Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vəliəhd şahzadə Putinin sözlərindən incidi, danışıqlar təxirə düşdü

Neft hasil edən ölkələrin OPEC+ formatında aprelin 6-na nəzərdə tutulan və videokonfrans yolu ilə keçirilməsi nəzərdə tutulan danışıqlarının təxirə salınmasınıb səbəbi məlum olub...

PİA.az xəbər verir ki, buna səbəb Ər-Riyadla Moskva arasında neft hasilatına dair ziddiyətlərin hələ də dərin olması və nəhayət Rusiya prezidenti Vladimir Putinin bəyanatıdır.

Xatırladaq ki, bu danışıqlar haqda ilk dəfə ABŞ prezidenti Donald Tramp Tvitter-də anons edib, nəticədə ümidsiz şəkildə dibə yuvarlanan neft qiymətləri bir anda sıçrayıb. 23 dollara qədər ucuzlaşan “Brent” nefti həftənin son hərraclarında 35 dollara qədər bahalaşıb. Tramp bildirmişdi ki, Səudiyyə Ərəbistanı ilə Rusiya hasilatın sutkada 10 milyon barrel və hətta daha çox azaldılması üçün danışıqlara başlamağa hazırdır. Müqayisə üçün qeyd edək ki, bundan əvvəlki OPEC+ razılaşması hasilatın cəmi 1.5 barrel azaldılmasını nəzərdə tuturdu və həmin razılaşma Rusiya ilə Səudiyyənin fikir ayrılıqları üzündən pozuldu.

Nəhayət dünən elan edilmişdi ki, Azərbaycan, RusiyaQazaxıstanın da iştirakı ilə OPEC ölkələri hasilatın sutkada 10 milyon barrel azaldılmasını videokonfrans yolu ilə müzakirə edəcəklər. Bu danışıqlar aprelin 6-na təyin edilmişdi, amma daha sonra danışıqların təxirə salındığı açıqlandı. “RİA Novosti” bildirir ki, bunun səbəbi iştirakçıların öz mövqelərini formalaşdırmaq üçün daha çox vaxta ehtiyacının olmasıdır. Habelə Səudiyyə Ərəbistanı Rusiya prezidentinin son bəyanatından bərk qəzəblənib. Putin bildirmişdi ki, OPEC+ razılaşmasının pozulmasının səbəbi əslində Səudiyyə Ərəbistanının ABŞ-dan olan şist neft hasilatçılarını sıradan çıxarmaq istəyi idi.

Dərhal bu bəyanata Ər-Riyaddan sərt reaksiya verilib, Səudiyyə Ərəbistanı XİN bildirib ki, bu deyilənlər tamamilə həqiqətdən uzaqdır və əslində razılaşmanı pozan tərəf Rusiyadır. Bəzi mənbələr səudiyyəlilərin bərk hiddətlənməsi səbəbindən OPEC+ danışıqlarının aprelin 9-da da baş tutmasının sual altında olduğunu deyirlər. (Virtualaz.org)

pia.az

 

 


Etiket: Putin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

İsrail İrana cavab zərbəsi hazırlayır: Hədəf hara olacaq?

Ən çox oxunanalar