Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Boşanmaların sayı azı iki dəfə artacaq" - Psixoloq

"İstəsək də, istəməsək də boşanmaların sayı azı iki dəfə artacaq".

Bunu Yenicag.az-a açıqlamasında psixoloq Tariyel Faziloğlu koronavirusa görə dünyanın bir çox ölkələrində elan olunan karantin rejimi səbəbindən günü-gündən artan boşanmalara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, məcburiyyətdən bütün vaxtlarını birlikdə keçirən cütlüklər arasındakı problemlər boşanmalara qədər gətirib çıxarır:

"İnsan özünü maksimum dərəcədə fərdi izolyasiya etməlidir ki, sosial ünsiyyət doyumluluğuna çatmasın. Evdə qalan insanlar bir-birləri ilə çox ünsiyyətdə olsalar, artıq bu, baş verəcək və cütlüklər bir-birlərindən bezməyə başlayacaqlar".

Psixoloq bunun qarşısını almaq üçün çıxış yolunu da göstərib:

"Hər gün işə gedirmiş kimi eyni saatda oyanmaq və vaxtında qidalanmaq lazımdır. Yerdə qalan vaxtlarda yeni dil öyrənmək, kitab oxumaqla gündəlik məşğuliyyətini təmin etmiş olar.

Cütlüklərin hər ikisi işləyən şəxsdirsə, əvvələr hər ikisi vaxtını evdən kənarda keçirirdisə, gündəlik proqramlarını ona uyğun olaraq, fərdi şəkildə qurmalıdır. Əks halda bu, maksimum dərəcədə ünsiyyət doyumluluğuna gətirib çıxarar".

Psixoloq həyat yoldaşı evdar xanım olan kişilərə də məsləhət verib.

"Xanım evdə qalırsa, artıq evlə bağlı hər hansı bir proqramı, gündəlik rejimi var və həyat yoldaşının mütəmadi evdə qalması onun bütün proqramını pozur. Belə olduğu halda, xanım çalışmalıdır ki, gərginliyi biruzə verməsin və bu da böyük münaqişələrə gətirib çıxarmasın. Kişilər, siz isə xanımlarınızın günlük proqramına çalışın, az müdaxilə edin, çünki bu, onlarda qıcıq yaradacaq".

pia.az 


Etiket: Boşanma


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar