Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyədə 20 yaşa qədər gənclərin küçəyə çıxması qadağandır” - Ərdoğan

Ərdoğan bu barədə açıqlama verib...

“Sabahdan etibarən bazar və marketlər kimi insanların çox olduğu yerlərdə əhalinin maska geyməsi məcburidir. Küçələrdə sosial məsafə ən azı 3 addım olacaq”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusla (COVİD-19) mübarizə ilə əlaqədar açıqlamasında bu fikirləri bildirib.

Prezident deyib ki, Türkiyədə 65 yaşa qədər insanların küçəyə çıxma qadağası bu gecədən başlayaraq 20 yaşa qədər gənclərə də şamil olunacaq.

Hazırda dünyada COVİD-19-a yoluxanların sayının 1 milyon 30 minə, ölənlərin sayının isə 55 minə çatdığını vurğulayan R.T.Ərdoğan bildirib ki, digər ölkələrlə müqayisədə Türkiyənin bu təhlükəli virusla mübarizəsi qənaətbəxş hesab oluna bilər: “Maska başda olmaqla təmizlik vasitələrini Türkiyə özü istehsal etdiyi üçün COVİD-19-la mübarizdə xarici ölkələrdən asılılığımız yoxdur”.

Prezident şəxsi avtomobillər də daxil olmaqla şəhərlərarası giriş-çıxışlara məhdudiyyət qoyulduğunu deyib.

Ərdoğan həmçinin Türkiyənin 30 böyük şəhərinə yalnız tibbi ləvazimatlar daşıyan avtomobillərin girişinin mümkün olacağını vurğulayıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar