Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaqif Əsədovdan küçəyə çıxma qadağası ilə bağlı açıqlama

Hazırda əməkdaşlarımızda insanların küçəyə çıxmasına nəzarət edilən planşetlər var. Həmin planşetlər vasitəsilə tərəfimizdən hərəkətdə olanların, qeydiyyatdan keçib- keçməməsi məsələsi yoxlanılır.

Bunu SONXEBER.AZ-a Bakı şəhər Baş Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib. Polis polkovniki polis əməkdaşlarının mövcud vəziyyətlə əlaqəli gücləndirilmiş iş rejimində işlədiyini bildirib:

"Polis bu gün də gücləndirilmiş iş saatı ilə xidmətinə davam edir. Həyatını riskə ataraq, həm təhlükəsizlik tədbirlərinin görülməsi üçün, həm də məlum karantin rejiminə nəzarətin gücləndirilməsi üçün xidmət aparır. Əhaliyə müraciət edirik və xahiş edirik ki, "Evdə qal" kampaniyasına qoşulsunlar. Özlərinin və ailələrinin qayğısına qalsınlar. Bu gün paytaxtın inzibati ərazisində əməkdaşlarımız tərəfindən nəzarət gücləndirilib. Hərəkətdə olan hər bir kəs saxlanılır və onlara profilaktiki tədbirlərin həyata keçirilməsi və informasiyaların verilməsi üçün tövsiyyələr edilir. Bu gün Bakı şəhərində nəqliyyat vasitəsi azlıq təşkil edir və güman edirik ki, belə də davam edəcək".

Vaqif Əsədov həmçinin vətəndaşlardan iş başında olan və vəzifəsini yerinə yetirən polisləri anlayışla qarşılamalarını xahiş edib: "Vətəndaşlarmız polislərimizə anlayış göstərməlidirlər. Bunu pis tərəfə yozmamalıdırlar. Təəssüf edirəm ki, bəzən "polis imkan vermir" ifadələri işlədilir. Belə ifadələri işlədənlərə müraciət edib deyirik ki, polis bu gün həyatını riskə atır. Bu qiymətləndirilməlidir".

Qeyd edək ki, karantin vəziyyəti ilə bağlı vətəndaşların küçəyə çıxması sms vasitəsilə tətbiq olunacaq. Aprel ayının 5-dən başalayaraq şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir)

pia.az 


Etiket: Vaqif Əsədov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar