Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda koronavirusa yoluxanlar arasında 2-3 yaşlı uşaq da var - Rəsmi

“Bizim 2-3 yaşdan 89 yaşadək yoluxmuş xəstəmiz var”...

PİA.az xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı “Diqqət mərkəzi-Yekun” verilişində yaş spektrindən danışarkən deyib:

“Süni tənəffüs aparatına bağlı bir xəstənin qidalanması, dərmanlarının verilməsi, gigiyenik yardımının göstərilməsi və s. bütün bunlar çox ağırdır. Artıq ölkəmizin bütün regionlarında az və ya çox yoluxma faktı var. Biz bir həftə əvvəl yoluxma faktları ilə bağlı təkxanalı rəqəmlərdən danışırdıq, indi cütxanalı rəqəmlərdən danışırıq. Dua edək ki, gələn dəfə üçxanalı rəqəmlərdən danışmayaq.

Bizim xəstəxana tutumumuz var. Qərar vermişik ki, simptomatik və ya asimptomatik olmasından asılı olmayaraq bütün pozitiv xəstələri regionlar daxil olmaqla 22 xəstəxanaya yerləşdirək. Tibb müəssisələrində onları təcrid edək. İki aylıq bir təcrübəmiz var. Deyə bilərik ki, özünü qrip adı ilə evdə müalicə etmək istəyən şəxslərin sonradan vəziyyəti yaxşı olmur. Bu gün özünü çox yaxşı hiss edən sabah ağırlaşa bilər. Həmin şəxsləri biz nəzarət altında saxlamaqla, həm də onların ailə üzvlərini qorumuş oluruq.

Bu gün imkanımız buna yol verir. Ancaq gündəlik yoluxma halları üçxanalı rəqəmlərə çıxsa, vəziyyət çətin olacaq. Bizim 2-3 yaşdan 89 yaşa kimi yoluxmuş xəstəmiz var. Bu virusun yoluxması sərhəd tanımır”. (Qafqazinfo)

pia.az


Etiket: TƏBİB COVID-19

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar