Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağcabədidə söyüşə görə iki qardaşın üzərinə benzin töküb yandırdılar

Ağcabədidə iki qardaşın üzərinə benzin tökərək yandırıblar...

Hadisə rayonun Boyat kəndində qeydə alınıb.

Kənd sakinləri Ehtiram Əliyev və Yaşar Əliyev yanıq xəsarətləri ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Araşdırmalar zamanı məlum olub ki, kənd sakini Amil Əmrahov münaqişə zəminində E.Əliyev və Y. Əliyevin üzərinə benzin tökərək, onları yandırıb.

İlkin məlumata görə, E.Əliyev və Y.Əliyev A.Əmrahov və onun qardaşı Aftandil Əmrahova telefonda nalayiq ifadələr işlədiblər.

Daha sonra onlar kəndin kənarında görüşüblər. Bu zaman Amil Əmrahov idarə etdiyi avtomobildən benzin götürərək, E.Əliyev və Y.Əliyevin üstünə töküb, daha sonra alışqanla onları yandırıb.

E.Əliyev və Y.Əliyev qardaşları Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, daha sonra isə Bakıdakı Yanıq Mərkəzinə köçürülüblər.

Hadisə zamanı Amil Əmrahov özü də yanıq xəsarətləri alıb, Aftandil Əmrahov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.(apa)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar