Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT koronavirus əleyhinə qlobal həmrəylik qərarı qəbul etdi

BMT (Birləşmiş Millətlər Təşkilatı) Baş Assambleyası COVID-19 pandemiyasının yayılmasına qarşı qlobal həmrəyliyi və beynəlxalq əməkdaşlığı artırmağa çağıran qərarı yekdilliklə təsdiqləyib...

“Anadolu” agentliyi xəbər verir ki, Norveç, İsveçrə, Sinqapur, İndoneziya, Lixtenşteyn, Qana tərəfindən hazırlanan və 193 üzvü olan BMT Baş Assambleyasında 188 ölkə tərəfindən dəstəklənən qərar yekdilliklə qəbul edilib.

Bu, BMT-nin koronavirusun yayılması ilə bağlı ilk qərarıdır.

Qanun layihəsi təqdim olunduqdan sonra ölkələr cümə axşamı günü, yerli vaxtla saat 18:00-a qədər dəyişikliklər üçün müraciət etmək hüququna malik olublar. Qərar onlayn qaydada yekdilliklə qəbul edilib və son tarixdən sonra heç bir etiraz olmadığı üçün qüvvəyə minib.

Koronavirusun cəmiyyətlərə dağıdıcı təsirini, iqtisadiyyatın, qlobal səyahət və ticarətin ciddi şəkildə pozulduğunu vurğulayan qərarda ən kasıb və ən çox təsirlənən ölkələrə yardım lazım olduğu vurğulanıb.

Epidemiyaya qarşı qlobal həmrəyliyi və beynəlxalq əməkdaşlığı artırmağa çağıran qərarda, ayrıseçkiliyin, irqçiliyin və ksenofobiyanın, insan haqlarına hörmətin koranavirusla mübarizədə hörmət edilməli olduğu da qeyd edilib.

Digər tərəfdən, Rusiyanın BMT Baş Assambleyasına təqdim etdiyi koronavirusun yayılmasının səbəb olduğu çətinliklər qarşısında ticarət müharibələrinin dayandırılması və BMT Təhlükəsizlik Şurasının razılığı olmadan birtərəfli sanksiya qərarları verməməyə çağıran qanun layihəsi qəbul edilməyib.

Diplomatik mənbələrdən alınan məlumata görə, ABŞ, Avropa Birliyi və Ukrayna qərara etiraz edib.

pia.az


Etiket: BMT


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar