Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sirli qətl: İsmayıllıda yandırılmış və vəhşi heyvanların gəmirdiyi kişi meyiti tapılıb

İsmayıllı rayonu Tubikənd kəndinin ərazisində yandırılmış və vəhşi heyvanlar tərəfindən sümüyünə qədər gəmirilmiş kişi cəsədi tapılıb...

Bu barədə rayonun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Martın 28-də yerli sakinlərdən biri kənd yolunun yaxınlığında yerləşən meşə zolağında insan cəsədi aşkar edib.

Ehtimal olunur ki, şəxsiyyəti hələlik məlum olmayan 30-40 yaşlarında olan kişi qəsdən qətlə yetirilib. Cinayət meyitin aşkar edilməsindən bir həftə əvvəl törədilib.

İstintaqın qənaətinə görə, qətlə yetirilən şəxs yerli sakin deyil. Cinayət başqa yerdə törədilib, daha sonra cəsəd Tubikənd kəndinin ərazisinə atılıb.

Qətlin hansı formada həyata keçirildiyi hələ təyin edilməyib.

Sözügedən bölgədə itkin düşmüş şəxslərin məlumat bazasının yoxlanılması da nəticə verməyib.

Qeyd edək ki, insan cəsədinin tapıldığı yerin yaxınlığında yanmış “Dolge Gabana” emblemli cins şalvar, “Calvin Klein” markalı dəri kəmər, açıq mavi rəngli, içərisi açıq qəhvəyi rəngli xəzdən ibarət parça gödəkçə, qara rəngli “Kiton” firmasına məxsus toxunma zolaqları olan köynək olub.

Əməliyyatçılar ehtimal edir ki, geyim əşyaları qətlə yetirilən şəxsə məxsusdur.

Vəhşi heyvanların cəsədin üzünü gəmirməsi öldürülən insanın şəxsiyyətini müəyyənləşdirməyə mane olur. Öldürülən şəxsin xüsusi əlaməti kimi qoyulma üç qabaq dişlərini qeyd etmək olar.

Öldürülən şəxsin boyu 165-180 sm arasındadır, qan qrupu üç müsbətdir.

Qeyd edək ki, qətlin istintaqı İsmayıllı Rayon Prokurorluğunda aparılıb.

Polis əməkdaşları xahiş edirlər ki, bu şəxs haqqında məlumatı olanlar (+994 50) 280 45 00 nömrəsinə zəng edərək, ölən adamım şəxsiyyətini müəyyən etməkdə köməklik göstərsinlər.(Oxu.Az)

pia.az


Etiket: qəttl


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar