Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirusa yoluxan orqanizm 9 gündə hansı etaplardan keçir - Diqqətli olun

Koronavirusun simptomları insan orqanizminə fərqli şəkildə təsir göstərsə də, əsas əlamətlər bütün xəstələrdə ortaya çıxır...

PİA.az COVID-19-un orqanizmdə həyata keçirdiyi prosesi günbəgün təqdim edir.

1-3. gün: Soyuqdəymə və qripə bənzəyən əlamətlər ortaya çıxır. Yüngül qızdırma və boğaz ağrısı olur. İmmun sistemi zəifdirsə, ürəkbulanma və ishal ola bilər.

4-cü gün: Boğaz ağrısı şiddətlənir. Səs boğuqlaşır. Yemə-içmədə çətinlik baş qaldırır. Yüngül başağrısı ilə birlikdə ishal başlayır.

5-ci gün: Boğaz ağrısı şiddətlənir. Yemə-içmə olduqca ağrılı hala gəlir. Vücudu və üzvləri hərəkət etdirmək ağrılı olur. Oynaq ağrıları başlayır.

6-cı gün: Quru öskürək başlayır. Danışarkən, udqunarkən boğaz ağrısı şiddətlənir. Yorğunluq və ürəkbulanma artır. Nəfəs almaqda çətinlik yaşanır. İshal və qusma şiddətlənir.

7-ci gün: Qızdırma 38 dərəcəyə qalxır. Öskürək və bəlğəm şiddətlənir. Bədən və bağ ağrıları ilə birlikdə qusma şiddətli hala gəlir.

8-ci gün: Nəfəs alıb-vermək müşkül olur. Döş qəfəsində ağrı yaranır. Öskürəklə birlikdə baş və oynaq ağrıları son dərəcə artır. Qızdırma 38 dərəcəni keçir.

9-cu gün: Bütün simptomlar şiddətlə artır. Üz və dodaqlarda göyərmə sezilir. Öskürək və bəlğəm dözülməz olur.

Nə zaman xəstəxanaya gedilməlidir?

Yeni tip koronavirus infeksiyasının yoluxma yolları mövsümi qriplə bir-birinə çox bənzəyir. Lakin qripdən ölmə faizi Kovid-19-la müqayisədə 0,05% daha aşağıdır. Mütəxəssislər bunun səbəbinin qripə qarşı immunomüdafiənin yaranması və qripdə ağciyər tutulmasının daha az olmasını göstərir. Buna görə də yalnız nəfəsalmada çətinliyin başlanmasından sonra xəstəxanaya getmək məsləhət görülür. (publika.az)

pia.az


Etiket: COVID-19

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar