Çərşənbə, 03 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

"Mən koronavirusla gizlənqaç oynayıram" - Arif Quliyev

“Evdə gizlənmişəm ki, koronavirus məni tapmasın”...

Dünyanı cənginə alan koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub.

Karantin müddətində səhhətinin qeydinə qalan, evdən çıxmayan adamların arasında sənət adamları da var. Onlar xalqa müraciət edir, koronavirusla mübarizədə vətəndaşları həmrəy olmağa, evdə qalmağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyələrinə, xüsusi karantin rejiminin tələblərinə əməl etməyə çağırırlar. Xalq artisti Arif Quliyev bu mövzuda Yenisabah.az saytına müsahibə verib.

PİA.az həmin müsahibəni təqdim edir:

- Arif müəllim, karantin rejimini necə keçirirsiniz? Evdə darıxmırsınız ki?

- Oturmuşam evdə, heç yerə çıxmıram. Evdə qalıb sağlam olmaq lazımdır ki, biz yaxınlarımızın ümidlərini doğruldaq. Bizlər yaxınlarımıza, əzizlərimizə sağlam lazımıq. Onlar da bizə sağlam lazımdır. İnsanlar evdə oturmaqla bir-birlərini qoruyurlar. Nə qədər evdə otursaq, o qədər sağlam olacağıq. Fizikada belə bir qanun var, təsir əks təsirə bərabərdir. Sağlam olaq, bir yerdə olaq. Kimsə mənə deyəndə ki, Arif, sənə can sağlığı, uzun ömür arzu edirəm, oda deyirəm ki, mən heç nəyi tək özümə istəmirəm, hamıya istəyirəm. Çünki qonşun, qohumun sağlam olmasa, mən də xoşbəxt olmayacağam. Ona görə də bir-birimizə qayğıyla yanaşmalıyıq, dövlətin, operativ qərargahın tövsiyələrinə əməl etməliyik. Yalnız bu yolla xəstəlikdən qoruna bilərik. Evdə qalsam da, boş dayanmıram, yeni-yeni yumorlar hazırlayıram. Yeni proqramlar hazırlamışam. Çox təəssüf ki, texnologiyadan o qədər də başım çıxmır. Yoxsa, sosial şəbəkələrdə canlı yayıma çıxardım, insanları bir az gülüş çələnginə bürüyərdim.

Belə bir vaxtda dərddən, qəmdən, kədərdən uzaq olmaq lazımdır. Onlar üçün proqramlar, yumorlar hazırlamışam ki, evdə darıxmasınlar. Mən koronavirusla gizlənqaç oynayıram. Girib evdə gizlənmişəm ki, məni tapa bilməsin.

- Karantin günlərində dost-tanışla əlaqənizi kəsmisiniz, yoxsa get-gəl var?

- Bəzən görürsən ki, insanlar evdən çıxmır, amma bir-birilərinin evinə qonaq gedirlər. Yox, bu düzgün deyil. Bu qorunmaq sayılmır, bu həm özünü, həm də ətrafındakıları bəlaya salmaqdır. Gedib-gəlmək lazım deyil. İllərlə görüşmüşük, dostluq etmişik, amma nə olar, bu müddət ərzində gediş-gəlişi dayandıraq. Əgər dostluğumuzun bundan sonra da illərlə davam etməyini istəyiriksə, çalışıb sağlam qalmalıyıq. Mən bütün xalqa səslənirəm, məsləhət görürəm ki, hamı evində otursun. Evdə qalaq, var olaq, canlı olaq. Yaxın dostlarımla görüşə bilməsəm də, görüntülü zəng edirəm, əhvallarını qaldırıram, söhbət edirəm, gülməli əhvalatlar danışıram. Bilirsiniz, bu saat elə bir vaxtdır ki, bir-birimizi qorumalıyıq, pozitiv olmalıyıq. Müvəqqəti çətinlikdir, buna da dözmək lazımdır. Xəstəlikdən qorunmağın yolu hər bir şəxsin özünü izolyasiya etməsidir. Azca hövsələli, səbirli olmaq lazımdır. Səbr Allahın bir adıdır. Mənim evim Yasamaldadır, özü də bina evi. 45 ildir bu binada yaşayıram. Mənə də asan deyil, amma başımı qatıram: Bir az idman edirəm, nərd oynayıram, yoldaşımla mənəm evdə, onunla domino oynayıram.

- Dünyanın hər yerində sənət adamları koronavirus üzündən işini itirən insanlara yardım kampaniyasına başlayıblar. Biz sizin maddi durumunuzun çox da yaxşı olmadığını bilirik. Amma Azərbaycanda da çox imkanlı sənət adamları var. Sizcə, onlar niyə əllərini ciblərinə salmırlar?

- Bəli, xəbərim var. İmkanı olanlar edir. Bizdə də elə sənətçilər var ki, tez-tez toylara gedir, imkanları var, onlar ehtiyacı olanlara yardım əli uzatsalar çox yaxşı olar. Yardım edənlər olsa, biz də sənətimizlə əlimizdən gələn köməkliyi göstərərik. Çıxışlar edərik, ehtiyacı olanların, tək qalanların evlərinə gedərik, oxuyarıq, şeir deyərik, onu şadlandırarıq. Hazırda bir şəxs var, adını çəkmək istəmirəm, onlar bir insana yardım edəcəklər, gəlib məni də maşınla evdən götürəcəklər, gedəcəyik həmin şəxsin evinə. Kim nə bacarırsa, mütləq etməlidir.

- Türkiyənin məşhur müğənnisi Sərdar Ortaç deyib ki, nə qədər ayaqqabım, şalvarım, kostyumun olsa da, heç nəyə yaramır. Evdə çıxa bilmirəm ki, nəsə geyinim...

- Dünyada ancaq yaxşılıq qalacaq. Vaxtilə konsertlərim möhtəşəm keçəndə, imkanım yaxşı olanda çox adama yardım etmişəm. Düzdür, adam elədiyini heç vaxt deməz, amma söhbət açılıb, deyirəm. Mən də vaxtında çox adama kömək etmişəm. Edilən yaxşılıqlar heç vaxt unudulmur. İnsanın etdiyini bir Allah görürsə, kifayətdir. İndi o vaxtım deyil, artıq təqaüdçüyəm. Mayda 70 yaşım olacaq… Bu gün Mehriban Əliyeva uşaq evlərinə, qocalar evlərinə nə qədər yardımlar edir. Biz xəstələrə kömək əlini uzadır. Xəstə olanda mənim özüm\ neçə insan kömək edib. Ürək əməliyyatımda Prezident yardım edib, beyin əməliyyatımda Heydər Əliyev Fondu köməklik göstərib. Bunları demək lazımdır, amma özün etdiyini deyə bilməzsən. İnsan hər zaman xeyirxah olmalıdır. Mən hər zaman hazıram, gəlsinlər, canlı yayım, bağlantı yaratsınlar, mən də çıxış edim, danışım, insanların üzündə təbəssüm yaradım. Mənim də əlimdən bu gəlir, bunu bacarıram.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Arif Quliyev

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İcra başçısının 200 minlik yeyintisi aşkarlandı

Nizami Rayonu İcra başçısının oğlu Milli Məclisdəki işini itirdi

Vahid Əhmədov bu dəfə Elman Rüstəmovun "bostanına daş atdı"

Bir oğurluq xalçaya villa alan xanım səfir kimdir? - Foto, Video

Bu yerlərdə maskadan istifadə edilməlidir - Siyahı

Nazir zərərlə işləyən qurumların adını açıqlayıb

Prezident vergi güzəştləri ilə bağlı qərarı təsdiqlədi

Dərslər tədris ilinin sonunadək dayandırıldı - Sərəncam

"Ev 500 min manata tikilibsə, o demək deyil ki, qiyməti də o qədərdir"

loading...

Ən çox oxunanalar