Cümə axşamı, 04 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

BMT-nin Azərbaycan nümayəndəliyi hökumətin koronavirusla bağlı tədbirlərini alqışlayır

BMT-nin Azərbaycandakı İdarə Heyəti COVID-19-un yayılmasının qarşısını almaq istiqamətində Azərbaycan Respublikası hökumətinin səylərini təqdir edir və xüsusi karantin rejiminin tətbiqi barədə onun çağırışı və addımlarını dəstəkləyir...

PİA.az-ın xəbərinə görə, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyinin yaydığı bəyanatda bildirilib.

“Bununla bərabər, Azərbaycan Hökumətinin qlobal səviyyədə keçirilən tədbirlərə töhfəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon ABŞ dolları həcmində dəstəyini də xüsusilə qeyd edirik.

Əlbəttə ki, gündəmdəki əsas məsələ ölkə daxilində pandemiya ilə mübarizədir. Evdə qalmaq, sosial məsafəni qorumaq, tez-tez əlləri yumaqla gigiyena qaydalarına riayət etmək, eləcə də hərarət və uzun müddət davam edən quru öskürək də daxil olmaqla qripə bənzər simptomlar olduğu təqdirdə 103/113 qaynar xəttinə məlumat verməklə özümüzü, ailələrimizi və ölkəni qorumaq üçün atmalı olduğumuz zəruri addımlardır.

Səhiyyə, ictimai məlumatlandırma, təhsilin davam etdirilməsi və ən həssas insanlar üçün sosial rifahın dəstəklənməsinə dair texniki məsləhəti, habelə həyati əhəmiyyətli tibbi və digər ləvazimatların alınmasında köməyi ilə BMT COVID-19 pandemiyasının səbəb olduğu təcili problemləri həll etmək üçün hökumət və digər tərəfdaşlarla sıx əməkdaşlıq edir. Bundan əlavə, BMT pandemiyanın daha uzunmüddətli sosial-iqtisadi təsirini qiymətləndirmək üçün hökumətlə müzakirələr aparır və COVID-19-un əhaliyə sosial-iqtisadi təsirini azaltmaq məqsədilə 2,5 milyard manat həcmində maliyyə vəsaitinin ayırmasını alqışlayır.

Yoluxma halların erkən müəyyənləşdirilməsi və təcrid olunması, virusa yoluxmuş insanların başqaları ilə kontaktlarının izlənməsi və səhiyyə sisteminin artan tələbata hazırlanması istiqamətində Azərbaycana dəstək verməyə hazırıq.

Əksəriyyəti Azərbaycan vətəndaşı olmaqla, BMT-nin Azərbaycan nümayəndəliyində çalışan hər kəs bu dönəmdə bizdən böyük fədakarlığın tələb olunduğunu qəbul edir. Azərbaycanın bu çətin sınaqdan alnıaçıq çıxmasına dəstək olmaq üçün əlimizdən gələni edəcəyik. Biz birlikdə daha güclüyük və birlikdə bu böhrana qalib gələcəyik”, - deyə bəyanatda qeyd olunub. (APA)

pia.az

 

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: BMT


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Bir oğurluq xalçaya villa alan xanım səfir kimdir? - Foto, Video

İcra başçısı ilə vətəndaş arasında mübahisə - Neftçalalılar gənc başçıya niyə qəzəbləniblər?..

Operativ Qərargah: Ərzaqlarınızı əvvəlcədən alın

Mədəniyyətimizin vəhşicəsinə talanı: Cənab “Gülümsərov”un biznesi qitələri aşır - Fotofakt

Heydər Əliyevdən sonra SSRİ Nazirlər Sovetinin üzvü olan yeganə azərbaycanlı kimdir? - Fotolar

Azərbaycanda daha bir vəzifəli şəxsə cinayət işi açıldı - Rəsmi

Yas mərasimində yoluxma - qardaş və bacı ölümünə səbəb oldu

“Yazılan məlumatların hamısı şər və böhtan xarakterlidir” – Səfir danışdı

Elmar Vəliyevə sui-qəsdi dəstəkləyən şəxsin dəhşətli əməlləri

200 milyonluq əmlakın alınmasında adı hallanan Eldar Mahmudovun bacısı kimdir? - Dosye

Arif Qasımovun varidatının siyahısı – Heç Trampın da bu qədər mülkiyyəti yoxdur

loading...

Ən çox oxunanalar