Cümə axşamı, 04 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Azərbaycanda koronavirusdan ölənlərin dəfni üçün din xadimlərinin siyahısı hazırlanır

"Koronavirus pandemiyasından ölən şəxslərin dəfni prosesində iştirak edəcək din xadimləri üçün xüsusi icazə olacaq"...

PİA.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində deyib.

A.Paşazadə bildirib ki, ötən gün Baş nazir Əli Əsədovla telefonla danışıb və onun diqqətinə bəzi məsələləri çatdırıb: "O da razılığını verdi. Çünki insanların vəfat etməsi ilə bağlı öncədən nəsə demək olmur. Tək müsəlmanlar deyil, eləcə də xristian və yəhudi icması ilə də danışıqlar aparılıb. Dəfn prosesində lazım olan din xadimlərimiz gecə-gündüz bir çox məscidlərdə növbəli şəkildə işləyirlər".

"Dəfn məsələsi ilə bağlı yəqin ki, başqa dinlərlə birgə xüsusi siyahımız olacaq. Həmin siyahı Nazirlər Kabineti yanında Operativ Qərargaha göndəriləcək. Onlar da bunu Daxili İşlər Nazirliyinə təqdim edəcəklər və həmin şəxslər üçün xüsusi icazələr veriləcək. Çünki bunun başqa yolu yoxdur. Biz ölüm halının nə zaman baş verəcəyini bilmirik. Amma bizim əməkdaşlar hər zaman hazırdırlar. Bu sahədə bizim heç bir narazılığımız olmayacaq və bütün lazımi şərait yaradılıb", - QMİ sədri qeyd edib. (Report)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Bir oğurluq xalçaya villa alan xanım səfir kimdir? - Foto, Video

İcra başçısı ilə vətəndaş arasında mübahisə - Neftçalalılar gənc başçıya niyə qəzəbləniblər?..

Operativ Qərargah: Ərzaqlarınızı əvvəlcədən alın

Mədəniyyətimizin vəhşicəsinə talanı: Cənab “Gülümsərov”un biznesi qitələri aşır - Fotofakt

Heydər Əliyevdən sonra SSRİ Nazirlər Sovetinin üzvü olan yeganə azərbaycanlı kimdir? - Fotolar

Azərbaycanda daha bir vəzifəli şəxsə cinayət işi açıldı - Rəsmi

Yas mərasimində yoluxma - qardaş və bacı ölümünə səbəb oldu

“Yazılan məlumatların hamısı şər və böhtan xarakterlidir” – Səfir danışdı

Elmar Vəliyevə sui-qəsdi dəstəkləyən şəxsin dəhşətli əməlləri

200 milyonluq əmlakın alınmasında adı hallanan Eldar Mahmudovun bacısı kimdir? - Dosye

Arif Qasımovun varidatının siyahısı – Heç Trampın da bu qədər mülkiyyəti yoxdur

loading...

Ən çox oxunanalar