Şənbə, 06 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Direktor: “Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur”

“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Anar Hüseynovun müsahibə verib...

PİA.az həmin müsahibəni təqdim edir:

- Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumları fəaliyyətini necə qurub?

- İndi bütün dünya koronavirusla qlobal miqyasda mübarizə aparır. İnfeksiyanın geniş yayılmasının qarşısını almaq məqsədilə dünyanın əksər ölkəsində elan edilmiş xüsusi karantin rejimi qlobal iqtisadiyyata mənfi təsir edib. Koronavirus infeksiyası ilə əlaqədar mövcud vəziyətin ölkə iqtisadiyyatına təsirini minimuma endirmək, eləcə də əhalinin sağlamlığının qorunması istiqamətində dövlət tərəfindən bütün tədbirlər ən yüksək səviyyədə həyata keçirilir. O cümlədən, əhalinin keyfiyyətli və davamlı ərzaq təminatı daim diqqətdə saxlanılır, zəruri dəstək tədbirləri görülür. Bilirsiniz ki, koronavirus infeksiyasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədər xüsusi iş rejimi müəyyənləşdirilib. Nazirlər Kabinetinin koronavirus infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyinin və tabeliyindəki qurumların əməkdaşlarının xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir. Koronavirusla əlaqədar tətbiq olunan xüsusi karantin rejimi müddətində ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı məhsullarının davamlı istehsalını təmin etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi və Nazirliyin tabeli qurumları öz fəaliyyətini işçi qaydada davam etdirir. Aqrar sektora bu təsirlərin minimuma endirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq edir, toxum, gübrə, pestisid və texnika təchizatçıları və fermerlərlə mütəmadi danışıqlar aparılır, yarana biləcək çətinliklərin operativ həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

- Karantin rejiminin tətbiqi ilə əlaqədar Azərbaycanda ərzaq qıtlığı yaşana bilərmi?

- Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur. Ötən il kənd təsərrüfatında çox yüksək nəticələr qeydə alınıb. Aqrar sektorda məhsuldarlıq göstəriciləri artıb. Bu o deməkdir ki, ölkənin kənd təsərrüfatı məhsulları ilə təmin olunması imkanları da yüksəlib. Bu il üçün ola biləcək narahatlıqlara gəldikdə isə qeyd etmək istəyirəm ki, ölkədə payızlıq əkinlər oktyabr-noyabr ayında həyata keçirilib, taxıl biçininə mayın sonun, iyunun əvvəllərində start veriləcək. Aprelin 10-dan isə yazlıq əkinlərə başlanacaq. Yazlıq əkinlər üçün tələb olunan toxum, gübrə, pestisid, şitil ehtiyatları yanvar ayında formalaşdırılıb. Ehtiyatların həcmi yazlıq əkinlərlə bağlı yaranan tələbatı artıqlaması ilə ödəməyə imkan verir. Eyni zamanda, aprelin sonlarında faraş tərəvəz məhsullarının yığılmasına başlanacaq. Əkin sahələrində keçirilən monitorinqlər məhsduldarlığın yüksək olacağını göstərir. Nazirlər Kabineti yanında Operativ Qərargah qəbul etdiyi qərarlara əsasən, respublika ərazisində kənd təsərrüfatı və ərzaq məhsullarının orta və ağır tonnajlı yük maşınları ilə daşınmasına məhdudiyyət qoyulmayıb. Ötən dövr ərzində apardığımız müşahidələr göstərir ki, paytaxt və böyük şəhərlərə kənd təsərrüfatı məhsullarının gətirilməsində problem yoxdur. Karantin rejimi dövründə fəaliyyətinə icazə verilən supermarketlər və digər ərzaq satışı məntəqələrində heç bir qıtlıq müşahidə olunmur, kənd təsərrüfatı məhsullarının çeşidi və keyfiyyəti əvvəlki səviyyədədir.

- Kənd Təsərrüfatı Nazirliyi rəsmilərinin verdiyi açıqlamalarda ölkədə karantin rejimi dövründə kənd təsərrüfatı və ərzaq məhsullarına tələbatın azaldığı qeyd olunur. Bu, nə ilə əlaqədardır?

- Bildiyiniz kimi tətbiq olunan karantin rejimi qaydalarına əsasən, şadlıq sarayları, kafe və restoranlar, xidmət obtyektləri, əyləncə mərkəzləri fəaliyyətini dayandırıb, eyni zamanda mehmanxanalar və digər turizm obyektləri də fəaliyyəti göstərmir. Bu obyektlər kənd təsərrüfatı məhsullarının topdansatış alıcıları sayılırdı. Obyektlərin fəaliyyətini dayandırması, toy və yas mərasimlərinin keçirilməsinə qadağa qoyulması avtomatik olaraq kənd təsərrüfatı məhsullarına daxili tələbatı azalıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin hesablamalara görə, indiki mərhələdə qeyd olunan səbəblərdən kənd təsərrüfatı və ərzaq məhsullarına tələbatın təxminən 5% civarında azalacağı gözlənilir. Bu amil bazarda istehlakçılara təklifin artması, məhsul bolluğu deməkdir.

- Hərəkət və yerdəyişmə ilə bağlı məhdudiyyətlər fermerlərin fəaliyyətinə mənfi təsir etməyəcək ki?

- Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarında da qeyd olunur ki, fermerlərin təsərrüfat fəaliyyəti ilə məşğul olması, əkin işi aparması, məhsul yığımı məhdudlaşdırılmır. Fermerlər təsərrüfat fəaliyyətlərini karantin rejiminin qaydalarına uyğun olaraq, müvafiq gigiyenik normalara, dezinfeksiya şərtlərinə, ara məsafənin saxlanması tələbinə və əməyin təhlükəsizliyi qaydalarına uyğun olaraq həyata keçirirlər. Bu proses həmçinin yerli icra hakimiyyəti orqanları ilə korrdinasiya edilməklə gerçəkləşdirilir. Eyni zamanda, əkin prosesi də kütləvi proses deyil, sahənin əkilməsi, səpin aparılması prosesi texnika vasitəsilə həyata keçiririlir və bu prosesdə maksimum 1-2 mexanizator iştirak edir. Bu baxımdan fermerlərin fəaliyyətinin karantin şərtlərinə uyğun davam etdirməsində, aqrotexniki qulluq qaydalarına riayət etməsində problem yoxdur. Fermerlərin toxum, gübrə və pestisidlə təminatına gəldikdə isə, hazırda bu proses normal şəkildə həyata keçirilir, bölgələrdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş 85 gübrə təchizatçısı olan hüquqi və fiziki şəxs tərəfindən məntəqələrdə satış təşkil olunur, eyni zamanda böyük şirkətlər səyyar gübrə satışını həyata keçirir. Nazirlik bu prosesi nəzarətdə saxlayır və istər məntəqələrdə, istərsə də səyyar formada satış zamanı karantin qaydalarına riayət olunmasına diqqət yetirilir. Bununla bağlı müvafiq təlimatlar təchizatçı şirkətlərə göndərilib.

- Operativ qərargah kənd təsərrüfatı texnikasını da hərəkətinə məhdudiyyət qoyulmayan nəqliyyat vasitələri siyahısına daxil edib...

- Tamamilə haqlısınız. Fermerləri narahat edən məqamlardan biri aqrotexniki qulluq tədbirlərinə kənd təsərrüfatı texnikasını cəlb etməklə bağlı idi. Adətən fermerlər bir rayonun ərazisində ehtiyac yaranan texnikanı digər rayonlarda yerləşən aqroservislərdən sifariş edirlər. Bu baxımdan Operativ Qərargahın kənd təsərrüfatı texnikasını hərəkətinə məhdudiyyət qoyulmayan nəqliyyat vasitələri siyahısına daxil etməsi fermerlərin narahatlığını aradan qaldırıb. Fermerlər əvvəlki qaydada aqroservislərlə əlaqə saxlayaraq təsərrüfatda istifadə etmək üçün texnika sifariş edə bilərlər. Fermerlər karantin dövründə təsərrüfat fəaliyyətinin təşkili ilə bağlı sualları Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə ünvanlaya bilərlər. Bununla yanaşı, vətəndaşlar nazirliyin agro.gov.az internet səhifəsi və [email protected] elektron poçt ünvanı vasitəsilə də müraciət edə bilirlər.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Azərbaycanın daha bir səfirinin Londonda şirkəti aşkarlandı – Sənəd

Virus öz inadında, azərbaycanlılar da toy inadında...

Məzarıma bir cüt ayaqqabı qoyun...- Böyük ustadın anım günüdür

Gültəkin Hacıbəyli Siyavuş Novruzovu dəstəklədi, tənqid atəşinə tutuldu - Foto

Lotu Qulinin rəqibi azadlığa çıxır: Kriminal dünyada yeni fırtına...

“Camaat çörək üstdə qırğın salıb, yaxşı ki, dietadayam”..

İranda üstünlük kimdədir? - Orduda, yoxsa İnqilab Keşikçilərində?..

loading...

Ən çox oxunanalar