Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Son zamanlar Qazaxda erməni təxribatının intensivləşməsi nəylə əlaqəlidir?

Pandemiya dövründə Ermənistanın hərbi təcavüzünə və yeni aprel müharibəsinin başlamasına ehtimal vermək olar?...

Politoloq: “Azərbaycan-Ermənistan arasındakı diplomatik danışıqlar faktiki olaraq bitib. Son danışıqlarda Ermənistan tərəfi açıq, qəti və güzəştsiz mövqeyini ortaya qoyub”. 

Ermənistan tərəfi Azərbaycan sərhəddindən özünə qarşı irimiqyaslı xüsusi təhlükə gözləmir. Cünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiyanın timsalında özünə etibarlı zireh yarada bilib”

Bu sözləri politoloq Nəsimi Məmmədli son zamanlar Qazax istiqamətində ermənilərin təxribatlatının sayının artma səbəbini PİA.az-a şərh edərkən qeyd edib.

Son zamanlar Qazax istiqamətində ermənilərin təxribatlatının sayı artmaqdadır. İki tərəfdə bu istiqamətdə itkilər verməldəsir. Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda erməni hərbiçilərin yenidən Qazaxda sərhəd xəttində təxribat törətmələri haqda məlumat yayıblar.

Dağlıq Qarabağda təmas xəttində deyil, məhz Qazaxda erməni təxribatının intensivləşməsi nəylə əlaqəlidir? Pandemiya dövründə Ermənistanın hərbi təcavüzünə və yeni aprel müharibəsinin başlamasına ehtimal vermək olar və bu halda Rusiyanın, digər həmsədr ölkələrin mümkün reaksiyası necə ola bilər?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəsimi Məmmədli ilə müzakirə edib.

Nəsimi Məmmədli: “Ermənistan Azərbaycan sərhədçilərinə qarşı istənilən təxribata arxayınlıqla əl ata bilir”.

Azərbaycan hökumətinin hələ də mövcud status-kvonu saxlamaq xəttini götürdüyünü vurğulayan politoloq PİA.az-a açıqlamaslnda bildirib ki, hökumət öz hərbi-siyasi resurslarını, habelə yerli və beynəlxalq amilləri nəzərə alaraq risk etmək istəmir:

“Əslində Ermənistan-Azərbaycan sərhəddi boyunca Ermənistan ordusunun müxtəlif təxribat cəhdləri, qarşılıqlı atəşlər və itkilər mütəmadi olub. Müdafiə Nazirliyinin rəsmi cəbhə xəbərlərində demək olar ki, hər gün bu barədə informasiyalar yayılır. Eyni zamanda Ermənistan mətbuatında da buna bənzər informasiyalar olub və olmaqdadır. Ermənistan-Azərbaycan sərhəd-döyüş məntəqələrində hazırda dəyişən xüsusi hallar da müşahidə olunmur.

Məsələ ondadır ki, keçən ilin avqust ayında dövlət sərhəddinin Qazax istiqamətində bir neçə yeni sərhəd-döyüş məntəqəsini istifadəyə verməsi qarşı tərəfdə də əlavə tədbirlərin gücləndirilməsi ilə müşahidə olundu. Sərhəd-döyüş məntəqələrinin sayının artması ilə qarşılıqlı təmasları da təbii olaraq artıb. Əgər əvvəllər sərhəddin bu istiqamətində “ölü zona”lar çoxluq təşkil edirdisə, indi sərhəd-döyüş məntəqələrinin sayı artığı üçün “ölü zona”lar azalıb və bu üzdən tərəflərin təmas imkanları çoxalıb. Həmçinin, görünür sərhəd-döyüş məntəqələrində Dövlət Sərhəd Xidmətinin peşəkarlığı da hələ qənaətbəxş deyil. İtkilərimizin artmasında bu amillərin də rolunu istisna etmirəm.

Ermənistan tərəfi Azərbaycan sərhəddindən özünə qarşı irimiqyaslı xüsusi təhlükə gözləmir. Çünki Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiyanın timsalında özünə etibarlı zireh yarada bilib. Ermənistanda Rusiyanın 102 saylı nəhəng hərbi bazası var. Habelə, 2016-ci ilin 30 noyabrında ErmənistanRusiya müdafiə nazirləri Rusiya-Ermənistan “Birləşmiş qoşun qruplaşması” yaratmaq haqqında saziş imzalayıblar. “Birləşmiş qoşun qruplaşması” haqqında sazişə görə Ermənistana qarşı istənilən sui-qəsd baş verərsə Gümridə yerləşən Rusiya hərbi bazası Ermənistan ordusu ilə bərabər müdafiə işinə cəlb ediləcək. Odur ki, Ermənistan Azərbaycan sərhədçilərinə qarşı istənilən təxribata arxayınlıqla əl ata bilir.

Nəsimi Məmmədli: “Artıq ATƏT-in Minsk qrupunun həmsədrləri də yeni təkliflərlə çıxış etmir”.

Azərbaycan-Ermənistan arasındakı diplomatik danışıqlar faktiki olaraq bitib. Son danışıqlarda Ermənistan tərəfi açıq, qəti və güzəştsiz mövqeyini ortaya qoyub. Onlar Azərbaycana Qarabağın müstəqilliyini qəbul etməyi və məhz qondarma rejimlə masaya oturmağı təklif edib.

Rəsmi Bakı bu təklifi qəbul etmədiyini bəyan etsə də, adekvat addımlar da atmır. Konkret olaraq Azərbaycan üçün indi iki seçim var. Ya bu alçaldıcı təklifi qəbul edib təslimçi sülhə razı olmalı, ya da hərbi əməliyyatlara başlayaraq Ermənistanı öz iddialarından çəkindirməlidir.

Görünən budur ki, Azərbaycan hökuməti hələ də mövcud status-kvonu bu şəkildə saxlamaq xəttini götürüb. Öz hərbi-siyasi resurslarını, habelə yerli və beynəlxalq amilləri nəzərə alaraq risk etmək istəmir.

Nəsimi Məmmədli: “Əgər Azərbaycan işğala son qoymaq üçün aktiv hərbi əməliyyatlara başlasa, beynəlxalq birliyin müəyyən növbətçi qınayıcı bəyanatlardan uzağa gedəcəyini zənn etmirəm”.

Ermənistan tərəfi isə bu amillərdən sui-istifadə edərək 27 ildir işğal etdiyi ərazilərimizdə sistemli məskunlaşma siyasəti həyata keçirir, yerli idarəetməsinin mənəvi və hüquqi legitimliyini beynəlxalq ictimaiyyətə qəbul etdirməyə çalışır.

Artıq ATƏT-in Minsk qrupunun həmsədrləri də yeni təkliflərlə çıxış etmir. Onlar da danışıqların dalana dirəndiyinin fərqindədirlər. Tərəflərin davranışlarını passiv şəkildə izləyir, atəşkəsin davam etməsini alqışlayır və xüsusi təşəbbüslər göstərmirlər. Burdan belə çıxır ki, əgər işğalın 27 ildir davam etməsi Azərbaycan hökumətini narahat etmirsə, beynəlxalq vasitəçiləri niyə narahat etməlidir?

Onlar dəfələrlə bildiriblər ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək hüququnu tanıyırıq. Əgər Azərbaycan işğala son qoymaq üçün aktiv hərbi əməliyyatlara başlasa, beynəlxalq birliyin müəyyən növbətçi qınayıcı bəyanatlardan uzağa gedəcəyini zənn etmirəm”.

Nərminə UMUDLU
pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar