Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük Britaniya hökuməti: Koronavirus laboratoriyadan sızıb

Yeni koronavirus Çinin Vuhan şəhərindəki bioloji tədqiqat laboratoriyasından sızıntı nəticəsində təbii yolla əmələ gəlib...

“Report” “The Sun”a istinadən xəbər verir ki, Böyük Britaniya hökumətinin fikrincə, həm elmi rəylər, həm də təhlükəsizlik xidmətlərin bu barədə rəyləri kifayət qədər əsaslıdır.

Belə ki, ölkənin Baş naziri Boris Consonun rəhbərlik etdiyi “Cobra” fövqəladə komitəsinin bir nümayəndəsi kəşfiyyat xidmətinin brifinqindəki nitqi zamanı təhlükəsizlik xidmətlərinin artıq sızıntının mümkünlüyü qənaətinə gəldiklərini, virusun heyvanlardan törəməsinə dair əvvəlki versiyanın isə artıq müzakirə mövzusu olmadığını bildirib.

Hökumət sözügedən mənbənin bu iddiasını qəbul etmədiyini açıqlayıb.

Bundan əvvəl Çin rəsmiləri sızıntı iddialarını “internet dedi-qoduları” olaraq səciyyələndirmişdilər. Xarici İşlər Nazirliyinin sözçüsü Qenq Şianq dünya birliyinin yeni koronavirusla yanaşı həm də onun ətrafındakı müxtəlif sui-qəsd fərziyyələri, “siyasi virus”larla da mübarizə aparmaq məcburiyyətində olduğunu, sızıntı barədə iddiaların əsassız olduğunu bildirmişdi.

Dünyada dolaşan müxtəlif fərziyyələrin bir hissəsi koronavirusu məqsədyönlü şəkildə hazırlanan bioloji silah olduğunu hesab etsə də, bu kimi iddiaların tutarlı sübutu yoxdur.

Xatırladaq ki, Vuhanda yerləşən və Çindəki bu kimi müəssisələr arasında ən qabaqcılı hesab olunan Virusologiya İnstitutu koronavirus pandemiyasının başlanğıc ocağı hesab edilən heyvan bazarından 10 mil məsafəsində yerləşir. Həmin institutun əməkdaşları ilk olaraq koronavirusu yarasalarla əlaqələndiriblər.

Son məlumata görə dünyada COVID-19 virusuna yoluxanlar 1.282.383 nəfər, ölənlər 70.183 nəfərdir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar