Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mədət Quliyev Milli qəhrəmanlar adından Prezidentə müraciət ünvanladı

Müdafiə sənayesi naziri, Milli Qəhrəman Mədət Quliyev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə Milli Qəhrəmanlar adından müraciət ünvanlayıb.

Bu barədə Musavat.com-a MSN-in İnformasiya Texnologiyaları şöbəsinin rəhbəri Yaşar İsakov məlumat verib.

Milli Qəhrəmanların adından Mədət Quliyevin Prezident İlham Əliyevə ünvanlanan müraciətdə deyilir:

- Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm Ali Baş Komandan!

Bütün dünyanı cənginə almış, hətta ən güclü Avropa ölkələrini diz çökdürmüş koronavirus (COVİD-19) pandemiyası Azərbaycandan da yan keçməmişdir. Şükürlər olsun ki, Sizin müdrik və uzaqgörən siyasətiniz sayəsində bir çox dövlətlərdən fərqli olaraq, Azərbaycan infeksiyanın yayılmasına qarşı olduqca çevik cavab vermiş, ilk xəstəlik faktının qeydə alındığı andan etibarən pandemiyanın təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılmış, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmış, dövlət qurumları arasında əlaqələndirmə yüksək səviyyədə təmin edilmiş, əhali arasında maarifləndirmə aparılmış, quru sərhədləri bağlanmış, aviareyslər təxirə salınmış, ölkə daxilində ciddi karantin rejimi tətbiq olunmuşdur. Xaricdən qayıdan vətəndaşlarımızın istisnasız karantinə alınması, ölkə üzrə onlarla xəstəxananın koronavirus xəstələrinin sərəncamına verilməsi belə bir vəziyyətdə olduqca təqdirəlayiq haldır. Bu gün dövlətimizin bütün mümkün maddi imkanları epidemiyanın və onun fəsadlarının aradan qaldırılmasına yönləndirilmişdir. COVID-19 xəstəliyinin iqtisadi-sosial fəsadlarının azaldılması məqsədilə Sizin imzaladığınız müvafiq Sərəncamla böyük həcmdə maliyyə vəsaitinin ayrılması, pandemiyadan zərər çəkmiş sahibkarlara və bu sahədə çalışanlara yardım göstərilməsinə dair göstəriş verməyiniz bir daha sübut etdi ki, dövlətimizin yürütdüyü siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun firavan gələcəyi durur. Pandemiyanın təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Sizin yürütdüyünüz siyasətin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərliyi tərəfindən də təqdir edilməsi qürurverici haldır.
Hörmətli cənab Prezident!

Biz - Azərbaycanın Milli Qəhrəmanları pandemiyaya qarşı mübarizə istiqamətində Sizin yürütdüyünüz siyasəti dəstəklədiyimizi, belə bir çətin dönəmdə dövlətimizin yanında olduğumuzu, xalqımızın sağlam və firavan gələcəyi naminə hər cür fədakarlığa hazır olduğumuzu bəyan edirik. Sizin müdrik rəhbərliyiniz altında həyata keçirilən yüksək səviyyəli qabaqlayıcı tədbirlər sayəsində ölkəmizdə tezlikdə pandemiyanın qarşısının alınacağına və vətəndaşlarımızın əvvəlki gündəlik həyatlarına qayıdacaqlarına bütün qəlbimizlə inanırıq!

pia.az 


Etiket: Mədət Quliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar