Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Virusun iyun ayında təmamilə yox olacağını proqnozlaşdırıram"- Adil Qeybulla

Tanınmış həkim koronavirusun bitəcəyi tarixi açıqladı...

Koronavirus epidemiyası bütün dünyada can almaqda və yoluxanları hədəfə almaqda davam edir. İndi dünyanın diqqəti bu virusdan yaxa qurtarmağa yönəlib.

PİA.az-ın xəbərinə görə, bununla bağlı tibb eksperti Adil Qeybulla danışıb. Professor hazırda ölkəmizdə yayılan epidemiyanın aprel ayında pik dövrdə olacağını açıqlayıb

"Aprel ayında ölkəmizdə xəstəliyin pik həddi olacaq. Yoluxan adamlar, onların yoluxdurduğu adamları nəzərə alsaq, aprel ayında virusun pik dövrünə təsadüf edəcəyimizi deməyə əsas verir. Həmin dövrə gəlib çatmışıq, bunu xəstəliyin artan dinamikası göstərir. İnsanların karantin tələblərinə riayət etməsi lazımdır ki, biz də bu işi uğurla yekunlaşdıra bilək. Söhbət burada az itkilərlə vəziyyətdən çıxmaqdan gedir. İnsanlar arasında panika yaratmaq da, sözügedən məsələyə laqeydlik də aşılamaq lazım deyil. Laqeydliklə panika arasında qızıl orta tapmaq lazımdır. Biz sosial distansiyanı gözləsək, təmasdan qaçsaq, karantin tələblərinə əməl etsək, qısa müddətdə bu xəstəlikdən yaxa qurtara bilərik. Hazırda İngitərədə və digər ölkələrdə xəstəliyin enişi müşahidə edilir"

Tibb eksperti Adil Qeybulla pandemiya ilə əlaqədar dövlətin qaydaları sərtləşdriliməsini məntiqli gördüyünü açıqlayıb. O, həmçinin, virusun iyun ayında təmamilə yox olacağını bildirib: "Virusun iyun ayında təmamilə yox olacağını proqnozlaşdırıram".

Adil Qeybulla malyariya dərmanlarının tibbdə koronavirusun qarşısının alınmasında effektiv olduğunu deyib: "Dünya təcrübəsi göstərir ki, antimalyariya dərmanları virusların çoxalmasının qarşısını alır. Bir vaxtılar Hindistanda malyariya yayılanda, "Hindistan suyu" adlı formul yaratmışdılar. Həmin suyun tərkibində xüsusi maddə vardı. Bu dərman vaxtilə əsgərlər arasında malyariya yayılmamasının qarşısını almaq üçün nəzərdə tutulmuşdur. Sonda həmin formula dünyada istehsal olunmağa başladı. Bizim mağazalarda da həmin sudan var. Düşünürəm, müvəqqəti olaraq bu vasitədən də alıb, istifadə etmək olar. Qeyd edim ki, koronavirusa yoluxan 4 xəstədən 3- də simptomlar elə də bilinmir. Həmin xəstələrin 3-ü bu xəstəliyi heç özünün də xəbəri olmadan ayaq üstə keçirir. Vəziyyət dramatikdir. Dünyada yoluxma rəqəmləri göstərilən rəsmi rəqəmlərdən yüksəkdir". (Sonxeber.az)

pia.az


Etiket: Adil Qeybulla


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar