaslanarsaq, son 5 ildə ölkəmiz taxılçılıq tədarükünü dəfələrlə artırsa da, yenə ərzaq buğdasına olan ehtiyacımızı idxal hesabına ödəyirik. Dövlət Gömrük Komitəsinin son illərdə açıqladığı statistik məlumatları isə maraqlı və təşvişdoğurucu məlumatlar adlandırmaq olar.

Statistikaya görə ötən ilin 11 ayı ərzində Azərbaycana xarici ölkələrdən 319 milyon 693 min dollar dəyərində 1 milyon 488 min ton buğda idxal olunub. Halbuki 2018-ci ilin müvafiq dövründə ölkəmizə idxal olunan buğdanın həcmi 187 milyon 540 min dollar dəyərində və 992 min 353 ton miqdarında olub. Bu statistika onu göstəririr ki, Azərbaycanın kənd təsərrüfatı sektoru taxılçılıq sahəsində qarşıya qoyulan hədəfi yerinə yetirə bilməyib, əksinə ildən-ilə zəifləyib. Ötən il bu zəifləmə miqdarda 495 min 365 ton, dəyərdə isə 130 milyon dollardan çox olub.

Qeyd edək ki, koronavirus pandemiyası başlayandan sonra dünyanın ən böyük taxıl istehsalçılarından biri olan Rusiya ixraca qadağa qoyub. Azərbaycanın taxın idxal etdiyi Qazaxıstanın da belə bir addım atacaı istisna olunmur.

Xatırladaq ki, bir neçə aydan sonra ölkəmizdə tazıl biçini başlayacaq. Taxılçılıq sahəsində hazırda Azərbaycanda ümumi vəziyyət necədir və bir il müdətində taxıl idxalının təqribən 1,5 dəfə artmasının səbəbləri nədir?

Mövzunu PİA.az-ın əməkdaşı kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli ilə müzakirə edib.

Vahid Məhərrəmli: “Azərbaycan özünü ərzaq məhsulları ilə tam təmin edə biləcək bir ölkədir”.

Azərbaycanın özünün ərzaq buğdasına olan tələbatını 100 faiz təmin edə bilməsini vurğulayan ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, hətta Azərbaycan heyvandarlıqda istifadə edilən taxıl məhsullarını da istehsal edə bilər və xaricə sata bilər:

“Məlumdur ki, taxıl istehsalı ilə bağlı statistik rəqəmlər hər dəfə artırılır. Amma biz görürük ki, ərzaq buğdasına olan ehtiyacımızın 69.5 faizini idxal hesabına ödəyirik. Yəni istehlak edilən ərzaq buğdasının 69.5 faizini ölkəmiz xaricdən alır. Bu da milli təhlükəsizliyimiz üçün çox təşvişverici məqamdır. Koronavirus epidemiyası da bunu sübut elədi. İndi elə bir zamanda yaşayırıq ki, müxtəlif səbəblərdən dünyada qıtlıq yarana bilər.Ona görə də ölkəmizin özünü tam olaraq taxılla təchiz etməsi vacib məsələdir.

Biz dəfələrlə hökuməti xəbərdarlıq etdik ki, Azərbaycan müharibə şəraitində yaşayır və gec-tez Azərbaycan ərzaq, xüsusən də buğda qıtlığı ilə üzləşəcək. Buna görə də ölkədə ərzaq buğdasının istehsalını artırmaq lazımdır. Onu da qeyd edim ki, buğda istehsalını artırmaq üçün bizim kifayət qədər resurslarımız var. Yəni Azərbaycan özünün ərzaq buğdasına olan tələbatını 100 faiz təmin edə bilər. Hətta Azərbaycan heyvandarlıqda istifadə edilən taxıl məhsullarını da istehsal edə və xaricə sata bilər. Halbuki biz heyvandarlıqda istifadə olunan yemləri də xaricdən alırıq.

Əsas odur ki, bu işi peşəkarlar həyata keçirməlidir. Amma təəssüflər olsun ki, Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində əsas olan 5 nəfərin heç birinin kənd təsərrüfatı sahəsi üzrə təhsili yoxdur. O adamlardan 3-ü hüquqşünas, 1-i tikinti sahəsi üzrə, digəri isə neft sahəsi üzrə təhsillidir. Belə olan halda da bizim dediklırimiz də havaya gedir.

Vahid Məhərrəmli: “Bahalaşma davam edəcək. Artıq ajiotaj yaranıb. Dünya bazarında bir çox məhsullarının qiymətində də artım var. Digər tərəfdən də ölkələr çalışır ki, öz daxili tələbatlarını ödəsinlər”.

Qeyd edim ki, son iki ildə Rusiyanın Azərbaycana ixrac etdiyi buğdanın həcmində ciddi artım var idi. Koronavirus pandemiyası ilə bağlı Rusiya, Qazaxıstan artıq buğda ixracına məhdudiyyət qoyublar. Bununla da Rusiya Azərbaycan kimi ölkələrə az buğa ixrac edəcək. Bu məhdudiyyət qoyulandan sonra Rusiya bazarında buğdanın qiyməti bahalaşdı. Buğdanın 1 tonu 12 min 200 rubldan 13 min 750 rubla qədər bahalaşdı. Bu da çox ciddi rəqəmdir.

Bu bahalaşma davam edəcək. Artıq ajiotaj yaranıb. Dünya bazarında bir çox məhsullarının qiymətində də artım var. Digər tərəfdən də ölkələr çalışır ki, öz daxili tələbatlarını ödəsinlər. Bu ölkələr istehsal etdikləri məhdulu saxlayacaqlar və ehtiyat fondlarını artıracaqlar. Buna görə də ərzaq qıtlığı yaranacaq və qiymətlər bahalaşacaq.

Bu vəziyyət də Azərbaycan üçün çox ciddi problem yaradacaq. Çünki neft gəlirləri də ciddi şəkildə azalır. Pambığın qiyməti də dünya bazarında kəskin şəkildə aşağı düşüb. Bütün bunlar ümumiyyətdə Azərbaycan bazarına təsir edəcək. Sosial durumu çətin olanlara, işsiz adamlara, hətta orta yaşayışı olan insanlara da bu vəziyyət təsir edəcək. Qiymətlərin bahalaşması yoxsulların sayını artıracaq.

Vahid Məhərrəmli: “Qiymətlərin bahalaşması yoxsulların sayını artıracaq”.

Bu vəziyyətdən çıxış yolu kimi Azərbaycan təcili aqrar sahədə ciddi islahatlar aparmalıdır. İşi bilən kadrlar o sahəyə cəlb olunmalıdır. Kənd təsərrüfatında dirçəlişə nail olmaq lazımdır.

Bir daha qeyd edim ki, Azərbaycan özünü ərzaq məhsulları ilə tam təmin edəcək ölkədir. Təssüflər olsun ki, biz beynəlxalq normanın yalnız 50 faizini təmin edirik”.

Nərminə UMUDLU
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: taxıl idxalı


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Kimlər "KQB"nin agenti olub? – Sülhəddin Əkbər açıqlayır

“Parlamentə yenə nənəsi ermənilər seçilib, iki nazirin də nənəsi ermənidi“ - Cümşüd Nuriyev

Azərbaycanda qız övladı olan ailələrə şad xəbər

Niyə Mahmudov? Niyə indi? - Ərəstun Oruclu cavablandırır

“Tutuquşu kimi qonşu ölkələr nə etdisə, onun təkrar etməməlidilər”

Vilyam Hacıyevin topladığı milyonlar kimə çatacaqdı-  Sensasion iddia

Bakıda tələbə qız özünü 18-ci mərtəbədən atdı

Ağcabədinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib- Yenilənib,Fotolar

Vilayət Eyvazov sabiq icra başçısının qardaşını işdən çıxardı

Prezident İlham Əliyev: “Məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq”

loading...

Ən çox oxunanalar