Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gənclər 70 ahıl və aztəminatlı ailəyə zəruri ərzaq məhsulları təqdim edib

“İslahatçı Gənclər” İctimai Birliyi “Padişah” MMC-nin dəstəyi ilə 70 ahıl və aztəminatlı ailəyə zəruri ərzaq məhsulları təqdim edib...

Bununla bağlı sosial şəbəkədəki hesabında yazan “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı qeyd edib ki, Azərbaycan dövləti və onun müvafiq strukturları dünyanı cənginə alan koronavirus pandemiyası və onun mənfi təsirləri ilə mübarizədə əsl örnək davranış nümayiş etdirir:

“Qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərin görülməsi, həssas sosial qruplardan olan insanlara yardımların edilməsi bunun əyani nümunəsidir. Biz də gənclər olaraq xeyirxah iş adamlarımızla birlikdə ölkə rəhbərliyinin həmrəylik çağırışına kiçik də olsa töhfə vermək üçün xüsusi karantin rejimin tələblərinə görə evdən çıxa bilməyən bir qrup yaşlı vətəndaşlarımızı və digər ehtiyacı olan ailələri zəruri qida məhsulları ilə təmin etməyə çalışdıq. Bu işdə bizim çağırışımıza dəstək verdiyi üçün “Padişah” MMC-yə və digər dəyərli dostlara təşəkkür edirəm”.

İş adamı Saleh Ağayev bildirib ki, bütün dünyada ciddi insan itkilərinə və iqtisadi problemlərə səbəb olan koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan dövləti uğurlu və məqsədyönlü siyasət həyata keçirir: “Bu dövr ərzində vətəndaşlarımızın sağlamlıqlarının qorunması, eyni zamanda onların sosial problemlərinin həlli üçün dövlətimiz ciddi addımlar atır. Biz də iş adamları olaraq düşündük ki, bu prosesə az da olsa töhfə verək. Hesab edirəm ki, bütün iş adamları və xeyirxah insanlar bu həssas dönəmdə dövlətin və xalqın yanında olmalıdır”. (Hokm.az)

pia.az

Fotolar




Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar