Çərşənbə axşamı, 26 May 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

UEFA müddəti iyunun 15-dək uzadıb

Lisenziyalaşdırma proseduru ilə bağlı qərarlar açıqlanıb.

PİA.Az apasport.az-a istinadən bildirir ki, UEFA İcraiyyə Komitəsinin son iclasında klubların lisenziyalaşdırma proseduru ilə bağlı dəyişikliklər zəruri hesab olunub.

Bu səbəbdən də aşağıdakı qərarlar qəbul olunub:

1. Gələcək maliyyə məlumatının hazırlanması və qiymətləndirilməsi ilə bağlı  klubların lisenziyalaşdırılması müddəalarının müvəqqəti təxirə salınması

COVID-19 pandemiyasının Avropa ölkələrində yayılması və futbola təsirini nəzərə alaraq, klublarda lisenziyalaşdırma prosesinin başa çatdırılmasını asanlaşdırmaq üçün gələcək maliyyə məlumatının hazırlanması və qiymətləndirilməsi ilə bağlı  klubların lisenziyalaşdırılması müddəalarının müvəqqəti təxirə salınması haqda qərar qəbul olunub.

Bu qərar 2020/21 mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziyalaşdırma prosesinin, xüsusi olaraq, Klubların Lisenziyalaşdırılması və Maliyyə Feyr-Pley Qaydalarının aşağıdakı müddəalarını əhatə edir:

Maddə 52. "Gələcək maliyyə məlumatları";

Əlavə IX(B)(2)(d). "İllik və aralıq dövrlər üzrə Maliyyə Hesabatlarında auditor rəyinin qiymətləndirilməsi;

Əlavə IX(D)(3). "Lisenziya qərarlarından əvvəl yazılı bəyannamələrin qiymətləndirilməsi;

Əlavə IX (E). "Gələcək maliyyə məlumatlarının qiymətləndirilməsi".

2. 2020/21 mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün verilmiş lisenziya qərarlarının UEFA-ya açıqlanması üzrə son tarix

2019-cu ilin iyun ayında UEFA bəyan edib ki, 2020/21 mövsümündə qitəmiqyaslı klub yarışlarında iştirak etmək üçün verilmiş lisenziya qərarlarının açıqlanması üzrə son tarix 2020-ci il mayın 29-dur. Bütün əlaqəli tərəflərlə məsləhətləşdikdən sonra, eləcə də, lisenziyaların və lisenziya iddiaçılarının yayılmış COVİD-19 pandemiyasının təsirinə məruz qaldığını nəzərə alaraq, UEFA belə qənaətə gəlib ki, yaranmış vəziyyət Klubların Lisenziyalaşdırılması prosesinə təsir edəcək. Bunu nəzərə alaraq, 2020/21 mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün verilmiş lisenziya qərarlarının UEFA-ya açıqlanması üzrə son tarix 30 iyun 2020-ci il müəyyən edilib.

3. Klubların lisenziyalaşdırılması sistemi ilə bağlı UEFA-nın tətbiq etdiyi  müstəsna prosedur
2020/21 mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün müstəsna prosedurun tətbiqinə əsasən Lisenziyalar üçün müəyyən olunmuş  15 aprel 2020-ci il tarixi 15 may 2020-ci il tarixinədək uzadılır.

Beləliklə, klubların minimum standartlara uyğun fəaliyyət göstərməsini qiymətləndirən müvafiq sənədlərin UEFA administrasiyasına təqdim edilməsi  üçün müəyyən edilmiş 1 may 2020-ci il tarixi 15 iyun 2020-ci il tarixinədək uzadılıb.

pia.az 

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: UEFA


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

"Bütün vasitələrlə H.Əliyevə yaltaqlanmağa çalışdın ki, vəzifədə saxlasın"- Professorla deputat arasında qalmaqal

İsmayıllıda “tender müəmmasi” – Şirkət 3 gün sonra niyə imtina etdi?

Əbülfəs Qarayev mətbuat katibinə ev bağışlayıb, tapşırıb, Vüqar Səfərli də birini verib

"İcra başçısının ingiliscə biabırçı danışması faciə deyil, dərd başqadır..."

Kəmaləddin Heydərovun atasına müraciət edildi: "Bayram günlərində oğlunuzu görsəniz..."

Türkiyə Azərbaycanla uçuşları bu tarixdən bərpa edir

Deputatın vitse-prezident olduğu şirkətdə yüzlərlə vətəndaş işsiz qaldı

“Şalvardır da, çılpaq gəzmirik ki...” - Xalq artisti - Video

Əkrəm Həsənov: "Təyin olunana işləməyə imkan verilməlidir, sındırmaq olmaz"

Sumqayıtda baş verən qəzada 4 hərbçi, bir mülki şəxs ölüb - Yenilənib

loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay